Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3370/2022 12.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, həyətyanı torpaq sahəsindən çıxarılma və alqı-satqının təmin olunmasını xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə geri qaytarılmalıdır. Ərizəçi iddianın forma və məzmununa riyət etməmiş və dövlət rüsumunun ödənilməsinə dair qəbzi ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinə (nikahın pozulması) görə dövlət rüsumu 100 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsdinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-269-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-3370/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3370/2022
12.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver