Məhkəmə qərarları › İş №2(125)-356/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-356/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-356/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Alişan oğlunun etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Alişan oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Alişan oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Alişan oğlu ilə birgə nikahlarından 13 dekabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi əsasında tutulan 150 manat alimentin məbləğinin dəyişdirilərək, 2023-cü il yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla ayda 250 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Alişan oğlu ilə 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X4 adlı 2 uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq hər ay hər uşağa 93 manat aliment tutulması qət edilmişdir. Lakin, hazırda həmin vaxtdan onun maddi vəziyyəti pisləşmişdir. Belə ki, uşaq böyüdükcə tələbatı da, artır. Uşağın bütün tələbatlarını ödəməyə iddiaçının maddi imkanı yol vermir. İqtisadi durumla bağlı 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Halbuki, cavabdeh Rusiya Federasiyasında kommersiya ilə məşğuldur və maddi vəziyyəti çox yaxşıdır, yüksək aliment ödəmək qabiliyyəti vardır. Cavabdehdən tutulan cüzi miqdarda alimentin məbləği uşaqların normal saxlanılması üçün kifayət etmir. Odur ki, Cavabdeh Alişan oğlu ilə birgə nikahlarından 13 dekabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi əsasında tutulan 150 manat alimentin məbləğinin dəyişdirilərək, 2023-cü il yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla ayda 250 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq hər ay hər uşağa 93 manat aliment tutulması qət edilmişdir. Həmin qətnamə üzrə borc yığıldığından borclu saxlanıldığı üçün borcunu ödəmiş və onun ərizəsi əsasında icra sənədi məhkəməyə qaytarılmışdır. Odur ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 adlı uşaqları yetkinlik yaşına çatanadək Cavabdeh Alişan oğlundan hər ay hər uşağa 235 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Alişan oğlunun etibarnamə üzrə nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh Alişan oğlu 2006cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X4 adlı 2 uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunaraq hər ay hər uşağa 93 manat aliment tutulması qət edilmişdir. Həmin qətnamə üzrə borc yığıldığından borclu saxlanıldığı üçün borcunu ödəmiş və iddiaçının ərizəsi əsasında icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda cavabdeh Rusiya Federasiyasında işləyir, kirayədə qalır və aylıq əmək haqqı 25000 rubl təşkil edir. Bundan əlavə cavabdeh ikinci dəfə ailə qurmuş və evlilikdən bir uşağı vardır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X4 adlı iki uşaqları doğulmuşdur. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)- 2306/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Alişan oğlundan 01 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa 93 manat, cəmi 186 manat tutulub nikahdan xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçıa verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 2705/14-62-4 saylı icra sənədinin qaytarılması haqqında Masallı rayon İcra və Probasiya şöbəsinin qərarının surətindən görünür ki, tələbkarln xahişi əsasında xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı icra sənədi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Alişan oğlu ilə 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə xx.xx.2008-ci il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X4 adlı 2 uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi ilə Cavabdeh Alişan oğlundan 01 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa 93 manat, cəmi 186 manat tutulub nikahdan xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçıa verilməsi qət edilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 2705/14-62-4 saylı icra sənədinin qaytarılması haqqında qərarına əsasən tələbkarln xahişi əsasında xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı icra sənədi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı uşaqların saxlanmasında çətinlik çəkdiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə mraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh Alişan oğlunun valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 93 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.1013-cü il tarixli 2(044)-2306/2013 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 93 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hərr uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Alişan oğlundan hər ay hər uşağa görə 175 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh Alişan oğlundan İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar