Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3745/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Törəmə Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Törəmə Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən su təchizatı və tullantı suların axıdılması xidmətindən istifadəyə görə yaranmış 1078,61 manat borcun (abonent kodu **********140) və 41 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Gəncə Sukanal” TSC tərəfindən Cavabdeh (abonent kodu **********140) su təhcizatı sistemindən su buraxılması və tullantı suların axıdılması xidməti göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixə 1078,61 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təhcizatı və kanalizasiya xidmətinin dəyəri ünvan 1 ünvanında “X2” 7.4-cü bəndinə əsasən ailə tərkibi 3,5,3 nəfər olmaqla normativ qaydada hesablama yolu ilə xx.xx.2021-ci il tarixdən sayğacla müəyyən edilmişdir. “Gəncə Sukanal” TSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu təqdim edilmişdir, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin əlavə etdi ki, cavabdehə xəbərdarlıq edilib, borcundan qismən ödənişlər edib. Sözügedən ünvana 2021-ci il tarixdə yeni sayğac quraşdırılıb, həmin ünvanda hazırda 4 nəfər qeydiyyatdadır, borc ailə tərkibi 3 nəfər nəzərə alınmaqla hesablanıb. Cavabdeh tərəfindən 2017-ci il tarixdə 25 manat, 2018-ci il tarixdə 70 manat, 2019-cu il tarixdə 42 manat, 2020-ci il tarixdə isə 40 manat ödəniş edilmişdir. Hazırda cavabdehin 1078,61 manat borcu yaranıb. Cavabdehin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2005-ci il tarixli, 32601550 nömrəli «Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanılan» müqavilədən görünür ki, «Gəncə Sukanal» TSC ilə Cavabdeh arasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "xxxx" ASC-nin «Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə» qərarına uyğun olaraq istehlakçının istifadə etdiyi 1 m3 içməli suya görə hesablanmış ƏDV ilə 60 qəpik və istehlakçıdan qəbul edilən 1 m3 tullantı suyuna görə hesablaşma ilə ƏDV ilə 30 qəpik müqabilində aparılır. İş materiallarında olan abonent kodu **********140 kimi qeyd edilən Cavabdeh məxsus abonent kartlarından görünür ki, **********140 abonent kodu ünvan 1 nömrəli mənzildə yaşayan Cavabdeh məxsusdur. Həmin mənzilin su və çirkab su xidmətinə görə abonent hesabına 2016-cı il üçün illik qalıq borc 522,31 manat; 2017-ci il üçün illik qalıq borc 111,8 manat; 2018-ci il üçün illik qalıq borc 68,15 manat; 2019-cu il üçün illik qalıq borc 55,65 manat; 2020-ci il üçün illik qalıq borc 45,95 manat; 2021-ci il üçün illik qalıq borc -0,65 manat; 2022-ci il üçün illik qalıq borc 68,7 manat; 2023-cü il üçün illik qalıq borc 144,6 manat, 2024-cü il üçün xx.xx.2024-cü il tarixə qalıq borc 62,1 manat hesablanmışdır. Abonent kartından görünür ki, cavabdehin su təchizatı və tullantı suyun axıdılmasına dair ödəməli olduğu borc məbləğləri, ödənişləri, tarixlər müfəssəl şəkildə göstərilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli “xəbərdarlıq” məktubundan görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə "xxxx" ASC-yə 1078,61 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. Qeyd olunan borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə göstərilən xidmətlərin dayandıralacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin cavabdehdən məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-13-57/2-17255/2024 nömrəli, xx.xx.2024-cü il tarixli iddiaçıya cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan və qeydiyyatdan çıxarılan şəxslər aşağıdakılar: X1, xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, X4 xx.xx.2006-cı il tarixdən halhazıradək, Cavabdeh, xx.xx.2003-cü il tarixdən hal-hazıradək, X3, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək, X7, xx.xx.2008-ci il tarixdən hal-hazıradək, X5, xx.xx.2022-ci il tarixdən hal-hazıradək. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «Gəncə Sukanal» TSC tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində **********140 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, lakin həmin xidmətin göstərilməsi ilə əlaqədar yaranmış borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. «Gəncə Sukanal» TSC Cavabdeh qarşı su təhcizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 1078 manat 61 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci ildə ünvan 1 ünvanda yerləşən mənzili su ilə təmin edən su xəttinə 20028898 nömrəli sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun 61.1ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 61.2-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş «Sudan istifadə qaydaları»nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «Gəncə Sukanal» TSC tərəfindən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində **********140 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, lakin həmin xidmətin göstərilməsi ilə əlaqədar yaranmış borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. «Gəncə Sukanal» TSC Cavabdeh qarşı su təhcizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 1078 manat 61 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə **********140 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidməti göstərilmiş, qeyd olunan xidmət üzrə yaranmış borc Cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəməyə təqdim edilmiş abonent kartında sudan istifadə və çirkab sularının axıdılması xidməti ilə əlaqədar 31 oktyabr 2016-cı ildən 25 fevral 2021-ci ilədək sayğac olmadan, fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin sayına uyğun 3 nəfərə görə, 25 fevral 2021-ci il tarixdə fərdi yaşayış evinə gedən su borusunun üzərində sayğac quraşdırıldıqdan sonra xx.xx.2024-cü ilədək ümumilikdə 1078 manat 61 qəpik borc hesablandığı göstərilmişdir. Mülki işin məhkəmə tədqiqi zamanı fərdi yaşayış evində 31 oktyabr 2016-cı ildən 25 fevral 2021-ci ilədək qeydiyyatda olan şəxslərin adlarının məhkəməyə təqdim edilməsi iddiaçıya təklif olunmuş və həmin ünvanda qeyd edilən dövr ərzində qeydiyyatda olan ən azı 3 nəfər şəxsin adları və buna müvafiq sübutlar məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə **********140 abonent kodu üzrə su təhcizatı və tullantı sularının axıdılması xidmətinin göstərilməsinə görə 31 oktyabr 2016-cı ildən 13 may 2024-cü il tarixədək yaranmış borcun əvəzi qismində 1078 manat 61 qəpik məbləğində pul vəsaiti «Gəncə Sukanal» TSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da, məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1078,61 (bir min yetmiş səkkiz manat altmış bir qəpik) manat və dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3745/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3745/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver