Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-343/2025 09.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X2 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun sifarişi əsasında keçirilmiş şənlik tədbirindən qalan 1450 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 manat dövlət rüsumunun qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “Şəms” şadlıq sarayına müraciət edərək xx.xx.2024-cü il tarixdə övladı üçün “Şəms” sarayında şənlik tədbiri keçirmək niyyətində olduğunu bildirmişdir. Qonaqlarının sayı 96 nəfər olduğundan tədbiri Elit zalında keçirməsini təklif etmişdirlər. Razılaşmalarına görə hər stolda 12 nəfər olmaqla 8 stol sifariş eedilmişdir. Qonaq sayı 96 nəfər olacağını bildirmişdir. Ehtiyat üçün əlavə olaraq bir stol da bəzəməyi razılaşmışdırlar. Menyu hər bir qonaq üçün 34 manat, eyni zamanda videoçəkiliş və fotoşəkil üçün 150 manat da sifarişçi-cavabdeh ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh hər bir qonaq üçün 34 manatdan olmaqla 96 nəfərə görə 3264 manat, videoçəkiliş və fotoşəkillərə görə isə 150 manat ödəməli idi. Cavabdeh ödənişin hamısını tədbirdən sonra ödəməyə söz vermişdir. Sifariş qəbul edilərkən cavabdeh beh qismində 200 manat vermişdir. Tədbirin sonunda cavabdeh 3064 manat menyuya görə, 150 manat isə videoçəkiliş və fotoşəkillərə görə verməli idi. Ancaq cavabdeh tədbirin sonunda 1764 manat verərək 1300 manat qalığını, videoçəkiliş və fotoşəkillərə görə 150 manat borcunu isə bir-iki gün ərzində çatdıracağını bildirmiş və gözləmələrini xahiş etmişdir. Hal-hazırda cavabdeh borcunu qaytarmamışdır. Tədbirdə çəkilmiş videogörüntülər və fotoşəkillər onlarda qalmışdır. Cavabdehə dəfələrlə borcunu qaytarmağı xahiş etsələr də, o imtina etmişdir. Cavabdehə izah olunmuşdur ki, həmin məbləğin hamısı təkcə şadlıq sarayının büdcəsinə deyil, eyni zamanda xidmət personalına çatacaq məbləğ də vardır. Dəfələrlə telefon zənginə baxmayaraq cavabdeh öhdəliyini icra etməkdən qəsdən yayınmaqdadır. Cavabdehin əri isə pulu yalnız məhkəmə qaydasında verəcəklərini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, qonaqların sayı əvvəlcə 84 nəfər, sonda isə 96 nəfər olaraq danışılmışdır. Cavabdehin sifariş verdiyi kimi 96 nəfərlik stol açılmışdır. Bir nəfər üçün menyu 34 manat olmuşdur. Lakin qonaqlardan gəlməyənlər olduğu üçün cavabdeh ziyana düşmüş, ödənişin bir qismini ödəmiş, qalan məbləği ödəməmişdir. Pul tam verilmədiyi təqdirdə yeməklər, eləcə də fotoşəkillər və videoçəkiliş təqdim edilmir. Cavabdehin dediyi vaxta kimi gözləsələr də, cavabdeh ödəniş etməmişdir. Yeməkləri isə çox saxlaya bilmirlər, mütəmadi olaraq yoxlamalar olur. Onların hesabı ilə cavabdehin menyunun pulundan 1300 manat, fotoşəkillər və videoçəkiliş üçün də 150 manat olmaqla, cəmi 1450 manat borcu qalmışdır. Cavabdehin 1224 manat ödəniş etməsi ilə də razı olduqlarını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 96 nəfərlik stol açılmış, bir nəfər üçün menyunun qiymətini 34 manatdan danışmışdırlar. Lakin gəlməyən qonaqlar olduğundan 3 stol, cəmi 36 nəfərlik yer boş qalmışdır. Demişdir ki, yeməkləri versinlər, pulu isə bir həftəyə verəcəkdir. Nə toyun diskini, nə də yeməkləri verməmişdirlər. Şənlik evinin müdürü şəkilçəkənə zəng vurub borcları olduğundan şəkilləri verməməsini demişdir. 2058 manat ödəniş etmiş, cəmi 1200 manat borcu qalmışdır. Yeməklər verilməsə ödəniş etməyəcəyini demişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəsatəti ilə şahid qismində dinlənilmiş X1 ifadəsində göstərdi ki, uşağın dayısı, həm də kirvəsidir. Menyunu 34 manata danışmışdırlar. 3 stol, cəmi 36 nəfərlik yer boş qalmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- “Şəms” şadlıq sarayına məxsus menyu vərəqəsinin surətindən görünür ki, şadlıq sarayı tərəfindən menyu tərkibi və əlavə xidmətlərin göstərilməsi sifarişçi Cavabdeh ilə razılaşdırılmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında toy şənliyi tədbiri keçirilməsinə dair razılıq əldə edilərək iddiaçı tərəfindən 96 nəfərlik 8 masa sifariş verilməklə bir nəfər üçün menyunun qiyməti 34 manata razılaşdırılmışdır. Cavabdeh sifariş üzrə ödənişlərin bir qismini ödəmiş qalan borcunu boş qalmış 36 nəfərlik stulun menyusunun ona verilməməsi ilə əlaqələndirərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, sübutlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi cavabdeh toy şənliyinin keçirilməsinin təşkili ilə bağlı iddiaçıya sifariş verərək bununla bağlı göstərilən xidmətlərə görə üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmişdir. Cavabdehin sifariş verdiyi və boş qalmış stullar üzrə menyunun ona verilməməsinə dair göstərdiyi dəlillər onun üzərinə düşən öhdəlikdən azad edilməsi üçün əsas ola bilməz. Bununla belə cavabdeh 2058 manat ödəniş etdiyini göstərsə də, boş qalmış stullara görə ödənişi mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla 1224 manat pul cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 32,24 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1224 (bir min iki yüz iyirmi dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 32,24 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-343/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-343/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver