Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3448/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yelo Bank ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 10-Y-l- 1-2634-23 saylı kredit müqaviləsi üzrə 710.96 manat əsas borc, 40.22 manat faiz borcu və 34.21 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 785.39 manat borcun və xx.xx.2023-cü il tarixli, 10-TK-2- 1-2634-23 saylı kredit müqaviləsi üzrə 1000 manat əsas borc, 96.89 manat faiz borcu və 35.38 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1132.27 manat borcunun və 39.18 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-1-1- 2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18.5 faizlə 24 ay müddətinə 1400 manat kredit, xx.xx.2023-ci il tarixli, 10-TK-2-1-2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 1000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il dekabrın 26-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli, 10- Y-l- 1-2634-23 saylı kredit müqaviləsi üzrə 710.96 manat əsas borc, 40.22 manat faiz borcu və 34.21 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 785.39 manat borcu vardır. 2024-cü il dekabrın 26-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli, 10- TK-2-1-2634-23 saylı kredit müqaviləsi üzrə 1000 manat əsas borc, 96.89 manat faiz borcu və 70.76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1167.65 manat borcu vardır. Cavabdeh cərimə borcu 70.76 manat təşkil etməsinə baxmayaraq, 35.38 manat tələb edilir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh borcu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10-Y-1-1-2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18.5 faizlə 24 ay müddətinə 1400 manat kredit, xx.xx.2023-ci il tarixli, 10-TK-2-1-2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 1000 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, 10- Y-l-1-2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 710.96 manat əsas borc, 40.22 manat faiz borcu və 34.21 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 785.39 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixli, 10- TK-2-1-2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 1000 manat əsas borc, 96.89 manat faiz borcu və 70.76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1167.65 manat borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 39,18 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh məhkəməyə gəlməmiş və ona qarşı irəli sürülən iddiaya heç bir etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə iddiaçının təqdim etdiyi sübutlarla işin halları kimi müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10-Y-1-1-2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18.5 faizlə 24 ay müddətinə 1400 manat kredit, xx.xx.2023-ci il tarixli, 10-TK-2-1-2634-23 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 1000 manat kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 710.96 manat əsas borc, 40.22 manat faiz borcu və 34.21 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 785.39 manat borc və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1000 manat əsas borc, 96.89 manat faiz borcu və 70.76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1167.65 manat yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 436.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli, 10- Y-l-1-2634-23 saylı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı ASC-yə 710.96 manat əsas borc, 40.22 manat faiz borcu və 34.21 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 785.39 manat borc və xx.xx.2023-cü il tarixli, 10- TK-2-1-2634-23 saylı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasına dair iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı ASC-yə 1000 manat əsas borc, 96.89 manat faiz borcu və 70.76 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1167.65 manat iddiaçı Bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İrəli sürülən iddia haqlı sayıldığından məhkəmə hesab edir ki, iş üzrə iddiaçı Bank tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 39,18 manat dövlət rüsumu da cavabdehə aid edilməli və ondan alınaraq, İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10- TK-2-1- 2634-23 saylı və xx.xx.2023-cü il tarixli, 10- Y-l-1-2634-23 saylı kredit müqavilələrinə əsasən yaranan 1710,96 manat məbləğində əsas borc,137,11 manat məbləğində faiz borcu və 104,97 manat cərimə borcu olmaqla, iki müqavilə üzrə cəmi 1953,04(bir min doqquz yüz əlli üç) manat 04 qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun (xidmət haqqının) əvəzi kimi 39,58(otuz doqquz) manat 58 qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3448/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3448/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver