Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3348/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «pulun qaytarılması və təzminat ödənilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1600 manat pulun və gözlərinin görməsi ilə əlaqədar olaraq 1600 manat və 3000 manat əlavə təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin məzmununa dair tələblərə riayət edilməmişdir. İddiaçı öz tələbini əsaslandırarkən əlillik dərəcəsi alıb pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsinə getdiyini, Cavabdeh2 ona pensiya təyin olunması müqabilində 1600 manat dövlət rüsumu ödəməli olduğunu bildirdiyini və iki dəfə ayrı-ayrı vaxtlarda pulu Cavabdeh2 ödədiyini bildirmişdir. İddia ərizəsində Cavabdeh2 başqa altı nəfər də cavabdeh kimi göstərilsə də həmin cavabdehlərə tələb irəli sürülməsinin əsasları ərizədə qeyd edilməmişdir. Ümumiyyətlə, Cavabdeh2 istisna olmaqla cavabdehlərin adları yalnız ərizənin giriş hissəsində göstərilmiş, bundan sonra iddia ərizəsində həmin şəxslərlə hazırkı tələbin əlaqəsi barədə heç bir məlumat verilməmişdir. İddia ərizəsinin nəticə hissəsində isə tələb edilən pul məbləğinin 1600 manat hissəsi mənimsənilmiş pul kimi, qalan hissəsi (1660 manat və 3000 manat) isə təzminat kimi qeyd edilmiş, lakin iki fərqli təzminat tələbinin ayrı-ayrılıqda faktiki əsasları iddia ərizəsində qeyd edilməmişdir. Bundan başqa iddia tələblərinin hamısının cavabdehlərə birlikdə və ya hissələrlə, yaxud Cavabdeh2 ayrılıqda yönəlibyönəlmədiyini də ayırd etmək mümkün deyildir. Bundan başqa, iddia ərizəsinə 8 adda sənəd əlavə edilsə də həmin sənədlərin siyahısı ərizədə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 149, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «pulun qaytarılması və təzminat ödənilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-3348/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3348/2022
06.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver