Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3597/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4100 manat borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61 manat pulun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş iş yoldaşıdır. Həm iş yoldaşı olduqları üçün, həm də aralarında yaxşı münasibətlər olduğundan cavabdeh ondan borc pul istəmiş və o, xx.xx.2022-ci il tarixdə ona 1100 manat, xx.xx.2022-ci il tarixdə isə 3000 manat borc pul vermişdir. Bununla bağlı cavabdeh öz xətti ilə 2 ədəd qəbz yazmış və imzalamışdır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh pulu ona qaytarmamışdır. Onun çoxsaylı tələblərinə baxmayaraq pulu ona qaytarmaqdan imtina edir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən onun adına olan "xxxx"a məxsus karta edilmiş ödənişlər, lotereya oynadıqları üçün cavabdehin lotereya puluna ödəniş etdiyi məbləğ olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə bir yerdə işləmişdirlər. Yeganə sələmçi olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçıya 2000 manat borc pul lazım olduğunu demiş və razılaşmışlar ki, birgə lotereya oynayıb xx.xx.2022-ci il tarixdə borcunu ödəyəcəkdir. Nəticədə xx.xx.2022-ci il tarixdə iddiaçıdan sələmlə 1100 manat borc pul almışdır. Bundan sonra isə hissə-hissə 400, 300 və 200 manat olmaqla, cəmi 2000 manat məbləğində borc almışdır. İddiaçı ilə razılaşdıqları kimi lotereya oynayıb xx.xx.2022-ci il tarixdə ondan borc kimi aldığı 2000 manat məbləğində pulu ödəmişdir. Həmçinin iddiaçının kartına da “MilliÖn” vasitəsilə ödənişlər etmiş, ancaq bəzi qəbzləri itirmişdir. Aralarında etibar olduğuna görə pulu qəbul etməsi ilə bağlı heç bir sənəd istəməmişdir. Bundan sonra iddiaçıdan xx.xx.2022-ci il tarixdə 1000 manat məbləğində pul almışdır. Həmin borcunu ödəmək üçün qızıllarını X4 adlı tanışının vasitəsilə onun adından "xxxx" MMC-yə vermiş və əvəzində 1145 manat məbləğində pul götürmüşdür ki, iddiaçıya olan borcunu qaytarsın. Həmin pulun 836 manatını iddiaçıya vermişdir. Lakin iddiaçı verdiyi pulların sələm faizini ödədiyini, əsas borcdan çıxılmadığını dediyi üçün əlavə olaraq ona 568 manat da ödəmişdir. Ümumilikdə 3000 manat borcu olmuş, və borcunu artıqlaması ilə ödəmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti üzrə şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisi ilə iş yoldaşı olmuşdur. Cavabdeh Qətibə işdən çıxandan sonra o özü iddiaçı Yeganə ilə lotereya oynamışdır. Qətibə bankı bağlamağa görə Yeganədən 3000 manat borc alıb, ondan əvvəl də 1100 manat alıbmış. Məhkəmə iclasında cavabdehin vəsatəti üzrə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Cavabdeh onunla qonşuluqda yaşayır. O, taksi fəaliyyəti ilə məşğul olur. Qətibə ona demişdir ki, Yeganədən sələmə pul götürmüş, özünə məxsus 16 qram çəkidə qızılı Yeganəyə vermişdir. Yeganə qızılı 600 manata satır. O, qızılı ucuz satdıqları üçün Qətibə ilə birlikdə Əlillərin kuruqu deyilən yerdə Yeganədən qızılları götürüb lombarda girov qoyub öz adına 1145 manat kredit götürüb 840 manatını Yeganəyə vermişlər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh iş yoldaşı İddiaçı 1100 manat borc pul aldığını və borcu noyabr ayına kimi qaytaracağını öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Əhmədova Yeganadən 3000 manat borc pul aldığını və borcu 10 ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, müxtəlif vaxtlarda cavabdeh tərəfindən iddiaçıya məxsus kart hesabına “MilliÖn” vasitəsilə cəmi 858 manat məbləğində ödəniş edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı istifadəsində olan plastik karta “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə mədaxil olunan vəsaitlərə dair məlumatdan görünür ki, xx.xx.2022-ci-xx.xx.2023-cü il tarixləri arasında İddiaçı istifadəsində olan plastik karta cəmi 4492 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC MilliÖN elektron ödəmə sistemindən təqdim edilmiş İddiaçı istifadəsində olan plastik karta “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə mədaxil olunan vəsaitlərə dair məlumatdan görünür ki, xx.xx.2022-ci- xx.xx.2023-cü il tarixləri arasında İddiaçı istifadəsində olan plastik karta cəmi 1652 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda 1100 manat və 3000 manat olmaqla cəmi 4100 manat məbləğində borc verilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh ondan aldığı borcu xeyli müddət keçməsinə baxmayaraq qaytarmamışdır.Cavabdeh tərəf isə iddiaçıdan ümumilikdə 3000 manat borc aldığını və artıqlaması ilə qaytardığını bildirmişdir. Cavabdeh öz etirazının əsası kimi iddiaçının adına olan karta ödədiyi məbləğlərə dair qəbzlərin bir qismini məhkəməyə təqdim edərək yerdə qalan ödəniş çeklərini itirdiyi üçün iddiaçının kartına ödədiyi məbləğlər barədə məlumatların "xxxx" ASC və "xxxx" MMC-dən əldə edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən və "xxxx" ASC və "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan plastik karta xx.xx.2022-ci-xx.xx.2023-cü il tarixlərində cəmi 4492 manat, "xxxx" MMC MilliÖN elektron ödəmə sistemindən xx.xx.2022-ci - xx.xx.2023-cü il tarixlərdə cəmi 1652 manat məbləğində ödəniş edilmişdir.İddiaçının özü də həmin məbləğin onun kartına ödənildiyini mübahisələndirməmiş, həmin pulların verdiyi borc pulla bağlı deyil cavabdehlə aralarında oynadıqları lotareya oyunu ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi iddiaçı cavabdehə müəyyən vaxtlarda 4100 manat borc pul verməsini və cavabdeh tərəfindən həmin borcun geri qaytarılmamasını iddia etsə də, məhkəmə iclasında tədqiq etilmiş sübutlarla cavabdehin iddiaçıya olan borcunu qaytarması müəyyən olunmuşdur. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3597/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3597/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver