Məhkəmə qərarları › İş №2(125)-3655/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3655/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3655/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, ondan dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanı çəkdiyi dövrdə Cavabdeh yaşadığı ünvanda onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı, Cavabdeh 01 ədəd mobil nəzarət qurğusu, elektron qolbaq və 01 ədəd adapter təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu sındıraraq yararsız vəziyyətə salmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Cavabdeh dəyərin ödənilməsi təklif olunsa da, vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. 18 aprel 2022-ci il tarixdə onun və icra məmurunun yanında protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitələrinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Lakin, o, elektron nəzarət qurğusunu sındırmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 nömrəli, 11 mart 2022ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 2 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 18 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 saylı 11 mart 2022-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cavabdeh ayağına 078CE17214 nömrəli elektron qolbaq “ATTENTİ” bağlanmış və 01 (bir) ədəd 35634895 nömrəli mobil qurğu təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə protokolun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 saylı 11 mart 2022ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir: sadə elektron qolbaq nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) - 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat. Azadlığın məhdudlaşdırıması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 09 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 saylı 11 mart 2022-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması məqsədilə həmin vasitələrə baxış keçirilmişdir. Baxış zamanı mobil qurğunun enerji ehtiyatının olmaması mobil qurğunun enerji yığmaması müəyyən olunmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 15 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 saylı 11 mart 2022-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması məqsədilə həmin vasitələrə baxış keçirilmişdir. Məhkum Cavabdeh üzərində olan X2 təkrarən baxış keçirilmişdir. Baxış zamanı qurğunun uzun müddət sönmüş olduğu aşkar edilmişdir. Qurğu digər adapterlərlə enerjiyə qoşulmuşdur. Lakin, mobil qurğu enerji yığmamış və işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. Bu barədə Monitorinq İdarəsinin Ruslan adlı əməkdaşı ilə əlaqə saxlanılmaqla vəziyyət ona izah edilmişdir. Qurğunun texniki olaraq yararsız hala düşməsi qənaətinə gəlinmiş və yenisi ilə əvəzlənməsinin vacibliyi bildirilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin təhvil verilməsi barədə 23 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-67/2022 saylı 11 mart 2022ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilmiş 01 (bir) ədəd 35628125 nömrəli mobil nəzarət qurğusu texniki nasazlıqla əlaqədar geri təhvil alınmışdır. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, 35628125 seriya nömrəli “Attenti V6” Mobil qurğusuna 17 fevral 2023-cü il tarixdə texniki baxış keçirilmişdir. Ana platada korroziya müşahidə olunur. Təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 06 aprel 2023-cü il tarixli, 45/2022 nömrəli rəsmi xəbərdarlıqdan görünür ki, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Qısa müddət ərzində vurulmuş ziyanı bank vasitəsilə Ədliyyə Nazirliyinin Hesabına ödəyib bunu təsdiq edən qəbzi şöbəyə təqdim etməsi, əks halda vurulmuş ziyanın ödənilməsi barədə məhkəməyə mülki iddia veriləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)- 67/2022 saylı 11 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Lakin, Cavabdeh elektron nəzarət vasitələrini sındırmış və bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində ziyan vurmuşdur. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmişdir. Məhkəmə, cavabdehin iddia tələbini etiraf etməsi ilə bağlı zəruri olan prosessual hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi işin faktiki halları ilə uzlaşmaqla qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin qanuni əsası ilə bağlı da maddi hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi Cavabdeh elektron nəzarət vasitələrini sındırmaqla mülki hüquq pozuntusu (delikt) törətmiş və bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,4 manat dəyərində maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 2277,4 manat ziyan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət orqanı olmaqla dövlət rüsumu ödəməkdən azad olunduğundan, eləcə də iddia tələbi tam təmin olunması da nəzərə alınaraq Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi tam təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar