Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3779/2025 26.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 52870 manat məbləğində borc pulun və ödənilmiş 249 manat dövlət rüsumunun əvəzinin alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Sarıhəsənlı kəndində yaşayır. Zahid Əsgərov adına Sarıhəsənli kənd tam orta məktəbində gözətçi işləyir. Özü ailəli olmaqla himayəsində iki azyaşlı övladı vardır. Gəncə şəhər sakini Cavabdeh 2024-cü ilin yanvar ayının əvvəllərində “Tik Tok” sosial şəbəkəsində ev satışı elanlarına baxarkən tanıyıb və aralarında heç bir ədavət, düşmənçilik olmamışdır. O, 2024-cü ilin yanvar ayında “Tik tok” sosial şəbəkəsində ev satışları olan səhifədə ev axtararkən Gəncə şəhəri, Gülüstan qəsəbəsində 3 otaqlı evin 70000 manata satılması barədə elan yerləşdiriİməsini və elanın alt hissəsində Cavabdeh nömrəsinin qeyd edildiyini görüb, həmin nömrəyə zəng edərək bu barədə onunla danışmışdır. Cavabdeh elanda yerləşdirdiyi evi 70000 manata satdığını dediyi üçün o, Sevinclə danışdıqdan bir neçə gün sonra Gəncə şəhərinə getdi, Sevinclə görüşüb həmin evə baxdı və evin 3 otaqlı bina evi olduğunu görüb bəyəndiyi üçün Sevincə həmin evi almaq istədiyini dedi. Bundan sonra yaşadığı Gədəbəy rayonuna qayıtdı. Onun evdə ehtiyat pulu var idi. Lakin həmin pul ev almaq üçün az olduğuna görə kredit götürdü. Həmin evi almaq üçün ailə üzvləriylə də razılığa gəldi. Daha sonra mütəmadi olaraq Cavabdeh ilə “Whatsapp” proqaramı vasitəsilə danışmağa başladı. Söhbət əsnasında Cavabdeh Gəncə şəhəri Gülüstan qəsəbəsində bina evində özünə məxsus olan 3 otaqlı mənzilin sənədləşmə işlərinin yarımçıq olduğunu, həmin mənzilin sənədlərini düzəltdikdən sonra satmaq istədiyini, əgər ona pul verərsə, mənzili onun və yaxud oğlunun adına sənədləşdirə biləcəyini bildirdi. O, Sevinclə xeyli söhbətlərdən sonra onun sözlərinə inandı. Bu məqsədlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla Sevincin hesablarına ödəmə terminalları vasitəsilə, özünün istifadə etdiyi X2 mobil tətbiqi vasitəsilə və əlbəəl olaraq, ümumilikdə 52870 manat pul göndərdi. 08 noyabr 2024-cü il tarixdə Cavabdeh Gəncə şəhərində 10750 manat pulu əlbəəl verdi. Sonuncu dəfə isə 01 dekabr 2024-cü il tarixdə Sevincin dayısı oğlu X1 məxsus ABB-də açılmış ******************** nömrəli bank kartına Sevincin istəyi ilə 1570 manat göndərdi. Cavabdeh müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul verməyinə səbəb Sevincin sözügedən mənzili sənədləşdirdikdən sonra onun və ya oğlunun adına keçirəcəyinə inanmağını olmuşdur. Belə ki, Sevinc ondan hər dəfə pul alarkən evə sənəd düzəltmək üçün pul lazım olduğunu və sənəd düzələn kimi evi onun adına sənədləşdirəcəyinə söz verirdi. Lakin bir il sonra Sevincin onu yalan vədlərlə aldatdığını başa düşdü. Ondan 52870 manat pulumu istədikdə o, onun pulunu qaytarmadı. Buna görə də aldadılmağı ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Gədəbəy RPŞ-nin İstintaq Bölməsində aparılmış araşdırmanın nəticəsi olaraq 27 mart 2025-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, eyni zamanda həmin qərarla mənim pul tələbi ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Bundan sonra yenə də dəfələrlə Cavabdeh 52870 manat pulumu istəsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında iddiaçı ərizədə yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, Gədəbəy rayon sakini İddiaçı ilə 2024-cü ilin yanvar ayında tik-tok sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur Həmin vaxt Raminlə münasibəti yaranmış və Raminlə bir neçə dəfə Gəncə şəhərində görüşmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün ilk dəfə Ramindən hər dəfəsində 3000 manat olmaqla 3 dəfəyə 9000 manat pul almışdır. Həmçinin Ramin bir dəfə ona 1000 manat əlbəəl pul vermişdir. Bundan başqa, Ramin ona hər dəfə pul lazım olduqca terminal vasitəsi ilə hər dəfə müxtəlif məbləğlərdə 2000, 1900, 1500. 1000, 100, 50, 200, 15, 10 və sair məbləğlərdə pul göndərmişdir. Ramin ona əvvəlcə kömək etmək üçün pul vermiş, daha sonra isə borcun məbləği çoxaldığı üçün o, evini Raminə satacağını demişdir Hazırda onun İddiaçıla aralarında hesabladıqlarına görə 52870 manat pul borcu yaranmışdır Ramin ona pulların bır qismini əlbəəl vermiş, qalan pulları isə onun Raminə göndərdiyi dayısının nəvəsi Oruc Quliyevin, Fəridə Qurbanlının hesablarına göndərmişdir. O, həmin pulu evini satıb Raminə qaytaracağına dair söz vermişdir. Toplanmış material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı daşınmaz əmlakın alqı-satqısı üçün verdiyi və bu barədə müqavilə bağlanmadığı üçün əsassız varlanmanın əvəzi qismində cəmi 52870 manat pulun tutulmasını xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cavabdeh iddiaçıdan tələb edilən məbləğdə pul aldığını bildirmişdir. Çəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, məhrum olan iddiaçının əsassız varlanmış cavabdehdən qaytarma tələbini istisna edən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 52870 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 249 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 52870 (əlli iki min səkkiz yüz yetmiş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249 (iki yüz qırx doqquz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3779/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3779/2025
26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver