Məhkəmə qərarları › İş №2(125)-3629/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3629/2023

01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3629/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh tutulan alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində alimentin və uşağın müalicəsi üçün hər ay 100 manat məbləğində əlavə xərcin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 noyabr 2013-cü il tarixli qətnaməsi ilə cavabdehlə olan nikah qeydləri pozulmuş, iddianın aliment tələbi ilə bağlı hissəsi rədd edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 avqust 2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən birgə nikahlarından xx.xx.2008-ci ildə doğulmuş X2 üçün hər ay sabit pul məbləğində 90 manat aliment tutulması qət edilmişdir. Hesab edir ki, cavabdehdən uşağın saxlanması üçün tutulan alimentin miqdarı artırılmalı, hər ay sabit pul məbləği ilə 220 manata qaldırılmalıdır. Oğlu Şahin “yüngül dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Onun bu xəstəliyi uzun müddətli müalicə tələb edir. Cavabdeh isə uşağın xəstəliyi üçün müalicə pulu ödəməkdən imtina edir. Bu səbəbdən də uşağın müalicə xərclərinə cavabdeh də cəlb edilməli, bunun üçün ondan hər ay 100 manat tutulmalıdır. Oğlu Şahin avtomobil qəzası keçirmiş, onun ayağı bir neçə yerdən sınmış, başından travma almışdır. O, X4 əməliyyatına 2000 manat pul ödəmiş, bundan sonra da oğlu uzun müddət müalicə olunmuşdur. Şahinin ayağı 5 ay “Yelizarov aparatı”nda qalmışdır. Lakin həmin vaxt da cavabdeh bir manat olsun maddi yardım etməmişdir. Cavabdehin alimentə görə hər ay 220 manat və əlavə xərcə görə 100 manat ödəməyə imkanı vardır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh tutulan alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində alimentin və uşağın müalicəsi ilə bağlı X5 ödədiyi 2049 manat pulun yarısı olan 1024,50 manat pulun əlavə xərc qismində cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə yazılı etirazını verərək bildirmişdir ki, iddianı sübuta yetirmək vəzifəsi qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür. İddia ərizəsində onun iş yeri, gəliri və digər qazancının olması, gəlirinin dəyişərək artması və sair sübutlar yazılmamışdır. Sadəcə olaraq iddiaçı tərəf öz analıq borcunu layiqincə yerinə yetirmir, onun yeni qurulmuş ailəsinə qarşı qərəzlilik edir. İddiaçı azyaşlı problemli olan uşağı küçədə sahibsiz ataraq, başqa birisi ilə qoşulub xaricə qaçmışdır. Onun rəsmi iş yeri və gəliri barədə elektron çıxarış vardır. Belə ki, o, travmalı olduğundan, ciddi bir işdə işləmək iqtidarında deyil, X6 gözətçi işləyir və aylıq əmək haqqı 359 manat təşkil edir. O, xx.xx.2014 -cü il tarixdə X7 ilə birgə nikaha daxil olmuş, nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşlar. İddia ərizəsinin qanunvericiliyin tələbləri pozulmaqla, məkrli mövqedə tərtib olunduğu, yeni qurulmuş ailəsinin dağılmasına istiqamətləndirildiyini əks etdirir. Dövlət tərəfindən fiziki problemli və ya qüsuru uşaqlara xüsusi dövlət qayğısı vardır. Pulsuz müalicə və reabilitasiya bərpa müəssisələri xidmət göstərir. TƏBİB tərəfindən bütün vətəndaşlara hər cür pulsuz tibbi xidmətlər göstərilir. Dövlət tərəfindən uşağa pensiya əvəzi olaraq müavinət verilir, hansı ki, 18 yaşa çatdıqda isə əlilliyə görə pensiya təyinatı olacaqdır. Hazırda iddiaçıya da uşağa baxdığına görə məvacib təyin edilmiş, həmçinin, onun tərəfindən hər ay sabit pul məbləğində 90 manat məbləğində aliment ödənilir. İddiaçı isə buna qane olmayaraq, əsassız olaraq, 2 azyaşlı körpələrdən qisas almaq məqsədi ilə məhkəməyə əsassız iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi tam əsassızdır, onun gəliri elektron çıxarış ilə təsdiqlənmişdir və öhdəsində olan iki azyaşlı körpələrin olması və onların da saxlanılması üçün 395 manat təşkil etdiyi sübutudur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, onun maddi imkanı çox pisdir, cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdeh avtomobil ehtiyat hissələrinin satışı ilə məşğuldur. Onun himayəsində olan uşaq həm əqli gerilik xəstəliyindən əziyyət çəkir, həm də ki, keçirdiyi qəza nəticəsində əməliyyat olunması və eləcə də əməliyyatdan sonrakı müalicələr üçün xeyli miqdarda pul xərcləməli olmuşdur. 90 manat məbləğində aliment uşağın nə müalicə xərcləri, nə də ki, zəruri tələbatlarını belə ödəmir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 dekabr 2008-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası İddiaçı Rafiq qızıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Psixo-Nevroloji Dispanserin 28 mart 2023-cü il tarixli arayışından görünür ki, X11 xx.xx.2021-ci il tarixdə dispanserə müraciət etmişdir və ona “yüngül dərəcəli əqli gerilik diaqnozu” qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2443/2014 saylı, 06 avqust 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 90 (doxsan) manat alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X3 xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X8 distal sol baldır sümüklərinin 1/3-nin spiralvari yerini dəyişmiş sınıqları aşkar edilmişdir. Klinik olaraq dəyərləndirmə, travmatoloq-ortopedin konsultasiyasi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş X3 xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, xəstəxanaya Şahin Həsənovun müalicəsi üçün 750 manat, 250 manat, 965 manat və 84 manat olmaqla ümumilikdə 2049 manat ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Həsənova Aynur və xx.xx.2021-ci il təvəllüdlü Həsənov Laçının ataları Cavabdeh, anaları Əliyeva Kifayətdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli işəgötürən barədə məlumatlardan görünür ki, Cavabdeh X6 gözətçi işləyir, aylıq əmək haqqı 359 manat təşkil edir. İş materiallarına əlavə olunmuş X3 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh müayinə sahəsinə daxil olan sağ sakroiliak oynağın iliak fasetinin inferiorunda mayeyə həssas sekvensiyalarda parlama qeyd olunmuşdur. L5-S1 diskdə posterior santral yerləşimli 6 mm ölçüdə yırtıq aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş ikin mediasiya sessiyasında iştirak edilməməsi haqqında 18 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 avqust 2014cü il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumunda iki dəfədən də çox artım olmuşdur. Buna baxmayaraq cavabdehdən tutulan aliment məbləği dəyişməmişdir. Yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməmişdir. Cavabdeh ikinci dəfə ailə qurmuş və həmin nikahdan iki övladı doğulmuşdur. Valideynin rəsmi gəlirlərinin az və ya çox olmasından, yaxud ümumiyyətlə qazancının və ya gəlirinin olubolmamasından asılı olmayaraq o, uşağının saxlanılması və maddi təminatı üçün məsuliyyət daşıyır. Eləcə də uşağın maddi təminatının əvvəlki səviyyəsinin maksimal saxlanılması və minimum dolanacaq xərclərindən az olmayaraq verilməsi valideynin vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddianın uşağın müalicəsi ilə bağlı cavabdehdən tutulmalı olan əlavə xərc hissəsində məhkəmə qeyd edir ki, çəkilmiş əlavə xərclərin miqdarı barədə iddiaçı tərəfindən konkret sübutlar təqdim olunmuşdur və təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, tərəflərin nikahından doğulmuş uşaq yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə Gəncə Beynəlxalq xəstəxanasında müayinə və müalicə olunmuş, bütünlükdə ödənişli tibbi yardım üçün iddiaçı 2049 manat məbləğində vəsait sərf etmişdir. Cavabdeh çəkilmiş əlavə xərcdə bərabər qaydada iştiraka cəlb edilməlidir. Odur ki, məhkəmə çəkilmiş 2049 manat məbləğində müalicə xərcinin yarısı qismində 1024,50 manat məbləğində pulun cavabdehdən tutulması qənaətinə gəlir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya mediasiya prosesinin tətbiqi barədə müqavilənin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2443/2014 nömrəli, 06 avqust 2014-cü il tarixli qətnaməsi ilə 12 dekabr 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləği ilə 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. X8 müalicəsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcin yarısı qismində Cavabdeh 1024,50 manat (min iyirmi dörd manat, əlli qəpik) pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar