Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3422/2024 13.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 8.400 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh təxminən 4 ilə yaxındır ki, tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. 2020-ci ilin oktyabr ayında Cavabdeh ondan 500 manat borc olaraq pul istəmiş, o isə 10 faiz əlavə ödəmək şərti ilə həmin məbləği Gəncə şəhərində yerləşən «Gəncə» mehmanxanasının qarşısında vermişdir. Daha sonra Cavabdeh ondan yenidən 2.000 manat borc olaraq pul istəmiş o da yenidən 10 faiz ödəmək şərti ilə cavabdehə həmin məbləği vermişdir. Beləliklə o, cavabdehə ayrı-ayrı vaxtlarda hissə-hissə cəmi 5.000 manat məbləğində borc pul vermişdir. O, Cavabdeh pulunu faizi ilə birgə geri istədikdə hər dəfə bir bəhanə gətirərək ona pulu verməkdən imtina etmişdir. Bununla bağlı Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə müraciət etsə də, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə faiz ilə birlikdə hazırda Cavabdeh ona cəmi 8.400 manat məbləğində borcu vardır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, ayrı-ayrı vaxtlarda onun pula ehtiyacı yarandığı üçün o, İddiaçı 4.100 manat məbləğində pul vəsaitini borc almış, həmin pul vəsaitinə görə hesablanmış faiz qismində İddiaçı 2.600 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin sonradan onun maddi imkanı olmadığından İddiaçı olan 4.100 manat məbləğində əsas borcunu qaytara bilməmişdir. Bundan başqa, o, İddiaçı ağartı məhsulları və digər kənd təsərrüfatı məhsulları aldığına görə onun İddiaçı əlavə 500 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan səbəbdən də o, İddiaçı iddiasını 4.600 manat məbləğində pul tələbinə dair hissədə qəbul edir. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 57-1/2-6913/24 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə müraciəti araşdırılmış və xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İşdə olan Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatın surətindən surətindən görünür ki, təxminən 7-8 il olar ki, Hikməti tanıyır, həmişə münasibətləri yaxşı olmuşdur. Sonradan ona pul lazım olduğu üçün, yəni kirayədə qaldığı evin kirə pulunu verə bilmədiyinə görə Hikmətdən xahiş etmişdir ki, ona sələmə pul tapsın o da hissə-hissə verəcəkdir. Buna görə də Hikmət 2020-ci ilin təxminən oktyabr ayında ona 500 manat pul vermişdir. O da həmin pulu 10 faiz əlavə ödəmək şərti ilə Hikmətə vermişdir. Daha sonra pul lazım olduğu üçün yenidən Hikmətdən pul almışdır. O, ümumilikdə hissə hissə Hikmətdən 4.100 manat məbləğində pul almışdır, həmin pula görə də Hikmətə 2.600 manat faizini vermişdir. Lakin sonradan işləyə bilmədiyinə görə İddiaçı aldığı 4,100 manat pulu qaytara bilməmişdir. Hikmət isə ona demişdir ki, 5.400 manat məbləğində borcu var. Buna baxmayaraq Hikmətə demişdir ki, borca aldığı 4.100 manat pulunu qaytaracaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işi üzrə icraatın başlanılmasından rədd edilmiş, İddiaçı borc tələbinə dair mülki tələbi ilə əlaqədar mülki qaydada müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında «audio» diskə baxış keçirilmiş və İddiaçı 8.400 manat məbləğində pulun geri qaytarılmasını cavabdeh tərəfdən tələb etməsi məlum olsa da cavabdeh tərəf borcun məbləğinə dair hər hansı münsibət bildirməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında 2020-ci ilin oktyabr ayında ayrı-ayrı vaxtlarda hər dəfə 3.000 manat məbləğindən artıq olmamaqla, ümumlikdə 4.600 manat məbləğində pul vəsaitinə dair şifahi borc müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən İddiaçı cəmi 4.600 manat məbləğində pul vəsaitini Cavabdeh borc qismində vermiş, lakin Cavabdeh qeyd olunan məbləğdə pul vəsaitini İddiaçı qaytarmamışdır. İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 8.400 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini 4.600 manat məbləğində hissədə qəbul etmiş, bununla da İddiaçı iddia tələbini həmin hissədə sübut etmə vəzifəsindən azad olunmuşdur. Lakin İddiaçı iddia tələbini digər hissədə təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli və 4.600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. İş materiallarında olan AA seriyalı 306781 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Buna görə də məhkəmə İddiaçı dövlət rüsumu ödənilməsindən azad edilməsini və bununla əlaqədar məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilməməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumunun əvəzi qismində 66 manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 4.600 (dörd min altı yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3422/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3422/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver