Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3756/2025 05.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 nömrəli mənzilinə vurulmuş maddi zərərin əvəzi qismində 1.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir və o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. 2024-cü ilin sonlarında 2025-ci ilin əvvəllərində mülkiyyətində olan mənzilin sanuzelindən (hamamtualetindən) su sızmağa başlamışdır. Bununla bağlı o, MKİB-nə ərizə ilə müraciət etmiş, MKİB-nin nümayəndələri binaya baxış keçirmiş və su sızmasının həmin binanın Cavabdeh mülkiyyətində olan 16 nömrəli mənzilindən olduğunu qeyd etmişlər. Bundan sonra o, X.İ.Cəfərova ilə razılıq əldə etməyə çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. X.İ.Cəfərova tərəfindən onun mülkiyyətinə vurulmuş zərərin qiymətləndirilməsi zamanı zərərin 1.000 manat məbləğində olduğu müəyyən edilmişdir. Lakin həmin zərəri aradan qaldırmaq üçün onun maddi imkanı yoxdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 16 nömrəli mənzili onun mülkiyyətindədir və həmin mənzildən İddiaçı mülkiyyətində olan mənzilə su axıdılmamışdır. Lakin İddiaçı etirazları ilə əlaqədar o, sanuzeldən çirkab sularının axıdıldığı boruları bir neçə dəfə təmir etdirmiş və onların dəyişdirilməsini təmin etmişdir. Bununla dəyişdirilmiş əvvəlki borularda da heç bir qüsur olmamışdır. Həmçinin istər ekspertin, istərsə də məhkəmənin yerində müayinəsi zamanı onun mülkiyyətindəki mənzildən digər mənzilə suyun axıdılmadığı müəyyən edilmişdir. Hətta onun mənzilinə bir neçə il bundan əvvəl yuxarı mərtəbədə yerləşən mənzildən su axıdılmış və bununla əlaqədar onun öz mənzilinin də təmiri bərbad hala düşmüşdür. Buna görə də İddiaçı mənzilinə maddi ziyanın vurulmasında onun heç bir təqsiri yoxdur. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İstehsalat və Texniki Nəzarət şöbəsinin mühəndisi X3, 4 saylı Xidmət sahəsinin rəisi X4 və 4 saylı Xidmət sahəsinin ödəniş üzrə nəzarətçi müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən 49 nömrəli binanın 13 nömrəli mənzilində yaşayan İddiaçı tərəfindən daxil olmuş ərizədə özünün və Lalə adlı qonşunun mənzilinə 8 və 9-cu mərtəbələrdə yerləşən mənzillərdən su axıdıldığı bildirilmişdir. Cari ilin aprel ayında daxil olmuş ərizə ilə bağlı ehtimal olunan bütün mənzillərə baxış keçirilmiş, ancaq 8-ci mərtəbədə yerləşən və Namiq adlı şəxsə məxsus 16 nömrəli mənzilə bir neçə dəfə cəhd edilsə də baxmaq mümkün olmamışdır. Ərizəçinin təkrar müraciəti ilə əlaqədar müvafiq xidmət sahəsinin əməkdaşları və birliyin təmir-tikinti, qəza və təhcizat şöbəsinin mütəxəssisləri 16 nömrəli mənzilə baxış keçirməyə müvəffəq olmuşlar. Baxış zamanı sızmanın 16 nömrəli mənzilinin hamamından baş verməsi qənaətinə gəlinmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh İl qar qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İstehsalat və Texniki Nəzarət şöbəsinin mühəndisi X1, 4 saylı Xidmət sahəsinin rəisi X4 və 4 saylı Xidmət sahəsinin ödəniş üzrə nəzarətçi müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində yerləşən 49 nömrəli binanın 16 nömrəli mənzilində yaşayan Namiq Abbasov tərəfindən daxil olmuş ərizədə həmin ünvana vizual texniki baxış keçirilmişdir. Baxış zamanı həqiqətən mənzilin mətbəx və sanitar qovşağının divar və tavanlarında sızma əlamətləri müşahidə edilmişdir. Ərizəçinin məlumatına görə su sızması sözügedən binanın 14 nömrəli mənzilinə aid (mənzilin sahibi Abbasova Lalə) su çənindən 2024-cü ilin noyabr ayında suyun daşması nəticəsində baş vermişdir və çəndəki nasazlıq həmin vaxt aradan qaldırılmışdır. 14 nömrəli mənzilin sahibi Abbasova Lalə ilə əlaqə saxlanılmış və o həqiqətən su çənində qeyd olunan tarixdə nasazlıq səbəbindən sızma baş verdiyini və dərhal nasazlığın aradan qaldırıldığını bildirmişdir. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/5065/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan 13 nömrəli mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 saylı mənzilinə axıdıldığı və nəticədə 13 nömrəli mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 16 nömrəli mənzilə aid olan su çəninin və su çəninə birləşdirilmiş boru xətlərinin üzərin həmçinin qeyd olunan mənzilin sanitar-qovşağı tikililərində olan su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsurun olmadığından su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 nömrəli mənzilinə Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 16 nömrəli mənzilindən su sızmasının əvvəllər olub-olmamasının müəyyən edilməsinə dair metodika olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 nömrəli mənzilinə su sızmasının hazırda davam etmədiyi müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bu səbəbdən də bu sual üzrə tədqiqat aparılmadı. İddiaçı mülkiyyətində olan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 saylı mənzilinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə əgər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) əlaqədar məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı, ünvan 4 ünvanında yerləşən mənzil isə Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində onun mülkiyyətində olan ünvan 3 ünvanına zərər vurulduğunu iddia etmiş, lakin İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-16/2- 10/5065/2025 nömrəli ekspert rəyindən də göründüyü kimi, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 saylı mənzilinə axıdıldığı və nəticədə 13 nömrəli mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 16 nömrəli mənzilə aid olan su çəninin və su çəninə birləşdirilmiş boru xətlərinin üzərin həmçinin qeyd olunan mənzilin sanitar-qovşağı tikililərində olan su-kanalizasiya xətlərinin üzərində hər hansı bir qüsurun olmadığından su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 49 nömrəli evin 13 nömrəli mənzilinə Cavabdeh təqsirli hərəkətləri nəticəsində maddi zərər vurulması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzi qismində pul» tələbinə dair iddiası rədd edilsin. İddiaçı tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3756/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3756/2025
05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver