Məhkəmə qərarları › İş №2(125)-3379/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3379/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3379/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh oğlu xx.xx.2022-ci il tarixdə ölsə də, iddiaçı "xxxx" ASC Cavabdeh oğluna qarşı borcun tutulması tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh oğlu xx.xx.2022-ci il tarixdə öldüyündən iddiaçı yalnız onun mirası qəbul etmiş vərəsələrinə qarşı iddia qaldıra bilərdi. Odur ki, iddia tələbi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddiası üzrə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar