Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3598/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat pulun və 100 manat ödənilmiş dövlət rüsumunun, cəmi 8100 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində işləmiş, hazırda ordu sıralarından təxris olunmuşdur. İşlədiyi müddət ərzində onunla aralarında dostuq münasibəti olmuşdur. xx.xx.2022-ci ildə cavabdeh ona pul lazım olduğunu demiş və ondan 8000 manat borc pul istəmişdir. Həmin pulu bir il ərzində hissə-hissə qaytaracağını bildirmişdir. O, özündə pul olmadığından həmkəndlisi Zərinə adlı xanımdan borca pul götürüb Vüsala vermişdir. Ona görə də Vüsaldan bu barədə şəxsiyyət vəsiqəsinin kopyası əks olunmuş öz yazısı və imzası ilə ərizə almışdır. Lakin bir neçə ay sonra Vüsal təxris olunaraq yaşadığı Gəncə şəhərinə getmişdir. O, dəfələrlə Vüsaldan pulu tələb etsə də, hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Zərinədən aldığı pulu isə o özü ödəmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, cavabdehin 8000 manat borcundan cəmi 250 manat ödəniş etdyini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək, iş materiallarına əlavə olunmuş ərizənin onun tərəfindən yazıldığını və imzalandığını, lakin iddiaçıdan 8000 manat deyil, 3000 manat təhvil aldığını bildirmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, çoxdan tanıdığı İddiaçı xahiş etmişdir ki, ona 8000 manat pul tapıb versib. İddiaçı xahişini nəzərə alaraq həm kəndlisi Zərinə xanımdan, onun borca etibarını bildiyi üçün 8000 manat pulu alıb ona vermişdir, o isə həmin pulu bir il müddətinə hissə-hissə qaytaracaqdır. Həmin pulu xx.xx.2022-ci il tarixdə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Hazırkı iş üzrə iddiaçı mülkiyyətinə verdiyi 8000 manat pulun cavabdehdən tutulması xahiş etmiş və həmin borcdan 250 manat ödəniş edildiyini bildirmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaçıya 8000 manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən, iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etirafı qəbul edilməlidir. Bundan başqa, iddiaçı borcdan 250 manat ödəniş edildiyini bildirmiş, çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh daha az borcu olmasını və ya daha çox ödəniş etməsini təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin etiraf etdiyi 8000 manat borcdan iddiaçının ödənildiyini bildirdiyi 250 manat pul çıxılmaqla cavabdehdən 7750 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 97.5 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7750 (yeddi min yeddi yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 (doxsan yeddi) manat 50 (əlli) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3598/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3598/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver