Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3800/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair Göygöl Rayon Məhkəməsindən daxil olmuş mülki işə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 448 manat, cərimə qismində 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-411/2023 nömrəli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş və mülki iş 20 aprel 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-411/2023 nömrəli qərardadından görünür ki, həmin mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yəni cavabdehin Gəncə şəhərində qeydiyyatda olması əsası ilə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Lakin tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı cavabdehin Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur və Cavabdeh Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olduğundan hazırki iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edilmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsi hazırki işə baxmaqda özünü səlahiyyətli saymır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-411/2023 nömrəli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair mülki iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-411/2023 nömrəli qərardadına əsasən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair mülki iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3800/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3800/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver