Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3677/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 13 dekabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-2342/2021 saylı qətnaməsi əsasında tutulan 150 manat alimentin məbləğinin dəyişdirilərək, 2023-cü il yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla ayda 250 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2019-cu ildə el adəti ilə ailə qurub, 25 may 2019-cu il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahdan 13 dekabr 2019cu ildə X6 adında uşaqları anadan olmuşdur. Sonradan cavabdehlə aralarında fikir ayrılıqları başlamış, onunla bir yerdə yaşamaq dözülməz hala çevrilmiş, aralarında ailə münasibətləri pozulmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2342/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Aylin onun himayəsində qalmaqla onun saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh bir valideyn kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmir, uşağına maddi və mənəvi dəstək göstərmir, uşağın saxlanılması üçün kəsilmiş sabit pul məbləğində cəmi 150 manat aliment isə uşağın maddi tələbatını qarşılamır. Uşağın məsrəfləri yetərincə artmışdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağı anası və qardaşının köməkliyi ilə saxlayır, onun ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh işləyir, gəliri yaxşıdır, alimentdən başqa uşaqlarına başqa maddi kömək göstərmir. Odur ki, Cavabdeh 13 dekabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş 150 manat məbləğində alimentin artırılaraq 250 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)- 2342/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, azyaşlı uşağın ananın himayəsində qalması və hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. İddiaçı iddia ərizəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etsə də, lakin sabit pul məbləğində tutulmalı alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış və bu xüsusatı təsdiq edən hər hansı bir sübutu iddiaya əlavə etməmişdir. Eyni zamanda cavabdehin maddi vəziyyətində dəyişiklik, yəni artım olmasını təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Odur ki, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan 13 dekabr 2019-cu il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 2342/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 25 may 2019-cu il tarixdə Rusiya Federasiyasının Rostov vilayətində, Aksay rayonu administrasiyasının VVAQ şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 13 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası İddiaçı himayəsində saxlanılması,13 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli xx.xx.2021-ci tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşdə olan X11 Kompleksi MMC-nin 08 iyul 2023-cü il tarixli arayışından görünür ki, X1 Olimpiya İdman Kompleksi MMC-nin gimnastika bölməsinin tələbəsidir. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti 47 nömrəli körpələr evi-uşaq bağçasının arayışından görünür ki, X1 şəhər İcra Hakimiyyəti 47 nömrəli körpələr evi-uşaq bağçasında təhsil alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2019-cu ildə el adəti ilə toyları olmuşdur. Birgə nikahdan 13 dekabr 2019-cu ildə X6 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-2342/2021 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 25 may 2019-cu il tarixdə Rusiya Federasiyasının Rostov vilayətində, Aksay rayonu administrasiyasının VVAQ şöbəsində bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 13 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək anası İddiaçı himayəsində saxlanılması,13 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli xx.xx.2021-ci tarixdən hesablanması, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 13 dekabr 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-2342/2021 saylı qətnaməsi əsasında tutulan 150 manat alimentin məbləğinin dəyişdirilərək, 2023-cü il yaşayış minimumu və dolanışıq xərcləri nəzərə alınmaqla ayda 250 manat sabit pul məbləğində müəyyən edilməsinə və mediasiya xidməti üçün ödədiyi 55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 13 dekabr 2019-cu il tarixdə anadan olmuş X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-2342/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 175 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 25 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 dekabr 2019-cu il tarixdə anadan olmuş X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-2342/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 13 dekabr 2019-cu il tarixdə anadan olmuş X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manatın 25 (iyirmi beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3677/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3677/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver