Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3392/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25000 (iyirmi beş min) manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı Cavabdeh 2023-cü il 10 fevral tarixində 25000 (iyirmi beş min) manat borc vermişdir. Cavabdeh ona olan borcunu qısa müddətdə, yəni 23 mart 2023-cü il müddətdə qaytaracağını bildirmiş və bu öhdəliyi barədə özü tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilərək imzalanmışdır. Ancaq razılaşdırılmış müddət bitməsinə baxmayaraq, pulu qaytarmamışdır. Hazırda cavabdehdən pulunu tələb edir. Lakin cavabdeh yaxın vaxtda borcunu qaytaracağını desə də, öhdəliyini icra etmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə məhkəməyə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 18 fevral 2023-cü il tarixli Cavabdeh, İddiaçı, X3 və X2 tərəfindən tərtib edilərək imzalanmış aktdan görünür ki, Cavabdeh Yunis oğlunun İddiaçı 25000 (iyirmi beş min) manat borcu vardır. Akta əsasən Cavabdeh 23 mart 2023-cü il tarixdə həmin borcunu İddiaçı qaytaracağına söz vermişdir. Əks halda 1 gün keçəcəyinin məsuliyyətini öz üzərinə götürmüş, lazımi təşkilat və orqanlar qarşısında cavab verməyə hazır və razı olduğunu qeyd bildirmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 10 fevral 2023-cü ildə 25000 manat borc pul vermiş və tərəflər arasında olan razılaşmaya görə cavabdeh iddiaçıya olan borcunu 23 mart 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. 18 fevral 2023-cü il tarixdə isə iddiaçı cavabdehə olan borcunu yazılı qaydada etiraf etmişdir. Cavabdeh isə həmin borcu müqavilədə razılaşdırılan vaxtda, yəni 23 mart 2023-cü il tarixədək ödəməmişdir. 18 fevral 2023-cü il tarixli akta əsasən cavabdeh iddiaçıya 25000 manat borcu olduğunu etiraf etmiş və cavabdeh iddiaçıya olan 25000 manat borcunu qaytarmadığı təqdirdə lazımi təşkilat və orqanlar qarşısında cavab verməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mülki hüquq münasibəti öhdəlik hüququnun tərkib hissəsi olan borc münasibətidir. Başqa sözlə, tərəflər arasındakı mövcud münasibət borc münasibətindən yarandığından həmin münasibətə borc müqaviləsinin normaları tətbiq edilməlidir. Odur ki, məhkəmə hazırki məsələ ilə bağlı qeyd olunan münasibəti tənzimləyən maddi hüquq normalarını qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri, vicdanlılığın tələb etdiyi tərzdə, yəni lazımi şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 10 fevral 2023-cü ildə 25000 manat borc pul vermiş və tərəflər arasında olan razılaşmaya görə cavabdeh iddiaçıya olan borcunu 23 mart 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin 18 fevral 2023-cü il tarixdə iddiaçı cavabdehə olan borcunu yazılı qaydada etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı iddia tələbinin hüquqi əsası kimi həm də Mülki Məcəllənin 882.1-ci maddəsi çıxış edir. Belə ki, Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməsi məqsədilə dövlət rüsumu kimi hökumət ödəniş portalına 165 (bir yüz altmış beş) manat ödəniş etmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia tələbi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh 25000 (iyirmi beş min) manat pul və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3392/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3392/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver