Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-379/2023 09.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, İddiaçının onun nümayəndəsi (vəkili) X2, Cavabdehlər X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “Samsung A-22 5G” markalı, ağ rəngdə “Nokia 3310 Unboxing And” markalı mobil telefonların və mərhum X11a məxsus veteranlıq vəsiqəsinin alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə 29 aprel 2014-cü il tarixdə Gəncə Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsində nikahımızı rəsmləşdirmiş, birgə nikahlarından iki övladı doğulmuşdur. Elçin Mehvalıyev xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Yoldaşı vəfat edən bir günə kimi Gəncə Şəhəri Avtozavod qəsəbəsi Mir Mövsüm küçəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Birgə yaşadıqları müddətdə ona hədiyyə kimi Samsung A-22 5G markalı mobil telefon almışdır. Həmin telefon uzun müddət onun istifadəsində olmuşdur. Lakin yoldaşı özünə məxsus telefonu xarab olduğu üçün Samsunq A-22 5G və atasının ona hədiyyə kimi verdiyi Nokia 3310 Unboxing And markalı telefonları özünə başqa telefon alana kimi işlətmək üçün yoldaşına vermişdir. X11 vəfat etdikdən sonra cavabdehlər ona müraciət edərək yoldaşının ölüm hadisəsinin araşdırılması üçün müstəntiqə təqdim etmək adı ilə həmin telefonları və yoldaşının veteranlıq vəsiqəsini ondan alıb aparmışlar. Sonradan isə məlum oldu ki, cavabdehlər telefonları və vəsiqəni müstəntiqə təhvil verməmiş və özlərində saxlamışlar. Dəfələrlə həmin telefonların və veteranlıq vəsiqəsinin qaytarılması üçün cavabdehlərə müraciət etsəmdə qaytarmaqdan imtina etmişlər. Cavabdehlərin onu aldadaraq mobil telefonları və veteranlıq vəsiqəsini mənimsədikləri üçün onların barəsində qanuna müvafiq qaydada tədbirlərin görülməsi, telefonların və vəsiqənin alınıb ona verilməsi üçün Gəncə Şəhər birinci polis şöbəsinə müraciət etmişdir. Cavabdehlər polis şöbəsinə dəvət olunaraq izahatları alınmış və telefonların ona qaytarılması təklif olunmuşdur. Lakin bundan imtina olunmuşdur. Bundan sonra polis orqanı tərəfindən telefonların tələbi ilə bağlı aidiyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəməyə yazılı ərizə təqdim edərək bildirdilər ki, X8 xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsində vəfat edib. Ölüm hadisəsinin araşdırılması üçün Aytən Mehralıyevadan “Nokia 3310” və “Samsung A22” markalı mobil telefonları və Elçin Mehralıyevin veteranlıq vəsiqəsi tərəfindən təhvil alınmışdır. “Samsung A22” markalı telefonda istifadəçinin parolu açılmır, digər telefon işlək vəziyyətdədir. X5 ölüm işinin açılması üçün telefonları götürmüşlər. Ölümün səbəblərini öyrənəndən sonra telefonlarını övladlarına qaytaracaqlar. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı ona hədiyyə olunmuş mobil telefonları və vəsiqənin cavabdehlərdən alınaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər yazılı ərizə təqdim edərək hazırkı iş üzrə tələb edilən əmlakın onların sahiblik və istifadəsində olmasını etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan mərhum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi ərizə ilə tələb edilən əmlakın onlarda olduğunu etiraf etmiş və onun geri qaytarıldığına dair hər hansı sübut təqdim etməmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfdən etiraf edilərək qəbul edildiyindən və iddiaçı iddianı sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, cavabdeh tərəfin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın cavabdehlər tərəfindən etirafı qəbul edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, tələb edilən mobil telefonlar və vəsiqə cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 “Samsung A-22 5G” markalı, ağ rəngli “Nokia 3310 Unboxing And” markalı mobil telefonlar və X6 məxsus veteranlıq vəsiqəsi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-379/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-379/2023
09.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver