Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3605/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X4, İddiaçı cavabdeh Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı “qızıl” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri məhkəmə iclasından kənar yazılı icraat qaydasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı “qızıl” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyeva (Əlizadə) Bilurə Asif qızından dələduzluq yolu ilə ələ keçitdiyi 3,5 qram qədərində göz formasında qızıl üzük, 4 qram qədərində tək qaş qızıl üzük, 5 qram qədərində paxlava formalı qızıl üzük, 3 qram qədərində yarpaq formasında 1 cüt qızıl sırğa və 3 qram qədərində svetafor qızıl sırğa olmaqla qızılların alınıb ona verilməsi, qızılların verilməsi alınmadıqda dəyəri olan 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etnmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü il tarixdə maddi vəziyyətində çətinlik yaranması ilə əlaqədar kredit götürməyə məcbur olmuşdur. Bunun üçün də "xxxx" İNVEST MMC ilə kredit müqaviləsi bağlamışdır. Bazar dəyəri 2000 (iki min) manat olan 3 ədəd qızıl üzük və 2 cüt qızıl sırğanı girov qoyaraq 1000 (bir min) manat kredit götürmüşdür. Girov qoyduğu qızıllar bunlardır: 3,5 qram qədərində göz formasında qızıl üzük, 4 qram qədərində tək qaş qızıl üzük, 5 qram qədərində paxlava formalı qızıl üzük, 3 qram qədərində yarpaq formasında 1 cüt qızıl sırğa və 3 qram qədərində svetafor qızıl sırğa. Hər ay 110 manat ödəməklə bir il müddətinə ödəməli idi. 3-4 ay 110 manatı vaxtlı-vaxtında ödəmiş, buna baxmayaraq "xxxx" İNVEST MMC-yə gedib ödəniş edərkən ona ödəniş etməsi ilə bağlı heç bir çek verməmişlər. Dəfələrlə çek tələb etsə də, hər dəfə bir bəhanə gətirərək çekləri ona verməmişlər. Axırıncı dəfə ödəniş ödəmək üçün yenə də "xxxx" İNVEST MMC-yə gedəndə orda qarışıqlıq olduğunu görmüşdür. Əliyeva Billurə ona bildirmişdir ki, “indi biraz qarışıqlıqdır, sən get, sonra gələrsən”. Bir neçə gündən sonra İsə öyrənmişdir ki, cavabdehdən çoxlu şikayət var, girov qoyulan qızılları geri qaytarmır, ödənişini bitirənləri get-gələ salaraq onlara problem yaradır. O bundan sonra cavabdehə zəng edərək qalan krediti geri ödəməyi təklif edərək qızıllarını götürməyi tələb eləmişdir. O isə müxtəlif bəhanələr gətirərək qızıllarını verməkdən yayınaraq bu gün sabaha salmışdır. Gah səhhəti ilə bağlı bəhanələr gətirmiş, gah da müxtəlif işləri olduğunu deyərək qızıllarını verməkdən imtina etmişdir. Qızıllarını verməməsi bəs deyilmiş kimi, ondan qızıllarını tələb etdiyi üçün ailəlikcə onu polisə verməklə hədələyirlər. Əlində cavabdehə olan danışığın səs yazısı mövcuddur, onu da maddi sübut kimi məhkəməyə təqdim edir. Onun girov qoyduğu 3,5 qram qədərində göz formasında qızıl üzük, 4 qram qədərində tək qaş qızıl üzük, 5 qram qədərində paxlava formalı qızıl üzük, 3 qram qədərində yarpaq formasında 1 cüt qızıl sırğa və 3 qram qədərində svetafor qızıl sırğa - toplamda dəyəri 2000 (iki min) manat olmasına baxmayaraq onun qızılları cavabdeh tərəfindən aşağı qiymətləndirilmişdir. Onun vacib pula ehtiyacı olduğu üçün bununla razılaşıb kredit götürməli olmuşdur. Özü hazırda çörək zavodunda işləyir, min bir əziyyətlə pul qazanır. Qızılları da əziyyət çəkərək, zəhmətlə pul qazanaraq almışdır. Cavabdeh isə onun çətinliklə qazanıb aldığı qızıllarını mənimsəmiş, ona qarşı dələduzluq əməli törətmişdir. Onun əməlləri barədə polisə şikayət etsə də mülki iş olduğu üçün ona məhkəməyə müraciət etməsini bildirmişlər. Bərdə Rayon Məhkəməsinin 2(021)-917/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadı ilə, iddiaçı X1 Cavabdeh qarşı “girov qoyulmuş qızıl-zinyət əşyasının geri qaytarılması” tələbinə dair 2(021)-917/2025 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında portaldan çıxarışdan görünür ki, iş üzrə cavabdeh olan X1 rəhbəri olduğu hüquqi şəxs "xxxx" İNVEST MMC-nin ünvanı ünvan 1avə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsi 2(021)-917/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadında Əliyeva (Əlizadə) Bilurə Asif qızının rəhbəri olduğu hüquqi şəxs "xxxx" İNVEST MMC-nin ünvanı ünvan 2 üçün Gəncə Şəhər Məhkəməsinə göndərsə də, İddiaçı tərəfindən hazırki iddia fiziki şəxs olan Cavabdeh (Əlizadə) qarşı qaldırılmaqla cavabdehin qeydiyyatı ünvanı isə EMİS – Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlara əsasən Bərdə rayonu, Güloğlular Ərazi Dairəsi, Şorəlli kəndidir. Başqa sözlə hazırkı iddia üzrə "xxxx" İNVEST MMC cavabdeh kimi işə cəlb olunmamışdır, cəlb olunarsa belə iddiaçının seçiminə görə aidiyyət qaydaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 45.5-ci maddəsinə əsasən işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. Beləliklə, mülki işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsi tərəflərin iradəsindən asılı olmadığından Bərdə Rayon Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdiyi 2(021)-917/2025 nömrəli, 06 mart 2025-ci il tarixli qərardadla bağlı mülki işin ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı yaranmışdır. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən mülki iş üzrə məhkəmələr arasında yaranmış fikir ayrılığını aradan qaldırılması ilə bağlı hazırkı mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Əliyeva (Əlizadə) Bilurə Asif qızına qarşı “qızıl” tələbinə dair mülki iş məhkəmələr arasında yaranmış fikir ayrılığının aradan qaldırılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3605/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3605/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver