Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3594/2023 17.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə2, Cavabdeh Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbinə qarşı töhmət verilməsi barədə əmrin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbinə qarşı töhmət verilməsi barədə əmrin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin 31 saylı 16 fevral 2*23-cü il tarixli töhmətin verilməsi barədə əmrinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, 2**5-ci ildən ingilis dili müəllimi kimi Gəncə şəhəri İ.Qayıbov küçəsi 1 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. Hər zaman pedaqoji fəaliyyətinin daha da keyfiyyətli olması, daha keyfiyyətli dərs keçə bilmək üçün müxtəlif kurslarda iştirak etmişdir. 16 fevral 2*23-cü ildə işlədiyi məktəbin müdiriyyəti tərəfindən ona töhmət verilmişdir. Qeyd edilən 31 saylı 16 fevral 2*23-cü il tarixli əmrdə guya ki, ona dəfələrlə şifahi xəbərdarlıq edilməsi göstərilmiş, lakin yenə də müəllimlərin etik davranış qaydalarını kobudcasına pozmuşdur. Buna görə də ona şəxsi işinə yazılmaqla töhmət verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2*14-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nda müəllimlərin etik davranış prinsipləri öz əksini tapmışdır. O, hər zaman həmin prinsiplərə uyğun hərəkət etmişdir. Heç zaman müəllim adını ləkələyən hərəkətlərə yol verməmiş, müəllimin ictimai etimadının sarsılmaması üçün əlindən gələni etmişdir. Töhmət verilməsi haqqında əmrdə etik davranış qaydalarını hansı hərəkətlərə görə pozmağı öz əksini tapmamışdır. Töhmətdə guya ki, ona əvvəllər dəfələrlə şifahi xəbərdarlıq edilməsi göstərilsə də, lakin bu doğru deyil. Əgər həqiqətən də ona şifahi xəbərdarlıq edilmiş olsaydı, bu barədə hər hansısa bir əmr verilərdi. AR Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Töhmət verilməsi haqqında əmrdə onun guya ki, dəfələrlə müəllimlərin etik davranış qaydalarını kobudcasına pozmağı ilə əlaqədar ona şifahi xəbərdarlığın edilməsi Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsinin tələbini pozur. Töhmət verilməsi haqqında əmrdən belə məlum olur ki, o, bir dəfə deyil, dəfələrlə etik davranış qaydalarını pozmuşdur və hətta ona edilən xəbərdarlıqlardan da nəticə çıxarmayaraq yenə də etik qaydaları pozmaqda davam etmişdir, yəni o etikasız, müəllim adını daşımağa layiq olmayan bir insandır. Bildirmişdir ki, o, daima müəllim şərəfini uca tutmuşdur. Daima öz üzərində işləmişdir. Töhmət verilməsi barədə əmrin verilməsinə əsas 1*.*2.2*23-cü il tarixli akt göstərilsə də, o həmin aktdan xəbərsizdir. Həmin aktın kimin tərəfindən və kimlərin iştirakı ilə tərtib olunmasını bilmir. Dəfələrlə tələb etsə də, lakin qeyd edilən akt ona təqdim edilməmişdir. Bildirmişdir ki, mediasiya prosesində də cavabdehin nümayəndəsi iştirak etməmişdir. Həmçinin onu da qeyd etmişdir ki, qeyd edilən 1*.*2.2*23-cü ildə, yəni akt tərtib edilən gün saat *8.3*-dan günorta 13.**-dək məktəbdə olmuş, heç bir iclas keçirilməmişdir, yalnız o dərsdən çıxıb evə getdikdən sonra bilmişdir ki, 14.**-da məktəb forması ilə əlaqədar iclas keçirilmişdir. Həmin tarixdə başqa bir iclas keçirilmədiyindən düşünür ki, qeyd edilən akt da həmin iclasda tərtib edilibdir. Onun nə aktın tərtib edilməsi, nə də töhmətin verilməsi ilə əlaqədar heç bir məlumatı olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə2 iddianı müdafiə edərək, İddiaçı izahatı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin nümayəndəsi Nümayəndə1 iddianı etiraf etməyərək, iddia ərizəsinə etiraz təqdim etmiş və verdiyi izahatında göstərmişdir ki, İddiaçı 15 sentyabr 2**4-cü ildən Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. O, direktor vəzifəsini 2*22-ci ilin oktyabr ayından icra edir. 2*1*-cu ildən 2*22-ci ilədək məktəbin direktoru M.Qarayeva olmuşdur. İddiaçı məktəbdə işləməyə başlayan bir vaxtdan hər zaman təhsilalanlarla kobud rəftar etmiş, onlara ədaləsiz yanaşmış, biliklərini obyektiv qiymətləndirməmiş, qərəzli olaraq qiymətlərini azaltmış, şagirdlərlə rəftarda müəllim olmasından sui-istifadə etmişdir. Bundan başqa iddiaçı sinifdə uşaqları da birbirinə qarşı pis rəftar etməyə vadar edir, onların arasına nifaq salır. Həmçinin iddiaçı kollektivdə özünü hər zaman digər müəllimələrdən üstün tutmuş, müəllimləri və onun özünü təhqir etməkdən, hətta Təhsil İdarəsinin rəhbərinin ünvanına nalayiq ifadə işlətməkdən belə çəkinməmişdir. Bundan başqa iddiaçı son zamanlar sosial şəbəkələrə əsassız olaraq məktəbi nüfuzdan salan yazılar və videolar yerləşdirir, məktəbin adına xələl gətirir. İddiaçı ərizədə qeyd etmişdir ki, o, hər zaman etik davranış prinsiplərinə uyğun hərəkət etmişdir, heç zaman müəllim adını ləkələyən hərəkətlərə yol verməmişdir, müəllimin ictimai etimadının sarsılmaması üçün əlindən gələni etmişdir. İddiaçının dediyindən belə çıxır ki, o, hər zaman nümunəvi müəllim olmuşdur. Lakin bu heç də belə deyil. İddiaçı istər həmkarları ilə, istərsə də təhsilalanlarla kobud rəftar edir. İddiaçının barəsində hər zaman müəllimlərdən, şagirdlərdən və valideynlərdən şifahi şikayətlər daxil olub. 2*14-cü ildən etibarən isə iddiaçının dərs dediyi siniflərdə təhsilalanlarla qəddar rəftarına görə valideynlərdən mütəmadi olaraq şikayət ərizələri daxil olmuşdur. Hətta iddiaçının sinifdə şagirdlə qəddar rəftarına görə bir şagir sinifdə uşaqların gözü qarşısında altına işəmiş və bundan sonra da enurez xəstəliyinə tutulmuşdur. Onu da qeyd etmək istəyir ki, iddiaçı əvvəlki direktorun vaxtında da bir neçə dəfə müxtəlif səbəblərdən (dərs yurnalını korlaması və s.) töhmət almışdır. Bundan başqa iddiaçı ərizədə qeyd etmişdir ki, guya ona əvvəllər dəfələrlə şifahi xəbərdarlıq edilməsi doğru deyil və əgər belə xəbərdarlıqlar olsaydı bu barədə hər hansı əmr olardı. Bununla bağlı qeyd etmək istəyirəm ki, əmək qanunvericiliyinin tələblərinə görə işçinin barəsində intizam tənbehi tətbiq edilən zaman əmr verilməlidir, xəbərdarlıq intizam tənbehi sayılmır və bu səbəbdən də xəbərdarlıqlar edilən zaman əmr verilməyib. Bundan başqa iddiaçı ərizədə qeyd etmişdir ki, əmrdə iddiaçının etik davranış qaydalarını hansı hərəkətlərə görə pozması öz əksini tapmamışdır. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçıya töhmət verilməmişdən əvvəl ona dəfələrlə etik davranış qaydalarını pozması barədə şifahi xəbərdarlıq edilmişdir. Həmçinin 1* fevral 2*23-cü il tarixdə o, iddiaçıya barəsində valideynlərdən yenə də şikayət ərizələri daxil olduğunu bildirmişdir. Bununla bağlı ona izahat verməsini tələb etmiş, həmin vaxt iddiaçı izahat vermək və öz hərəkətlərinə aydınlıq gətirmək yerinə onu işçilərin və müəllimlərin yanında söyüb təhqir etmişdir. Bununla bağlı o və hadisənin şahidi olmuş işçilər tərəfindən 1* fevral 2*23-cü il tarixli Akt tərtib edilmişdir. Yəni iddiaçının hansı etik davranış qaydalarını pozması töhmət əmrindən əvvəlki aktlarda (Aktda və ərizələrdə) öz əksini tapmışdır. Qeyd edilənləri şahidlər X3, X1, X4, X2 və qeyriləri təsdiq edə bilərlər. Bundan başqa iddiaçı qeyd etmişdir ki, guya 1* fevral 2*23-cü il tarixli Aktdan xəbəri yoxdur və bunu da onunla əsaslandırır ki, o, həmin gün saat 8:3*-dan 13:**-dək məktəbdə olmuş, evə getdikdən sonra xəbəri olmuşdur ki, 14:**-da iclas keçirilib. Bununla bağlı qeyd etmişdir ki, əvvəla iddiaçının iş saatı 13:**-da bitmir, dərsləri bitsə də, iddiaçı iş saatı bitənədək işdə olmalıdır. İkincisi, iclasın keçirilməsi ilə bağlı elan bir neçə gün əvvəldən məktəbin binalarına giriş qapılarında asılmışdır . Həmçinin o, iclas barədə müəllimlərin Whatsapp qrupuna elan atmışdır. Üçüncüsü isə, iclas (Pedaqoji Şura) 1* fevral 2*23-cü il tarixdə deyil, 16 mart 2*23-cü il tarixdə keçirilib, həmin iclasda iddiaçının hərəkətləri müzakirəyə qoyulub və bundan sonra ona töhmət verilib. İddiaçının həmin iclasın keçirilməsi barədə xəbərinin olmaması mümkün deyil. İddiaçı bilərəkdən iclasda iştirak etməyib. Bundan başqa iddiaçı Əmək Məcəlləsinin 189.4-cü maddəsinə istinad edərək qeyd edir ki, guya mübahisələndirilən əmrdə iddiaçı “etikasız”, “müəllim adını daşımağa layiq olmayan” adlandırılıb. Bu belə deyil, çünki əmrdə ümumiyyətlə “etikasız”, yaxud “müəllim adını daşımağa layiq olmayan” ifadələri yoxdur. Əmrdə iddiaçının müəllimlərin etik davranış qaydalarını pozması göstərilmişdir. Onu da qeyd etmişdir ki, “müəllim etikası” anlayışı qanunla müəyyən edilmiş bir anlayışdır və həmin anlayışın təhqiredici mənası ola bilməz. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tər№əf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı 2* dekabr 2*14-cü il tarixdə İB № 16*743 saylı ixtisasartırma təhsili haqqında sertifikat verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı 3* iyul 2*15-ci il tarixdə İB № 166413 saylı ixtisasartırma təhsili haqqında sertifikat verilmişdir. İş materiallarına əlavə edilmiş fəxri fərmanlardan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Şəhər Təhsil İdarəsi Gəncə Şəhər İ. Qayıbov adına 1№-li tam orta məktəbin direktoru Mətanət Qarayeva tərəfindən İddiaçı məktəbin ictimai işlərində fəal iştirakına və gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə fəxri fərmanla təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi İsmət Qayıbov adına 1 №-li tam orta məktəbin 16 fevral 2*23-cü il tarixli 31 nömrəli əmrinin surətindən görünür ki, Gəncə şəhəri İ.Qayıbov adına 1 №-li tam orta məktəbin ingilis dili müəllimi İddiaçı, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müəllimlərin etik davranış qaydalarını pozduğuna görə 16 fevral 2*23-cü il tarixli 31 №-li əmrə əsasən şəxsi işinə yazılmaqla töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbdə 7* nəfər müəllimin iştirakı ilə növbədən kənar pedaqoji şura keçirilmiş, İddiaçı 16 fevral 2*23-cü il tarixli 31 №-li əmrə əsasən şəxsi işinə yazılmaqla töhmət verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 24.*2.2*23-cü il tarixli aktdan görünür ki, İddiaçı töhmət təqdim olunmuş, lakin İddiaçı imzadan imtina etmişdir. İş materiallarına əlavə edilmiş 3*.1*.2*14-cü il tarixdə 12 nömrəli əmrin təsdiq olunmuş surətindən görünür ki, Gəncə Şəhər Təhsil İdarəsi Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin direktoru Mətanət Qarayeva tərəfindən İddiaçı 64 və 115 siniflərində, sinif jurnallarında kobud səhvlər etdiyinə görə töhmət elan edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin direktoru Mətanət Qarayevanın izahatından görünür ki, İddiaçı ona və digər rəhbər işçilərinə qarşı qərəzli və böhtandan ibarət ərizələr yazdığını, onun ərizələri üzrə Gəncə Şəhər Təhsil İdarəsinin xüsusi komissiyası tərəfindən İddiaçı özünün iştirakı ilə geniş araşdırılmasını, göstərdiyi faktların öz təsdiqini tapmadığını, bununla bağlı müvafiq arayış və akt tərtib olunduğunu, İddiaçı özünün də həmin akta imza etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Elmar Vəliyevin Gəncə şəhər vətəndaşlarının qəbulu zamanı verdiyi tapşırığa uyğun olaraq 23, 24, 26 fevral 2*15-ci il tarixlərdə İ.Qayıbov adına 1 №-li tam orta məktəbdə aparılmış araşdırma barədə arayışdan görünür ki, məktəbin direktoru Mətanət Qarayevaya və X11 üzrə direktor müavini Tahirə Hüseynovaya və Mənzər Vəliyevaya işlərində buraxdıqları nöqsanlara görə xəbərdarlıq edilmiş, İddiaçı buraxdığı qüsurlar diqqətinə çatdırılmış, öz üzərində daha ciddi çalışması (“müəllimlər haqqında etik qaydalar” a riayət etməsi, pedaqoji fəaliyyətində daha ciddi olması, yeni təlim üsulu olan kurikulum kurslarında iştirak etməsi) ona izah edilmişdir. İş materiallarına əlavə edilmiş 3* oktyabr 2*14-cü il tarixli aktdan görünür ki, İddiaçı 115 sinif jurnalında qiymətləri pozaraq əvəzində bütün yarım qrupun şagirdlərinə qayıblar yazmışdır. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, Gəncə şəhəri İ.Qayıbov adına 1 №-li tam orta məktəbdə təhsil alan bir sıra şagirdlərin valideynləri ingilis dili müəllimi İddiaçı şagirdlərlə kobud rəftar və bu kimi digər müxtəlif səbəblərdən şikayət etmişlər. İş materiallarına əlavə edilmiş audiosəsyazısından müəyyən olunur ki, İddiaçı Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin direktor əvəzi Nümayəndə1 hündürdən müxtəlif ifadələr işlətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 2**5-ci ildən ingilis dili müəllimi kimi Gəncə şəhəri İ.Qayıbov küçəsi 1 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlamışdır. 16 fevral 2*23-cü ildə Gəncə şəhəri İ.Qayıbov küçəsi 1 saylı tam orta məktəbin direktor əvəzi Nümayəndə1 tərəfindən Gəncə şəhəri İ.Qayıbov adına 1 №-li tam orta məktəbin ingilis dili müəllimi İddiaçı, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müəllimlərin etik davranış qaydalarını pozduğuna görə 16 fevral 2*23-cü il tarixli 31 №-li əmrə əsasən şəxsi işinə yazılmaqla töhmət verilmişdir. İddiaçı Gəncə şəhəri İ.Qayıbov küçəsi 1 saylı tam orta məktəbin direktor əvəzi Nümayəndə1 tərəfindən verilmiş 16 fevral 2*23-cü il tarixli 31 №-li əmri qanunsuz və əsassız hesab etdiyi üçün həmin əmrin ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi verilmiş intizam tənbehinin verilməsinə dair işəgötürən tərəfindən verilmiş əmrin ləğvi ilə bağlı olduğundan, həmin münasibətlərə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissənin “b” bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə baxışı zamanı tərəflərin izahatı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, işəgötürənin 16 fevral 2*23-cü il tarixli 31 №-li əmri əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Belə ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməli olduğu halda, qanunvericiliyinin tələblərini pozaraq işçidən yazılı izahatın verilməsini tələb etməmiş, həmçinin cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, əmək qanunvericiliyinin tələblərinə əməl edilmədiyinə görə Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin 31 saylı 16 fevral 2*23-cü il tarixli əmri ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri İ.Qayıbov adına 1 saylı tam orta məktəbin 31 saylı 16 fevral 2*23-cü il tarixli əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3594/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3594/2023
17.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver