Məhkəmə qərarları › İş №2(125)-3672/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3672/2024

22.07.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3672/2024 22.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 aprel 1989-cu il tarixli X11 qərarı ilə mərhum əri X4 mülkiyyətinə verilmiş, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən torpaq sahəsində cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd olunan ünvanda yerləşən ona məxsus evin qonşuluğundakı evdə yaşayır. Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən torpaq sahəsi onun mərhum əri X4 adına verilmiş, 0.04 ha həyətyanı torpaq sahəsi ilə bağlı X6 qeyd olunan torpaq sahəsinin verilməsinə dair 11 aprel 1989-cu il tarixli X18 (XDS) tərəfindən qərar qəbul edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli Arxiv Arayışı ona təqdim olunmuşdur. Torpaq sahəsinin hüquqların Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəflərindən cəhd göstərilərək X4 adına arayışın verilməsinə görə DƏDKR-in 3 saylı Ərazi İdarəsinə müraciət etsələr də, idarə tərəfindən bunun mümkün olmaması bildirilmişdir. Belə ki, qeyd olunan torpaq sahəsində ölçü işlərinin aparılması ilə bağlı tərəflərindən DƏDKR-in 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunmasına baxmayaraq, Cavabdeh tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törədilir. Buna görə də 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən imtina xarakterli bildiriş verilmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda cavabdehin bu cür davranışı onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Buna görə də dəfələrlə maneənin aradan qaldırılması ilə bağlı cavabdehə bildirsə də, buna narazılığını və bunun mümkün olmamasını bildirmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirak etmiş və bildirmişdir ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçının əri X4 istifadəsinə verilməsinə dair xx.xx.1989-cu il tarixli XDS tərəfindən qərar qəbul edilmişdir. Elə həmin ildə Cahangir iddiaçı da olmaqla 6 nəfər tərəfindən imzalanan Akt (şəhadətnamə) əsasında torpaq sahəsini 8000 manata babası mərhum X1. Həmin dövrdə torpaq sahəsinin alqı-satqısını notariat qaydasında rəsmiləşdirmək mümkün olmamışdır. X16 2016-cı ildə vəfat etməmişdən bir qədər əvvəl torpaq sahəsini X2. Babası həmin vaxt vəfat etdiyinə görə torpağın alqı-satqısını rəsmiləşdirmək üçün lazım olan sənədlər əldə edilmədiyindən alqı-satqı notariat qaydasında rəsmiləşdirilməmişdir. Bundan sonra Hacıyeva Dursun həmin torpaq sahəsində ev tikdirmək üçün Gəncə şəhəri Kəpəz rayon İH Başçısının xx.xx.2017-ci il tarixli 1089 saylı Sərəncamı ilə icazə almışdır. Hazırda onun torpaq sahəsində yarımçıq tikilmiş evi vardır. Torpaq sahəsinin bağlı darvazası yoxdur. İddiaçı cəmi bir dəfə onun anası X8 ilə birlikdə yaşadığı həmin torpaq sahəsinin qonşuluğunda yerləşən evlərinə gəlib DƏDRX- nin əməkdaşları ilə torpaq sahəsində ölçmə işlərini aparmaq istədiklərini bildirmişdir. Həmin vaxt o, evdə olmadığından anası ona cavab vermişdir ki, torpaq sahəsi iddiaçının özünün də iştirakı ilə 1989-cu ildə onun həyat yoldaşı tərəfindən atasına satılmışdır. Atası isə onu 2016-cı ildə başqa şəxsə satmışdır. Artıq torpaq sahəsi onların mülkiyyətində hesab edilmir. 35 ildir ki, onlar torpaq sahəsindən istifadə etmirlər, vergisini də ödəmirlər. Başqasının torpaq sahəsində ölçmə işləri apara bilməzlər. Sonda bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, belə qərara gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 ilə X9 xx.xx.1983-cü il tarixdə rəsmi nikah bağlamışlar və nikah bağlandıqdan sonra arvada “Şirinova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi məqsədilə Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 734 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı, 10 aprel 2002-ci ildə vəfat etmiş əri X3 miras qalmış Gəncə şəhəri, Sadıİİı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almağı üçün notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən İddiaçı mərhum X4 birinci növbədə vərəsəsidir. Lakin İddiaçı həmin miras əmlakın hüquq müəyyənedici sənədlərini təqdim etməmişdir. Belə olan halda notarius vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmir. Odur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X4 adına Gəncə şəhəri, Sadıİİı qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış və ya Çıxarış verilməsinə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 04 noyabr 2023-cü il tarixli Daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi barədə bildirişdən görünür ki, Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən torpaq sahəsi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı, torpaq sahəsi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığı müəyyən edilmişdir. Həmçinin, ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. 6 oktyabr 2010-cu il tarixli “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.3.3-cü maddəsinə əsasən mərzçəkmə işləri torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda aparılır. Həmin qaydaların 5.3-cü maddəsi ilə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-sü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlarla işin halları kimi müəyyən olunur ki, idiaçının, barəsində ölçmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılmasını tələb etdiyi Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında 0.04 ha həyətyanı torpaq sahəsi Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi məqsədilə verilmişdir. Həmin vaxt X10 ilə X9 rəsmi nikahda olan ər-arvad olmuşlar. 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının real gözləntisi X6 və iddiaçıya mənsub olmuşdur. X10 2002-ci ildə ölmüşdür. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə həmin torpaq sahəsi barəsində mülkiyyət hüquqlarının real gözləntisi iddiaçıya keçmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bu hüquqa həm də X4 qanun üzrə vərəsəsi kimi malikdir. Cavabdeh tərəfin həmin torpaq sahəsi barəsində hər hansı bir hüququ qanunla müəyyən edilmiş qaydada qeydə alınmamışdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3-sü maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı isə həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması barədə müvafiq Dövlət Orqanına müraciət etsə də, cavabdehin buna maneçilik törətməsi səbəbindən hüquqlarını geçəkləşdirə bilməmiş, ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Göründüyü kimi, irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar yuxarıda sadalanan hüquq normaları ilə nəzərdə tutulmuşdur. Cavabdeh hərəkətləri İddiaçı hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından, məhkəmə bu qənaətdədir ki, iddia təmin edilməli və İddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına Cavabdeh tərfindən edilən maneə aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 11 aprel 1989-cu il tarixli 7 saylı protokol qərarı ilə X6 fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş Gəncə şəhəri, Sadıllı qəsəbəsi, məhəllə D-8, sahə 20 ünvanında yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən maneə aradan qaldırılsın. Həmin işlərin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar