Məhkəmə qərarları › İş №2(125)-3601/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3601/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3601/2024 08.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17000 manat pulun və 141 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, X1 və anasını bir neçə illər idi ki, tanıyır və onlarla yaxşı ünsiyyəti olmuşdur. Uzun illər ərzində Rusiya Federasiyasında ticarətlə məşğul olmuşdur və 2015-ci ildən Azərbaycana qayıtmışdır. Şahlar onun maddi imkanının yaxşı olduğunu bildiyi üçün onunla əlaqə saxlayaraq valyuta məntəqəsində işlədiyini bildirmiş, nə qədər pulunun olduğunu soruçmuşdur. O, 10000 ABŞ dollarının olduğunu söyləmiş, Paşa isə ona bildirmişdir ki, həmin vəsaiti ona göndərsə, dövriyyə edərək hər həftə 1000-1200 manat pul əldə edəcəkdir. İsrarla ondan pulu göndərməyi xahiş edib. Həmin vaxt o, pulunun istifadə olunaraq qurtaracağını fikirləşdiyi üçün onun təklifi ilə razılaşmışdır. Həmin vəsaiti Azərbaycan manatına dəyişərək, 17000 manat pul əldə etmiş və həmin pulu Paşanın göstərişi ilə Gəncə-Şəmkir yolunun kənarında yerləşən “Şəmkir Avtovağzalında” olan mağazada avtomobillərin təkər təmiri və alqı-satqısı ilə məşğul olan Cavabdeh1 vermişdir. Lakin bu günədək pulu qaytarmayıblar. Bununla bağlı olaraq DİN şikayətlə müraciət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il larixli. HK-1/412 saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilmişdir. Ona görə də, cavabdehlər X4 və Cavabdeh1 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, 17000 manat pulu İsmətə təhvil verdikdən sonra Şahlarla əlaqə saxlaya bilməmişdir və buna görə pulun sonuncu tərəfindən təhvil alınıb-alınmadığını bilmir. Şahlar həmin vaxt Rusiya Federasiyasında idi. Bundan başqa, audio-video diskin görüntülərindəki şəxs Cavabdeh2dır və həmin şəxsin bildirdiyi “Ülkər xala” adlı şəxs iddiaçının özüdür. İddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və təmsilçisi hər biri ayrı-ayrılıqda iddiaya etiraz edərək bildirdi ki, iddiaçı 17000 manat pulu Şahlara çatdırması üçün İsmətə vermişdir, bundan sonra iddiaçı dəftərdə İsmətə 17000 manat verildiyinə dair qeydi imzalatdırmışdır. 17000 manat pul Şahlara çatdırılmışdır və tərəflərindən təqdim olunmuş audio-video görüntülər bu halı təsdiqləyir, buna görə pulun Cavabdeh1 tutulması üçün əsas yoxdur. Cavabdeh1 və təmsilçisi hər biri ayrı-ayrılıqda iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 oktyabr tarixli qeyddən görünür ki, İsmətə (təkər) 17000 manat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, “İnformasiya-Press” qəzeti və “İnform- Xəbər” Beynəlxalq İctimai, Siyasi, Əbədi- Bədii Hüquq jurnalından daxil olmuş müraciətdə göstərilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2/1, ev 43-də yaşayan İddiaçı xx.xx.2023- cü il tarixdə müxtəlif instansiyalara müraciət edərək, İsmət adlı şəxsə 17000 manat pul vermiş, lakin həmin pulu ala bilməmiş, Vaqif adlı şəxsə də 6000 manat pul vermiş, həmin pulun da 4000 manatını alsada, 2000 manatını bu günə qədər ala bilmədiyini bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, özü təqaüdçüdür. X1 və anası Mehriban Paşayevanı tanıyır. X4 və anası Mehriban Paşayeva hal-hazırda RF-nm Moskva şəhərində yaşayırlar. Belə ki, onları əvvəllər Samux rayonunda yaşayanda tanımışdır. Sonra RF-nm Moskva şəhərinə işləmək üçün getmiş, orada da Şahlar Paşayevi görmüş, həmin vaxt Şahlar taksilik fəaliyyəti ilə məşğul olmuşdur. Münasibətləri həmişə yaxşı olmuşdur. 2015-cı il tarixdən Moskva şəhərindən gəlib Gəncə şəhərində yaşamışdır. Şahlar Paşayev RF-nm Moskva şəhərindən +7985265- 00-01 nömrəli mobil telefonla Votçap sosial şəbəkəsi vasitəsi ilə onun istifadə etdiyi +99***-***-**-** nömrəli mobil telefonuna zəng edərək ona demişdir Moskva şəhərində “valyuta” dəyişmə məntəqəsində işləyir. Şahlar Paşayev ona demişdir ki, nə qədər pulu var. O da Şahlar Paşayevə demişdir ki, 10.000 (on min dollar) ABŞ dollar pulu var. Şahlar Paşayev də demişdir, həmin 10.000 (on min dollar) ABŞ dollar pulu ona göndərsin, onun pulunu dövr etdirib hər həftə ona qazanc olaraq 1000-1200 manat pul göndərəcək. Həmin vaxt Şahlar Paşayevə demişdir ki, o, valyuta məntəqəsi işlətmir. Şahlar Paşayev ona demişdir ki, valyuta məntəqəsi işlədən İkramla birlikdə işləyir. Əvvəllər RF-nm Moskva şəhərində olarkən eşitmişdir ki, İkram valyuta məntəqəsi işlədir. Amma İkramı görməmiş və tanımır. X5 birlikdə valyuta işlətməsini dediyi üçün ona inanmışdır. Şahlar Paşayev ona telefon vasitəsi ilə demişdir ki, 10.000 (on min dollar) ABŞ dollar pulu Gəncə-Şəmkir yolunda yerləşən “Şəmkir avtovağzalı”nda təkər alqı-satqısı ilə məşğul olan İsmət adlı şəxsə versin, o da pulu ona göndərəcək. X3 istifadə etdiyi telefona votçap sosial şəbəkəsi vasitəsi ilə İkramm səs yazısını atmışdır. Həmin səs yazısında İkram deyirdi ki, pulu aparıb “Şəmkir avtovağzalı”nda təkər alqı-satqısı ilə məşğul olan İsmətə versin. O, Şahlar Paşayevə inanıb özündə olan 10.000 (on min dollar) ABŞ dollar pulu azərbaycan puluna dəyişərək 17.000 (on yeddi min) manat pulu taksi ilə qızı X2 ilə birlikdə gedib Gəncə-Şəmkir yolunun kənarında yerləşən “Şəmkir avtovağzalı”nda təkər alqı-satqısı ilə məşğul olan İsmətə vermiş və demişdir ki, Şahlarla İkram demişdir ki, bu pul ona çatacaq. O, özü ilə götürdüyü kitabçaya “10 oktyabr, İsmət, ***-***-**-**, İsmət təkər 17Ö00 manat verdim” sözlərini yazmışdır. İsmətdə həmin kitabçaya imza atmışdır. İsmətlə əlavə başqa söhbət etməmişdir. Sonra İsmətdən ayrılıb yaşadığı evə getmişdir. O, bir həftədən sonra Şahların istifadə etdiyi mobil telefona zəng edərək demişdir ki, bəs demişdi ki, həftənin sonunda 1000-12000 manat pul göndərəcək. Şahlar Paşayev də ona demişdir ki, ona pul çatmayıb, ona pul verməmiş, pulu kimə vermişdir gedib ondan da pulunu alsın. O da Şahlar Paşayevə demişdir ki, ona özü demiş və İkramm səsini atdığına görə inanıb pulu İsmətə vermişdir. X6 istifadə etdiyi +7985265-00-01 nömrəli mobil telefona dəfələrlə zəng etsədə telefona zəng çatmamış və əlaqə yarada bilməmişdir. Sonra kürəkəni X10 telefon vasitəsi ilə danışmışdır ki, qayınanası Ülkərin pulunu verin. İsmət də demişdir ki, pulu Şahlara göndərmişdir. Sonra İkramm oğlu onun istifadə etdiyi mobil telefona zəng edərək demişdir ki, pulu vermişlər Şahlara, gedib pullarını Şahlardan götürsünlər. Material üzrə izahatı alınmış Cavabdeh1 izahatında göstərmişdir ki, Gəncə-şəmkir yolunun kənarında yerləşən “Şəmkir avtovağzalı”nda olan mağazada avtomobillərin təkər təmiri və alqı-satqısı ilə məşğul olur. İddiaçı əvvəllər tanımamışdır. 2022-ci ilin oktyabr ayında Ülkər adlı qadın zəng edərək onun iş yerinə bir qadınla gəlmiş və iş yerində İddiaçı ona demişdir ki, RF-nın Moskva şəhərindən sənə 17000 (on yeddi min) manat pul göndəriblər. Mən, Ülkərə dedim ki, pulu kim göndərib, Ülkər mənə dedi ki, pulu RF-nm Moskva şəhərində yaşayan Rufık göndərib. Rufık də Şahlara 10.000 (on min) ABŞ dolları verəcəkdir. Mən, RF-nm Moskva şəhərində yaşayan Rufıkə zəng etdim ki, Ülkər adlı qadın gəlib mənə 17.000 manat pul verir və deyir ki, bu pul mənə çatacaq, sən də orada Şahlara 10.000 ABŞ dolları pul verəcəksən. Rufık mənə dedi ki, həmin pulu götür, mən də burada Şahlara 10.000 ABŞ dolları pul verəcəyəm. Ülkər mənə 17.000 manat pulu verməmişdən əvvəl Moskva şəhərində yaşayan Şahlara zəng edib dedi ki, pulu götürdünsə mən də pulu İsmətə verim. Şahlar Ülkərə telefonda dedi ki, pulu mən götürdüm, səndə pulu ver İsmətə. Ondan sonra Ülkər ona 17000 manat pulu verəndə, Ülkərə demişdir ki, ona çatan pul 10.000 ABŞ dolları olmalıdır. Ülkər də demişdir ki, pulu dollar olmadığı üçün manatla verir. O, da Ülkərdən sayıb 17.000 manat pulu götürmüş və Ülkərin əlində olan kitabçaya yazmışdır ki, “oktyabr ayında 17.000 manat pul götürdüm” və imza atmışdır. Soma Ülkərlə yanında olan qadın başqa söhbət etmədən çıxıb getmişlər. Onun qohumu İkram RF-nm Moskva şəhərində yaşayır. Onun Gəncə şəhərində olan evini təmir etdirmək üçün ona 10.000 ABŞ dolları göndərməli idi. RF-nm Moskva şəhərində yaşayan Şahlar Moskva şəhərində qohumu İkramla görüşüb söhbət edərkən Şahlar İkrama demişdir ki, Gəncə şəhərində 10.000 ABŞ dolları pulu var Moskva şəhərinə gətirmək istəyir. İkram da Şahlara demişdir ki, o da Gəncə şəhərinə 10.000 ABŞ dolları göndərməlidir. O, burada pulu ona versin, o da desin ki, pulu orada kimə desən versinlər. X8 şəhərində razılaşmışlar, ona görədə Ülkər qeyd etdiyi 17.000 manat pulu ona vermiş, İkram da 10.000 ABŞ dollar pulu Moskva şəhərində Şahlara vermişdir. Təxminən bir ay əvvəl Ülkərin kürəkəni Tural adlı şəxs ona zəng edib demişdir ki, Ülkər onun qayınanasıdır, onunla aralarında pul məsələsi olmuş, nə məsələdir, Şahlar onun nəyidir. O dä demişdir ki, Şahları tanımır və Ülkərin ona necə pul verdiyini danışmışdır. Tural bir söz deməyib sağollaşmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan fakt üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilsin və İddiaçı qızma mülki qaydada məhkəməyə müraciət edib iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş audio-video görüntülərdən görünür ki, bir şəxs özünün Şahlar olduğunu, Azərbaycan Respublikasında 17000 manat pulu olduğunu, onu necə gətirmək barədə maraqlandığını, daha sonra İkram adlı şəxslə danışdığını və ondan bu barədə kömək istədiyini, İkramın pulun bir şəxsə verilməsi qarşılığında onun Şahlara pul verməyə razılaşdığını, Şahların “Ülkər xala” adlı şəxsdən xahiş etdiyini, İsmətin nömrəsini tapıb Ülkərə verdiyini, Ülkərin pulu İsmətə verməsini Şahların da həmin pulu olduğu yerdə təhvil alacağını, amma harada verməsini dəqiq xatırlamadığını, bu məsələnin 6 ay bundan əvvəl olduğunu, təxmini 10-15 dəqiqə sonra özünün gedib həmin pulu İkramdan götürdüyünü, həmin verilən və onun götürdüyü pulun 17000 manat olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 785.1. Əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. Hazırkı iş üzrə iddiaçı 2022-ci ilin oktyabr ayında Cavabdeh2 çatdırılması üçün Cavabdeh1 verdiyi 17000 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, iddiaçı fayda əldə etmək məqsədilə ona məxsus 17000 manat pulu Cavabdeh2 borc verməsi barədə razılıq əldə etdiyini bildirmişdir və həmin razılığa uyğun olaraq, Cavabdeh2 təhvil verilməsi üçün Cavabdeh1 iddiaçı tərəfindən 17000 manat pul verilmişdir. Məhkəmə iclasında iddiaçı həmin pulun Cavabdeh1 təhvil verildikdən Cavabdeh2 ilə hər hansı əlaqə yarada bilmədiyini və buna görə pulun sonuncu tərəfindən təhvil alınıb-alınmadığını bilmədiyini bildirmişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda göstərilən, iddiaçının izahatında, əlaqə saxlayaraq faydanı tələb etdiyi zaman Cavabdeh2 pulu təhvil almadığını bildirməsi göstərilmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş audio-video görüntülərdə, iddiaçı tərəfindən Cavabdeh2 olması təsdiqlənən şəxs “Ülkər xala” deyə adlandırdığı şəxsdən 17000 manat pulu təhvil almasını təsdiq etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı həmçinin həmin görüntülərdə şəxsin bildirdiyi “Ülkər xala” adlı şəxsin özü olduğunu təsdiqləmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 17000 manat borc verməsi müəyyən olunmuşdur. Lakin mülki qanunvericiliyə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox, yəni 17000 manat olduğu halda, borc müqaviləsi yazılı formada bağlanmamışdır. Belə olan halda, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığı üçün həmin borc müqaviləsi etibarsız olduğundan və müqavilə üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olan Cavabdeh2 17000 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddiaçı pulun müştərək qaydada həmçinin Cavabdeh1 tutulmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, həmin cavabdeh şifahi tapşırıq müqaviləsinə görə, 17000 manat pulun təhvil alınması və təhvil verilməsinə dair tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxsdir. Vəkalət alan Cavabdeh1 tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verən Cavabdeh2 vermək borcunu yerinə yetirməsi ilə müqavilə üzrə hüquq və öhdəliklər aradan qalxmış, müqaviləyə xitam verilmişdir. Mülki işin tədqiq edilmiş halları əsasında Cavabdeh1 pulun tutulması üçün əsaslar müəyyən olunmadığından həmin hissədə iddia təmin olunmamalıdır. Məhkəmə qeyd olunlara əsasən hesab edir ki, Cavabdeh2 17000 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 141 manat pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 17000 (on yeddi min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (yüz qırx bir) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar