Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3666/2024 06.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Gəncə regional "ASAN xidmət mərkəzində" notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin ona borclu olduğu 10000 (on min) manat pulun və dövlət rüsumu üçün çəkdiyi xərcin əvəzi olaraq 120 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında 10000 (on min) manat məbləğdə borc müqaviləsi imzalamışlar. Aralarındakı müqaviləyə əsasən cavabdeh ona olan borcunu xx.xx.2023-cü il tarixdə qaytarmalı idi. Lakin bu müddətdən də əlavə 1 il 2 ay keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəmir, hər dəfə bir bəhanə ilə öhdəliyini icra etməkdən yayınır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ona borclu olduğu 5330 manat, vəkil xidməti üçün ödədiyi xərcin əvəzi olaraq 325 manat və dövlət rüsumu üçün çəkdiyi xərcin əvəzi olaraq 120 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi vəkil X3 iştirak etmiş, təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin əvvəlki iclasında iştirak etmiş, iddiaçı ilə aralarında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağladıqlarını, həmin vaxt iddiaçıya 10000 (on min) manat borcunun olduğunu etiraf edərək, həmin borcdan 5000 manatı ödədiyini, 5000 manatı isə ödəməyə etiraz etmədiyini bildirmiş, məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə bilavasitə məhkəmədə məlumatlandırılmasına baxmayaraq, məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsi vəkil X2 dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia qismən əsalı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixədək ödəmək şərti ilə faizsiz 10000 manat məbləğində pulu borc vermişdir. Məhkəmədə iştirak edən cavabdeh həmin müqavilənin həqiqiliyini mübahisələndirməmiş, iddiaçıya 10000 manat məbləğində borcunun olmasını və həmin məbləğdə borcundan 5000 manatını iddiaçıya qaytardığını bildirmiş, həmin borcdan 5000 manat məbləği isə ödəmədiyini etiraf etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, cavabdehin həmin müqavilə əsasında iddiaçıya 10000 manat məbləğində borcu yaranmışdır. MPM-in sübutlarla bağlı tələblərinə əsasən, həmin borcun qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə həmin borcdan 5000 manatı ödədiyi barədə izahat vermiş, ancaq bununla bağlı məhkəməyə başqa heç bir sübut təqdim etməmişdir. Belə halda həmin borcdan hansı məbləğin ödənildiyi barədə iddiaçının məhkəməyə bildirdikləri daha mötəbər sübut növü kimi qəbul edilir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı iddianı dəqiqləşdirərək, cavabdehdən 5330 manat pul tələb etmişdir. Yəni, iddiaçının bildirdiyinə görə cavabdeh 10000 manat borcunun 4670 manat hissəsini ödəmişdir. Ona görə də məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia edilən 5330 manat məbləğində borcun qaytarılması tələbi hissədə iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5330 manat məbləğində pul alınıb, İddiaçı verilməlidir Bundan başqa, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 ilə EO-1893VK-1534/24 nömrəli Vəkil Orderi əsasında müqavilə bağlamış və hüquqi yardıma görə 325 manat haqq müəyyən edilmişdir. Həmçinin, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 325 manat məbləğində pul da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bundan başqa, hazırki işdə 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsi 63.96 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, 5330 manat tələbinə dair iddia təmin edildiyindən, 10000 manat məbləğində pul tələbi üşün ödənilmiş 120 manat dövlət rüsumunun 63.96 manat hissəsi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5330 (beş min üç yüz otuz) manat məbləğində pul və hüquqi yardıma görə vəkilə ödənilmiş xərcin əvəzi kimi 325 (üç yüz iyirmi beş) manat olmaqla, cəmi 5655 (beş min altı yüz əlli beş) manat məbləğində pul və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 63.96 (altmış üç) manat 96 qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. İddia dövlət rüsumu tələbinin qalan hissəsində təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3666/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3666/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver