Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3674/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, onun nümayəndəsi Nümayəndə və cavabdehlərin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X7nun adına mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 1 ünvanda yerləşən əmlaka müayinə baxışı keçirilməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Eminbəyli küçəsi 10 ünvanda yerləşən əmlak mərhum X7nun adına qeyd edilmişdir, lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestr xidmətindən qeydiyyatdan keçməmişdir. Babası X3 Şövkət Abbas qızı ilə evli olmuş, onların xx.xx.1958-ci il təvəllüdlü X17 və xx.xx.1962-ci il təvəllüdlü X13 adlı iki övladları olmuşdur. X1 xx.xx.1999-cu il tarixdə, X7 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. X4 xx.xx.1991-ci ildə, X13 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra vərəsəlik onun tərəfindən qəbul edilmiş, Həsənova Məhbubə isə xx.xx.2023-cü ildə bütün əmlakını ona vəsiyyət etmişdir. Hazırda o babasından miras qalmış ünvan 2 ünvanda yerləşən əmlakı adına keçirmək istəyir. Bununla bağlı babasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, babasının adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin ona verilən cavabda bildirilmişdir ki, 1974-cü ildə aparılmış inventarizasiya işləri zamanı Gəncə şəhəri, Eminbəyli küçəsi 10 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 1424.10 kv.m, yaşayış sahəsi 84 kv.m, köməkçi sahəsi 40.10 kv.m olan 4 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Reyestr idarəsindən ona bildirmişlər ki, hazırda onların istfadəsində kiçik sahə olduğundan qeyd edilən torpaq sahəsi cavabdehlərin evlərinin yerləşdiyi torpaq sahəsidir və onlara sənəd verilməsi üçün həmin ünvanlara da baxış keçirilməlidir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən əmlaka müayinə baxışına cavabdehlər tərəfindən şərait yaradılmadığı üçun ərizənin icrası mümkün olmamışdır. İddiaçı qeyd etmişdir ki, onun qeyd edilən əmlakla bağlı gözlənilən mülkiyyət hüququ var. Hazırda cavabdehlərin hərəkətləri onun həm vərəsəlik, həm də gözlənilən mülkiyyət hüququnu pozur. Həmçinin, onun məhkəməyə çatım hüququ da pozulur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə etdi ki, o atasının və bibisinin yeganə vərəsəsidir, onun ünvanının giriş-çıxış qapısı ayrı olduğundan cavabdehlərə heç bir aidiyyatı yoxdur, odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 1957-ci ildə doğulmuşdur, ata-anası isə 1960-cı ildə nikaha girmişlər, X15 onun atası olması atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə müəyyən olunmuşdur, ona görə də, o, doğulduğu gündən bəri sözügedən evdə yaşayır, vərəsə odur, iddiaçı burada heç vaxt yaşamayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin əsassız olduğunu bildirdi və qeyd etdi ki, heç bir maneə yoxdur, odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddianın ona heç bir aidiyyatı yoxdur, heç bir maneə yaratmır, hətta iddiaçıya təklif etmişdir ki, gəlib evi ölçsünlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 281484 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 27 sentyabr 2000-ci il tarixdə “xərçəngin intoksikasiyası” səbəbindən vəfat etmişdir. AZ-T 235248 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 01 oktyabr 1962-ci il tarixdə doğulmuşdur. X10, anası X11r. 608084 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 27 dekabr 1958-ci il tarixdə doğulmuşdur. X10, anası X11r. 337590 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 14 iyul 1991-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 281528 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 23 mart 2003-cü il tarixdə “mədəaltı vəzinin dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi” səbəbindən vəfat etmişdir. 3-16-5/7-Hxx-xx/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 və X12 nikahı haqqında 08 yanvar 1959-cu il tarixdə 01 nömrəli akt qeydi tərtib olunmuş, nikah Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. X2 xx.xx.2000-ci ildə və X8 xx.xx.1999-cu ildə ölməsi ilə bağlı xitam verilmişdir. 297 nömrəli, 12 aprel 2021-ci il tarixli arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X16 xx.xx.1999-cu il tarixdə “kəskin infarkt” səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə olunmuş 2V-281 nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmiş, bundan əlavə digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. 06 mart 2023-cü il tarixli arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X20 27 sentyabr 2000-ci il tarixdə ölmüşdür və ölən günədək ünvan 3 ünvanında yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 13 mart 2023-cü il tarixli, 3-21-3-33/2-2151/2023 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Eminbəyli küçəsi 10 ünvanına dair Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X15 adına qeyd edilmişdir. 1974-cü ildə aparılmış inventarizasiya işləri zamanı Gəncə şəhəri, Eminbəyli küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 1424,10 kv.m, yaşayış sahəsi 84 kv.m, köməkçi sahəsi 40,10 kv.m olan, 4 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin 3 saylı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 12 aprel 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlərdən görünür ki, Gəncə şəhəri, Eminbəyli küçəsi 10 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mübahisə olduğundan müayinə baxışına şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan, 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 13 mart 2023-cü il tarixli, 324 nömrəli məktubundan görünür ki, 27 sentyabr 2000-ci ildə Gəncə şəhəri ünvanında vəfat etmiş X14 miras qalmış əmlaka dair 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə xx.xx.2023-cü ildə X5 etibarnamə üzrə nümayəndəsi İddiaçı müraciəti və təqdim olunmuş sənədlər əsasında 8V- 55(2023) nömrəli vərəsəlik işi açılmışdır. Odur ki, notariat ofisi açılmış vərəsəlik işi ilə əlaqədar mərhum X15 adına olan Gəncə şəhəri, Eminbəyli küçəsi 10 ünvanda yerləşən əmlaka dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına yəni Çıxarış verilməsinə göstəriş verilməsini xahiş etmişdir. 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X18 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibinə dair məlumatlara əsasən iki övladı – X17 və X13 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ərizəçi X9 atalığın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, 1930-cu ildə Samux rayonunda (köhnə Səfərəliyev rayonunda) doğulmuş X15 xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh3 atası olduğu müəyyən edilmişdir. İş materiallarında olan AZ-İ 430999 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X20 xx xxxx 1957-ci il tarixdə X6 doğulmuş Cavabdeh3 atası hesab edilmişdir. AZ-İV 872161 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx xxxx 1957-ci il tarixdə doğulmuşdur. X10, anası X11r. İş materiallarına əlavə edilmiş, ünvan 5 ünvanda qeydiyyatda olan Cavabdeh3 tərəfindən 08 iyun 2023-cü il tarixdə verilmiş, **********554 nömrəli 2 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh3 bildirmişdir ki, 27 sentyabr 2000-ci ildə onun ünvan 6 ünvanında yaşayan atası - X20 ölmüşdür. Mirasın tərkibinə daxil olan ünvan 6 ünvanında yerləşən əmlakdan ibarət ondan irs qalmış mirası qəbul etmiş, mirasdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh3 məhkəməyə ərizə verərək vərəsəlik təsdiq olunana qədər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin əmlaka müayinə baxışının dayandırılmasını xahiş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da göründüyü kimi iddiaçının sözügedən əmlaka dair vəsiyyətnamə əsasında vərəsəlik, o cümlədən gözlənilən mülkiyyət hüquqları vardır. İddiaçı həmin hüquqdan irəli gələrək özünün əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqana müracitə etsə də cavabdehlər qeydiyyat üçün zəruri olan müayinə baxışına maneə törətdiklərindən müvafiq hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. Cavabdehlər bu maneəni əslində həmin əmlaka iddiaçının deyil, onların hüququnun olması barədə mübahisələrinin mövcudluğu ilə izah etsələr də məhkəmə qeyd edir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrini qeydə alan orqan tərəfindən aparılmalı olan müayinə baxışı həmin daşınmaz əmlak üzərində iddiaçının və ya cavabdehlərin hər hansı birinin deyil, mərhum X15 adına ilkin qeydiyyatın mümkün olub-olmaması ilə əlaqədardır. Beləliklə, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün qeydiyyat orqanına müayinə baxışının aparılmasına cavabdehlərin maneə törətmələrinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan normalardan göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa mülkiyyətçinin hüququ olduğu kimi eyni zamanda həmin hüququn dövlət tərəfindən qorunması, eləcə də sərəncam hüququnun həyata keçirilməsi üçün qanunvericilik belə qeydiyyatı zəruri şərt kimi müəyyən etmişdir. İddiaçı sözügedən əmlaka dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olan ilkin sənədlərə, o cümlədən Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasporta əsasən mərhum X15 hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqana müraciət etmişdir. Hüququn qeydiyyata alınmasına imkan verilməməsi mülkiyyət hüququnun özünün pozulmasına səbəb olur. Çünki, daşınmaz əmlak üzərində qeydə alınmamış hüquq barədə mülkiyyətçi sərəncam vermək hüququndan məhrum olur. Cavabdehlər heç bir əsaslı səbəb göstərmədən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına maneə törətdikləri üçün iddia təmin edilməli və mülkiyyət hüququnun qeydiyyatı üçün daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X14 miras qalmış, Gəncə şəhəri, Eminbəyli küçəsi 10 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1974-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport əsasında X15 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın əməkdaşları tərəfindən daşınmaz əmlaka müayinə baxışının keçirilməsinə maneə törədilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3674/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3674/2023
21.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver