Məhkəmə qərarları › İş №2(125)-364/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-364/2024

18.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-364/2024 18.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32A ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan 0.04 ha torpaq sahəsində aparılmış tikintilərin rəsmiləşdirilməsinə maneələr yaradılmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şənəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, ev 32A saylı ünvada yerləşən evi xx.xx.2012-cü il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarışla onun xüsusi mülkiyyətindədir. Ona məxsus həmin yaşayış evində “B” literli hissəsində 24.0 kv metr yaşayış otağı, 36.0 kv metr örtülü eyvan, tikinti “C”-də 8.0 kv hamam, tikinti “Ç” də 9.0 kv metr toyuq damı və 9.0 kv metr talvar qanunsuz tikilmişdir. O, həmin qanunsuz tikililər üzərində hüquqların daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrli” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Gəncə 3 saylı Ərazi İdarəsindən əmlaka müayinə baxışı keçirilməsi üçün-mütəxəssis göndərilmişdir. Lakin ona məxsus mülkdə qeydiyyatda olub yaşayan qardaşı Cavabdeh mülkə müayinə baxışı keçirilməsi üçün gələn mütəxəssisi mülkə buraxmamışdır. 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 31 avqust 2023-cü il tarixli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına aınmasından imtina edilməsi barədə” bildirişlə ona cavab verimişdir ki, əmlaka müayinə baxışına şərait yaradılmadığı üçün ərizənin icrası mümküm olmamışdır. Cavabdeh iddiaya etirazı məhkəməyə təqdim edərək, İddiaçı ona məxsus mülkiyyətində, Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, ev 32A saylı evə müayinə baxışına imkan verməyən maneələrin aradan qaldırılmasına dair iddia ərizəsinin əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mülki iş üzrə İddiaçı Gəncə şəhər Məhkəməsinə müraciət edərək cavabdeh olaraq ona qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məxsus mülkiyyətində olan Gəncə şəhəri, Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, ev 32A saylı evə müayinə baxışına imkan verməyən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş hal-hazırda Sizin icraatınızdadır. O, X1 şəhər, X10 küçəsi, 2-ci döngə ev 32A saylı ünvanda ata mülkündə doğulmuş, həmin ünvanda ailə həyatı qurmuş və övladları həmin ünvada dünyaya gəlib. Hal-hazırda ailə üzvüləri ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla daim yaşayır. Gəncə şəhər, X10 küçəsi, 2-ci döngə ev 32A yerləşənn fərdi yaşayış evinin ümumi torpaq sahəsi 0.086 ha-dır. Mərhum atasından qalmış mülkün 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum anası X2 bağışlama yolu ilə bacısı İddiaçı adına qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən torpaq sahəsinin qalan hissəsində yəni, 0.046 ha torpaq sahəsində o, 1992-ci ildə ata və anasının razılığı ilə yenidən yaşayış ev tikdirmiş və ailə üzvüləri ilə birlikdə daimi yaşayırlar. O və ailə üzvüləri uzun illərdirki həmin torpaq sahəsində təsərrüfat işləri aparmaqla yanaşı, öz adından mütəmadi olaraq Bələdiyyə torpaq vergisi ödəyir. Qeyd etdiyi ünvanda yerləşən torpaq sahəsində onun tərəfdən tikilmiş fərdi yaşayış evinin komunal xətləri ayrı olmaqla yanaşı qaz və işıq sayğacları adınadır və hal-hazırda komunal xərclər tərfındən ödənilməkdədir. Uzun illər mərhum atasından miras qalmış həmin torpaq sahəsində məskunlaşmaqla yanaşı təsərrüfat işləri apardığı üçün qanunla müəyyən olunmuş qaydada ona verilməlidir. Ona görə o, hesab edir ki, mərhum atasından miras qalmış Gəncə şəhəri, X10 küçəsi, 2-ci döngə ev 32A yerləşən 0.086 ha ümumi torpaq sahəsindən ögey bacısı İddiaçı payına düşən 0.04 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan 0.046 ha torpaq sahəsi onun adına sənədləşdirilməlidir. Hal hazırda Gəncə şəhər, X10 küçəsi, 2-ci döngə ev 32A yerləşən 0.086 ha ümumi torpaq sahəsinin 0.046 ha torpaq sahəsində inşaa etdirdiyi tikililəri onun adına sənədləşdirilməsi üçün adiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir və 2-1(114)-3894/2023 saylı inzibati iş cənab hakim Fikrət Hüseynovun icraatındadır. Qeyd etdiklərinə əsasən iddianı qəbul etmir. Ona görə hesab edirəm ki, iddaçı İddiaçı Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh olaraq ona qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məxsus mülkiyyətində olan Gəncə şəhər, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, ev 32A saylı evə müayinə baxışına imkan verməyən maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi rədd edilməli və buna dair qətnamə çıxarılmasını tələb etməyi qanunun müddəalarına müvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verərək həmçinin, iddiaçının özünə məxsus torpaq sahəsində hər hansı tikinti həyata keçirmədiyini, cavabdehin adına rəsmiləşdirilməli olan torpaq sahəsində həyata keçirilmiş tikintiləri öz adına rəsmiləşdirmək istədiyini, cavabdehi onun haqqı olan torpaq sahəsindən çıxarmaq istədiyini bildirdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, əmlaka müayinə baxışına şərait yaradılmadığı üçün Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32A ünvanında yerləşən fərdi yaşayış evinin üzərində hüquqlaırn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizənin icrası mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.14-cü bəndinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.16-cı bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Hazırkı mülki iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsində həyat keçirdiyi tikintilər üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına maneələr yaradılmasının cavabdehə qadağan olunmasını xahiş etmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına göstərilən hüquq normalarını tətbiq edərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, Gəncə şəhəri, Nizami rayonu, A.M.Əhmədov küçəsi, 2-ci döngə, 32A ünvanında yerləşən 0.04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir və mülkiyyətçi həmin torpaq sahəsində həyata keçirdiyi tikintilərin qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək qeydedilən Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir və həmin vəzifənin yerinə yetirilməsinə maneələr yaradılması qanunvericiliyə ziddir. Beləliklə, əsaslı olan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan 0.04 ha torpaq sahəsində aparılmış tikintilərin rəsmiləşdirilməsinə maneələrin yaradılması Cavabdeh qadağan olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar