Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3590/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənərək verilmiş kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 30000 manat məbləğində borcun və 180 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 30000 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 180 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçı 11 mart 2022-ci il tarixdə, ünvan 1 ünvanda yaşayan Cavabdeh 30000 manat miqdarında borc pul vermişdir. Bu barədə tərəflər arasında, yəni iddiaçı ilə Cavabdeh arasında 11 mart 2022-ci il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiqlənərək kredit müqaviləsi bağlanmışdır. Cavabdeh 30000 manat borc məbləğini xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 600 AZN qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan iddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etməyisə baxmayaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 30000 manat pul borc vermiş, Cavabdeh borcu aylıq 600 manat ödəmək şərti ilə xx.xx.2026-cı il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtıvaxtında icra etməmiş və onun 30000 manat borcu ödənilməmiş qalmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi borc tələbi ilə bağlı olduğundan həmin münasibətlərə borc münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 421.2-ci maddəsinə əısasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 30000 manat borc tutulmalıdır. İddia tələbi təmin edidiyindən ödənilmiş 180 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30000 manat borc İddiaçı xeyrinə tutulsun. 180 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3590/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3590/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver