Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-380/2024 18.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1270 manat məbləğində pulun və ödənilmiş 33.50 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən o, mülkiyyətində olan Mersedes Benz 220 minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilini hər gün cavabdeh tərəfindən ona 30 manat ödəmək şərti ilə 2023-cü ilin mart ayında cavabdehin istifadəsinə vermişdir. Bununla əlaqədar olaraq cavabdehə Gəncə şəhəri 3 saylı Notariat Ofisində avtomobilin idarə edilməsi üçün etibarnamə vermişdir. Cavabdeh onun avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq 2-3 ay ərzində razılaşdıqları kimi hər gün üçün 30 manat ona ödəmişdir. Lakin sonradan icarə pulunu ödəmədiyinə görə o, maşını onun əlindən almışdır. Cavabdeh isə etibarnaməyə xitam verdirmişdir. Cavabdehin ona 01 ay 04 gün üçün 1020 manat borcu qalmışdır. Bundan başqa cavabdeh onun avtomobilinin surət qutusunu nasaz vəziyyətə salaraq ona qaytarmışdır. Qutunun təmiri üçün o, ustaya 250 manat pul ödəmişdir. O, bir neçə dəfə cavabdehə müraciət etsə də, cavabdeh onun pulunu könüllü olaraq qaytarmamış, sonradan isə ümumiyyətlə telefonlarına cavab verməmişdir. Buna görə o, cavabdehdən Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət etmişdir. Polis Şöbəsində cavabdeh ona borcu olduğunu etiraf etmiş, lakin hər gün üçün 25 manata razılaşdıqlarını, buna görə ona 800 manat borcu olduğunu qeyd etmişdir. Cavabdehin 25 manata razılaşmaları və borcun 800 manat olması barədə dedikləri doğru deyil. Cavabdehin ona borcunun onun qeyd etdiyi kimi olmasını şahid X3 təsdiq edə bilər. Odur ki, Cavabdeh borclu olduğu 1270 manat məbləğində pulun və ödənilmiş 33.50 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, İddiaçı Mercedes markalı avtomobili icarəyə götürmüşdur. İcarəyə götürdükdən sonra surətlər qutusunun nasaz olduğunu iddiaçıya bildirmişdir. Avtomobil bir neçə ay onda icarədə qalmışdır. İddiaçıya onun cəmi 800 manat borcu qalmışdır. Borcunun 800 manat olmasını polis şöbəsində ondan izahat alanda da bildirmişdir. Qalan hissədə iddianı qəbul etmir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh Şahin adlı şəxsdən Mersedes markalı avtomobilini günlük 25 manat ödəmək şərtilə razılaşaraq icarəyə götürdüyünü və Şahinə hazırda 800 manat borcunun qaldığını qeyd edərək imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsində qeyd olunur ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə iclasında İddiaçı cavabdehin ona 1270 manat borcu olduğunu qeyd etsə də, bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Cavabdeh izahatından görünür ki, polis şöbəsində Şabanov X1 Şahin Arif oğluna 800 manat borcu olduğunu etiraf etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsi 800 manat hissədə əsaslı olduğundan təmin edilməli, qalan hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 800 manat məbləğində pul tutularaq iddiaçıya verilməldir. Həmçinin iddia qismən təmin edildiyindən ödənilmiş 33.50 manat dövlət rüsumunun 21.07 manatı Cavabdeh İddiaçı verilməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 800 manat pul və ödənilmiş 33.50 manat dövlət rüsumunun 21.07 manatı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-380/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-380/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver