Məhkəmə qərarları › İş №2(125)-353/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-353/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-353/2023 06.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, iddiaçı X4 İddiaçı ASCnin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X4 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X4 İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2901,62 manat əsas, 65,14 manat faiz olmaqla cəmi 2966,76 (iki min doqquz yüz altmış altı manat 76 qəpik) manat pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq X4 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında göstərdi ki, X4 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış LM101901367 nömrəli, 29 oktyabr 2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əsasən cavabdehin banka olan 2999,20 (iki min doqquz yüz doxsan doqquz manat 20 qəpik) manat borcu 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. Cavabdeh banka olan borcu restrukturizasiya edilərkən Zamin ilə bank arasında 29 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən, öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 2966,76 (iki min doqquz yüz altmış altı manat 76 qəpik) manat təşkil edir. Bundan 2901,62 (iki min doqquz yüz bir manat 62 qəpik) manat əsas, 65,14 (altmış beş manat 14 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, digər cavabdeh olan Zamin onun uzaqdan qohumudur. Əvvəllər Əhmədov X2 ASC-də çalışmışdır. Ona demişdir ki, adına kredit götürsün. O isə razılaşmışdır. Krediti əslində zamin olan cavabdeh Zamin götürmüşdür. Kredit borcundan ayda hissə-hissə olaraq 20 manat ödəmək imkanı vardır. Digər cavabeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Zamin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019-cu il tarixli LM101901367 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi 60 ay müddətinə, 1 faiz ödəmək şərti ilə 2999,20 (iki min doqquz yüz doxsan doqquz manat 20 qəpik) manat məbləğində kredit vermişdir. xx.xx.2019-cu il tarixli LM101901367 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli LM101901367 nömrəli kredit müqaviləsi üzrə 2901,62 manat əsas, 65,14 manat faiz olmaqla cəmi 2966,76 (iki min doqquz yüz altmış altı manat 76 qəpik) manat borcu vardır. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildirişlərdən görünür ki, cavabdehlərə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə xx.xx.2019-cu il tarixli LM101901367 saylı restrukturizasiya müqaviləsi bağlanaraq, Cavabdeh LPO "xxxx"ASC tərəfindən 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 2999,20 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təmini üsulu kimi iddiaçı ilə cavabdeh Zamin arasında xx.xx.2019-cu il tarixli LM101901367 nömrəli zaminlik müqaviləsi bağlanmış, Zamin kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmələrinə baxmayaraq müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borcalan Cavabdeh və Zamin müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlərin xx.xx.2019cu il tarixli LM101901367 nömrəli müqavilə üzrə öhdəliyi vaxtında icra etməmələri nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda xx.xx.2019-cu il tarixli LM101901367 nömrəli müqavilə üzrə 2901,62 manat əsas, 65,14 manat faiz olmaqla cəmi 2966,76 (iki min doqquz yüz altmış altı manat 76 qəpik) manat kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq LPO "xxxx"ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada xx.xx.2019-cu il tarixli LM101901367 nömrəli müqavilə üzrə 2901,62 manat əsas, 65,14 manat faiz olmaqla, cəmi 2966,76 (iki min doqquz yüz altmış altı manat 76 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq X4 İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar