Məhkəmə qərarları › İş №2(125)-3550/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3550/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3550/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13121 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 avqust 2023-cü ildə borcalan Cavabdeh ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Borcalan tərəfindən borcun qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Borcun qaytarılması barədə cavabdehə şifahi məlumat verilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir. Qeyd olunan müqavilə üzrə cavabdeh ondan 4500 manat və nəğd şəkildə isə ayrıca olaraq kart şəklində ona tərəfindən 17 sentyabr tarixdə 105 manat, 25 avqust tarixdə 1015 manat, 27 sentyabr tarixdə 507 manat, kart terminal vasitəsi ilə 1005 manat bir, 500 manat bir, 1030 manat bir, 1098 manat bir, 1000 manat bir, 854 manat bir, 1507 manat bir ümumilikdə 13121 manat borc pul verilmişdir. Hazırda cavabdeh borclu öhdəliklərini pozulduğundan borcunu ödəmədiyindən onunla bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Müqavilə üzrə cavabdeh 4500 manat pulu 10 oktyabr 2023-cü il tarixdə qaytarmalı olduğu halda müqaviləni icra etməmişdir. Cavabdehə borcunu ödəməyi məhkəmədən kənar qaydada bildirsə də, cavabdeh borcunu ödəməkdən imtina etmiş, bu baxımdan cavabdeh tərəfindən ona vurduğu zərəri ödəməkdən yayındığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Beləki, cavabdehə rəsmi qaydada borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh yenə də öhdəliyini icra etməkdən yayınır. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 4500 manat məbləğində kredit müqaviləsi üzrə borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında 4500 manat borcunun olmasını və həmin məbləğdə borcunu ödəmədiyini etiraf edərək borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 avqust 2023-cü tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixədək ödəmək şərti ilə faizsiz 4500(dörd min beş yüz) manat məbləğində pulu borc vermişdir. Məhkəmədə iştirak edən cavabdeh həmin müqavilənin həqiqiliyini mübahisələndirməmiş, iddiaçıya 4500 manat məbləğində borcunun olmasını və həmin məbləğdə borcunu ödəmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmədə tədqiq olunmuş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər arasında 10 avqust 2023-cü tarixli kredit kredit müqaviləsi bağlanmış, cavabdeh həmin müqavilə əsasında iddiaçıdan 4500 manat məbləğində borc almış, lakin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı 4500 manat borcu ödəməmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4500 manat borc tutulmalıdır. Bundan başqa, iş materiallrından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 132 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işdə 132 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan nissəsi 45 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddia 4500 manat tələbi hissədə təmin edildiyindən, ödənilmiş 132 manat dövlət rüsumunun 45 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan əvəzi kimi 45 (qırx beş) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar