Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3453/2024 14.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 1.575 manat, iddia ərizəsinin yazılması və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zaman iddiaçının nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh əlavə olaraq 1.000 manat, cəmi 2.575 manat, iddia ərizəsinin yazılması və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun həm qohumu, həm də tanışıdır. Cavabdeh müxtəlif mağazalardan öz adına mobil telefon və başqa məhsulları kreditlə alıb, həmin məhsulları ona verməyi xahiş etmiş və onların dəyərini qısa müddət ərzində tam ödəyəcəyini bildirmişdir. Cavabdeh bu xahişini əldə edilmiş məhsulları satıb, iş qurmaq və borclarını ödəmək istəyi ilə əsaslandırmışdır. O isə cavabdehin onun etibarından sui-istifadə edəcəyini başa düşməmiş, "xxxx" MMC-dən 891 manat 10 qəpik məbləğində və «Soliton» LTD-dən 684 manat 57 qəpik məbləğində məhsulları kreditlə öz adına götürərək, Cavabdeh vermişdir. Bundan başqa, o, Gəncə şəhəri, Nizami prospektində yerləşən «Baba Telekom» mağazasından da ümumi məbləği 1.000 manat olan 2 ədəd mobil telefon alaraq, onları da Cavabdeh vermişdir. Lakin bir müddət keçdikdən sonra Cavabdeh vədinə əməl etməmişdir. Hətta "xxxx" MMC-yə olan borcunu ödəmədiyi üçün Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-291/2023 nömrəli qətnaməsinə əsasən ondan cəmi 891 manat 10 qəpik məbləğində pulun iddiaçıdan tutularaq, "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bununla bağlı dəfələrlə Cavabdehla əlaqə saxlanılmışdır. Cavabdeh borcunu qaytaracağını bildirsə də hazırki tarixədək müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmamışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı "xxxx" MMC-dən və «Soliton» LTD-dən 2 ədəd mobil telefonu və 1 ədəd skuteri alaraq ona vermişdir. O isə 2 ədəd mobil telefonun və 1 ədəd skuterin pulunu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Sözügedən əşyalara görə İddiaçı 150 manat, 80 manat, 50 manat və 150 manat, cəmi 430 manat məbləğində pul vəsaitini vermişdir. Hazırda İddiaçı onun 1.119 manat 80 qəpik məbləğində borcu qalmışdır. Digər iki ədəd «Baba Telekom» mağazasından əldə oluna mobil telefonlara isə onun aidiyyatı yoxdur. İddiaçı həmin telefonları özü üçün almışdır. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-291/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 774 manat 90 qəpik məbləğində əsas borc, 116 manat 20 qəpik məbləğində cərimə borcu olmaqla cəmi 891 manat 10 qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan "xxxx" MMC tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 391-4 nömrəli məktubun surətindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(058)-291/2023 nömrəli qətnaməsinə əsasən cəmi 921 manat 10 qəpik məbləğində pul vəsaitinin İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilsə də, qətnamə üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, GNK5967426 nömrəli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı «Soliton» LTD-dən 774 manat məbləğində olan əşyanı ilkin 90 manat ödəmək şərtilə 12 ay ərzinə hər ay 57 manat ödəmək şərtilə almışdır. İşdə olan Cavabdeh Samux rayon Polis Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı adına 4 ədəd mobil telefon götürmüşdür. Daha sonra İddiaçı bununla bağlı 150 manat məbləğində pul vəsaiti vermişdir. Onunla Kənan arasında olan razılığa görə 1 il müddətində hər ay Kənana 120 manat ödəməli idi. Yerdə qalan 2.700 manat məbləğində pul isə Kənangilin ona olan mebel borcuna görə çıxılmalı idi. İş materiallarında olan Samux rayon Polis şöbəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh telefona olan kredit borcunu ödəməməsi və borcunu ödəməsi ilə bağlı məsələ məhkəmə orqanlarının səlahiyyətinə aid olunduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Daşkəsən rayon Polis şöbəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə oğlu İddiaçı tərəfindən Cavabdeh verilmiş 4.000 manat məbləğində borcunu ödəməsi ilə bağlı məsələ məhkəmə orqanlarının səlahiyyətinə aid olunduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında dinlənilmiş audio qeydlərdən görünür ki, Cavabdeh və İddiaçı arasında olan danışıqlar zamanı Cavabdeh 4 ədəd mobil telefonun alınması ilə əlaqədar yaranmış borcun ödənilməmiş 2.700 manat məbləğində hissəsini qısa müddət ərzində qaytaracağını İddiaçı bildirir. Məhkəmə Cavabdeh izahatında iddiaya etirazının əsası kimi İddiaçı yalnız 1.119 manat 80 qəpik məbləğində borcunun olmasına və digər hissədə borcun ona aid olmamasına dair göstərdiyi xüsusatı digər sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusat sübutların məcmusu ilə təkzib olunur, ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Belə ki, Cavabdeh Samux Rayon Polis Şöbəsində verdiyi izahatında, habelə qeydə alınmış audio danışıqlarda 4 ədəd mobil telefonun alınması ilə əlaqədar yaranmış borcun 2.700 manat məbləğində hissəsinin ödənilmədiyini bildirmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış müqaviləyə uyğun olaraq, İddiaçı öz adından ayrı-ayrı mobil telefon mağazalarından 4 ədəd mobil telefon almaqla, Cavabdeh verməyi, Cavabdeh isə həmin telefonların dəyərini İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. K.İ.Abbasov qeyd olunan sayda mobil telefonun Cavabdeh verilməsini təmin etsə də, Cavabdeh hesablanmış borcu K.İ.Abbasova tam ödəməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində 2.575 manat, iddia ərizəsinin yazılması və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Samux Rayon Polis İdarəsində verdiyi izahatda İddiaçı adından kreditlə 4 ədəd mobil telefon aldığını, həmin telefonlara görə İddiaçı əvvəlcə 150 manat, 1 il müddətində hər ay 120 manat məbləğində pul vəsaiti ödədiyini, İddiaçı ödənilməmiş 2.700 manat məbləğində pul vəsaitini isə mebelllə əlaqədar İddiaçı borcuna hesabladığını göstərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda Cavabdeh İddiaçı adından, yəni İddiaçı digər şəxslərdən 4 ədəd mobil telefon aldıqdan sonra İddiaçı 4 ədəd mobil telefon aldığını və həmin mobil telefonların dəyərinin ödənilməmiş hissəsinin əvəzi qismində mövcud 2.700 manat məbləğində borcu İddiaçı borcuna hesabladığını bildirdiyindən, İddiaçı Cavabdeh ona 2.575 manat məbləğində borcunun olmasını sübutetmə yükündən azad olmuş, Cavabdeh isə 2.700 manat məbləğində pul vəsaitinin həqiqətən İddiaçı borcuna hesablanmasını sübutetmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsinin yazılması ilə əlaqədar sərf edilmiş vəsaitin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 2.575 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə, dövlət rüsumunun kəsirinin əvəzi qismində 8 manat 35 qəpik məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh Məhərrrəm oğlundan 2.575 (iki min beş yüz yetmiş beş) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat, cəmi 2.615 (iki min altı yüz on beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh Məhərrrəm oğlundan dövlət rüsumunun kəsirinin əvəzi qismində 8 (səkkiz) manat 35 (otuz beş) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3453/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3453/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver