Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3798/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14000 manat pulun və ödənilmiş 132 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Müşfiq Paşayev küşəsi, ev 21A-da yaşayır. X2 ona 14000 manat borcu yaranmışdır. Dəfələrlə həmin borcun qaytarılmasını ondan tələb etsə də, bundan qərəzli olaraq yayınmışdır. Pulunun alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmək istəyərkən, həmin borcu ödəməyi Elyar Şadət oğlunun yaxın qohumları, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz üzərlərinə götürmüşdürlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri 1 saylı Notariat kontoruna yaxınlaşaraq hər iki cavabdeh 14000 manat borcu 6 il müddətinə hər ay 300 manat olmaqla ödəməyi öz öhdələrinə götürərək, bununla bağlı rəsmi ərizə vermişdirlər. Lakin, həmin gündən 7 ay müddət keçməsinə baxmayaraq cavabdehlər tərəfindən hal-hazırki vaxtadək ona heç bir ödəniş edilməmişdir. Dəfələrlə cavabdehlərə borcun ödənilməsi ilə bağlı müraciət etsə də, buna heç bir məhəl qoymayaraq qərəzli olaraq ödəməkdən yayınmışlar. Artıq cavabdehlər borcun hissə-hissə ödənilməsi ilə bağlı aralarında olan razılaşmanı qərəzli şəkildə pozmuşdurlar. Ona görə də, cavabdehlərdən cəmi 14000 manat pulun alınıb ona verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiklərini bildirərək borclarını hər ay 150-200 manat olmaqla tam şəkildə ödəməyə etirazları olmadığını bildirdilər. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli, 8İ-2848 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 X3 İddiaçı olan 14.000 manat borcunu 6 il müddətinə hər ay 300 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 8İ-2849 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 X2 İddiaçı olan 14.000 manat borcunu borclunun atası Cavabdeh2 ödəyə bilməsə, 6 il müddətinə hər ay 300 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə X4 arasında borc müqaviləsi olmuş və sonuncu iddiaçıdan 14.000 manat məbləğində borc pul almışdır. X1 öhdəliyi yerinə yetirmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öhdəliyiy öz üzərlərinə götürmüşlər və X2 borcverən qaşısında olan öhdəliyi hazırki savabdehlərə keçmişdir. Lakin, cavabdehlər öhdəliyi yerinə yetirmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-in 522.2-i maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdehlər tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq 14.000 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 132 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.000 (on dörd min) manat məbləğində borc pul və 132 (bir yüz otuz iki) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3798/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3798/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver