Məhkəmə qərarları › İş №2(125)-351/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-351/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-351/2023 11.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (İİİ şəxs X6) qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh (İİİ şəxs X6) qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 5427 (beş min dörd yüz iyirmi) manat pulun alınaraq, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, fərdi sahibkar kimi ticarət obyekti işlətmiş və əsasən siqaret məhsullarının pərakəndə və topdan satışı ilə məşğul olmuşdur. İddia tələbində 3-cü şəxs kimi qeyd etdiyi X1 (ticarət) fəaliyyəti məşğul olan şəxsdir. Cavabdeh İİİ şəxs hesab olunan X4 yaxın qohumu olmaqla, onun mağazasında satıcı kimi fəaliyyət göstərmişdir. O, obyektində olan siqaret mallarının bir hissəsini topdan satış qiyməti üzrə vaxtaşırı Ruslan Səfərova və onun işçisi Cavabdeh təhvil vermişdir. Onlar təhvil aldığı malları öz mağazasında satmış, malın maya dəyərini ona qaytarmışlar, əlavə dəyəri isə gəlir kimi onlara qalmışdır. Bu qaydada bir müddət fəaliyyət göstərmişlər. Beləliklə, də aralarında qarşılıqlı etimad və işgüzar münasibətlər yaranmışdır. O, malları bəzi hallarda Ruslan Səfərova, bəzi hallarda isə onun göstərişi ilə satıcısı olan Cavabdeh təhvil vermişdir. Göstərilən qaydada müəyyən vaxt ərzində fəaliyyət göstərdikdən sonra onlar malların satışından əldə etdiyi pulların ona verilməsini ləngitmişlər. Buna görə də öz maddi mənafeni müdafiə etmək üçün o, malların təqdim edilməsini dayandıraraq, ona olan borcun qaytarılmasını tələb etmişdir. Apardığı yekun hesabata görə İİİ şəxsin ona 6247 (altı min iki yüz qırx yeddi) manat borcu yaranmışdır. Borcun ödənilməsini tələb etdikdə, Cavabdeh həmin məbləğdə borcun olmasını etiraf etmişdir. Lakin, pulu qaytarmaqdan imtina etmişdir. Bildirmişdir ki, malların satışından əldə etdiyi pulları Ruslan Səfərova təhvil vermişdir. Buna görə də pulu ondan tələb etməlidir. Borcun ödənilməsini cavabdeh Ruslan Səfərovdan tələb etdikdə isə o, tərəflər arasında müqavilənin mövcud olmasını, lakin ona yalnız 1000 (min) manat borcu olduğunu etiraf etmiş, qalan borc üçün məsuliyyət daşımadığını bildirmişdir. O, bildirmişdir ki, Cavabdeh ondan xəbərsiz olaraq malları təhvil alıb satmış və pullar ona təhvil verməmişdir. Ona görə pulları ondan tələb etməlidir. Göründüyü kimi onların hər ikisi məsuliyyəti bir-birlərinin üstünə atmış və ona olan borclarını qaytarmamışlar. Cavabdeh notariat qaydasında təsdiq edilmiş ərizə üzrə ona 6000 (altı min) manat borcu olduğunu etiraf etmişdir. Belə olan halda, yəni borcun mövcud olması cavabdeh tərəfindən etiraf edildiyi halda, bu müəyyən edilmiş fakt kimi qəbul edilməli və bu faktın başqa sübutlarla təsdiq olunması zərurəti aradan qalxmışdır. Tərəflər arasında yaranmış mülki münasibətlərin əsas subyekti fərdi sahibkar X8 olduğu üçün o, kommersiya məhkəməsinə iddia ərizəsi vermiş 6247 (altı min iki yüz qırx yeddi) manat borcun Ruslan Səfərovdan tutulmasını xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman Ruslan Səfərov ona yalnız 1000 (min) manat məbləğində borcu olduğunu etiraf etmişdir. Cavabdeh borcunun mövcud olmasına dair notariat qaydasında təsdiq edilmiş ərizəsinə məhkəmə hüquqi qiymət verərək, qeyd etmişdir ki, bu sənəd Ruslan Səfərova münasibətdə borcun etirafı kimi qiymətləndirilə bilməz, yalnız Cavabdeh münasibətdə hüquqi nəticələrə səbəb ola bilər. Ona görə də məhkəmə tövsiyə etmiş ki, o, həmin pulları Cavabdeh tələb etməlidir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-570/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun Ruslan Səfərova qarşı qaldırdığı iddia tələbi qismən təmin edilmiş, etiraf etdiyi 1000 (min) manat pulun cavabdehdən tutulması barədə qərar verilmişdir. Həmin qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, işə yenidən baxılmış, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almış və icra olunaraq Ruslan Səfərovdan 1000 (bir min) manat alınaraq onun xeyrinə ödənilmişdir. Məhkəmə qətnaməsindən belə hüquqi nəticə hasil olunur ki, Cavabdeh onu və Ruslan Səfərovu aldadaraq, təhvil aldığı malları satmış, pullarını isə mənimsəmişdir. Deməli hüquqi əsas olmadan varlanmışdır. Cavabdehin və İİİ şəxsin ona borclu olduğu 6427 manat puldan məhkəmə qətnaməsi ilə yalnız mənə 1000 (bir min) manat qaytarılmışdır. Deməli qalan 5427 (beş min dörd yüz iyirmi yeddi) manat pulun qaytarılması Cavabdeh öhdəsinə düşür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu ifadə verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və İİİ şəxs X8 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14 sentyabr 2022-ci il tarixli, 1258 nömrəli arayışından görünür ki, İddiaçı Ş.İ.Xətai prospekti, ev 105/55, mənzil 9 ünvanında qeydiyyatdadır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2958/2019 nömrəli, 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 6247 (altı min iki yüz qırx yeddi) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1712/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2958/2019 nömrəli, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, qətnamə qalan hissədə 1000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)5122/2020 nömrəli, 03 noyabr 2020-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəyti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1712/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1581/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli, qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2958/2019 nömrəli, 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş baxılması üçün Aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-570/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X3 1000 (min) manat pul və məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh 15 oktyabr 2019-cu il tarixli ərizəsində görünür ki, İddiaçı qaynı (arvadının qardaşı) X4 vasitəsi ilə 10 il bundan öncə tanımışdır. O, qaynının Gəncə şəhəri, Texnologiya Universitetinin qarşısında yerləşən icarəyə götürdüyü köşkdə satıcı kimi işləmişdir. Həmin vaxt mağazaya Ruslan malları yazdırıb gələndən sonra, o, gedib Mərkəzi Kolxoz Bazarında satıcı işləyən İddiaçı malları sayıb qəbul etmiş, gətirib Ruslanın köşkündə ona təhvil vermişdir. Həmin mallar müxtəlif növ siqaretlər olmuşdur. O, malları Ziyabildən təhvil alan zaman ona heç vaxt pul verməmişdir, malları o, bildiyinə görə Ruslan daim nisyə götürmüşdür. Ruslanın 6000 manata yaxın Ziyabilə borcu yaranmışdır. X7 aldıqdan sonra satıb, pulunu ona deyil, bir neçə bankda olan borcunu bağlamışdır. Bu məsələ ilə əlaqədar onun bildikləri bu qədərdir, müdaxilə etməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı siqaret məhsullarının pərakəndə və topdan satışı ilə məşğuldur. İddia tələbində İİİ şəxs kimi qeyd etdiyi X1 (ticarət) fəaliyyəti məşğul olan şəxsdir. Cavabdeh İİİ şəxs hesab olunan X4 yaxın qohumu olmaqla, onun mağazasında satıcı kimi fəaliyyət göstərmişdir. O, obyektində olan siqaret mallarının bir hissəsini topdan satış qiyməti üzrə vaxtaşırı Ruslan Səfərova və onun işçisi Cavabdeh təhvil vermişdir. Apardığı yekun hesabata görə İİİ şəxsin ona 6247 (altı min iki yüz qırx yeddi) manat borcu yaranmışdır. İİİ şəxs X8 12 saylı Ərazi Vergilər Baş İdarəsində uçota alınmışdır (VÖEN**********) Bu səbəbdən də mübahisə kommersiya məhkəməsinə aid olduğundan işə kommersiya məhkəməsində baxılmışdır. X12 Məhkəməsində baxılan zaman İİİ şəxs X8 İddiaçı 1000 manat borcu olduğunu etiraf etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-570/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə, X3 1000 (min) manat pul və məhkəməyə müraciət edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı isə qalan 5427 (beş min dörd yüz iyirmi yeddi) manat borcun qaytarılmasının Cavabdeh öhdəliyinə düşdüyünü iddia edərək ona qarşı iddia qaldırmış, lakin həmin faktı təsdiq edəcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin «Ədalətli məhkəmə araşdırması hüququ» 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə, iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi cavabdehin göstərdiklərinə əsasən təmin oluna bilməz. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı tütün məmulatlarının alqı-satqısı zamanı ona dəymiş 5427 manat pulun Cavabdeh tərəfindən qaytarılmasını tələb etmiş, lakin iddianı sübut etmək vəzifəsi, iddiaçının üzərinə düşdüyündən, iddiaçı qeyd edilən tələbi ilə bağlı, yəni 5427 manat məbləğində malların cavabdeh tərəfindən qəbul edilməsi və həmin borcun mövcudluğu ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmədə iddia qaldırılması məqsədilə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı “5427 manat pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar