Məhkəmə qərarları › İş №2(125)-3801/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3801/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3801/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Kreditor "xxxx" X10 Səhmdar Cəmiyyəti borclu X3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu X2 1812,61 ABŞ dolları əsas, 220,90 ABŞ dolları faiz, 54,04 ABŞ dolları cərimə olmaqla cəmi 2087,55 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-4727/2015 nömrəli məhkəmə əmrinə əsasən borclu X2 1812,61 ABŞ dolları əsas, 220,90 ABŞ dolları faiz, 54,04 ABŞ dolları cərimə olmaqla cəmi 2087,55 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin kreditor "xxxx" X10 Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi əmr edilmişdir. Həmin məhkəmə əmrindən narazı qalan borclu Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 4727/2015 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(044)-4727/2015 nömrəli qərardadına əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-4727/2015 nömrəli məhkəmə əmri ləğv edilərək, mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Bundan başqa iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin ərizəsinə əsasən iddiaçı "xxxx" KB ASC əsl İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" lizinq şirkəti MMC ilə borclu X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 28% ödəmək şərtilə 1872 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" KB ASC ilə "xxxx" lizinq şirkəti MMC arasında bağlanan xx.xx.2013-cü il tarixli «Faktorinq Müqaviləsi»nə əsasən "xxxx" MMC lizinq müqavilələrindən irəli gələn pul tələbini "xxxx"a (Unibank KB ASC-yə) güzəşt etmiş və bu barədə "xxxx" lizinq şirkəti MMC tərəfindən "xxxx" KB ASC-yə tələb hüququnun keçməsi barədə arayış verilmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" KB ASC-yə keçməsi barədə lizinq alana müvafiq bildiriş göndərilmişdir. Lakin borclu müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, məhkəmə əmri verildikdən sonra Prezidentin fərmanına əsasən ümumi borcdan 734 ABŞ dolları silinmiş və borclu tərəfindən əlavə ödənişlər də edilmişdir. Hazırda borc məbləği 1413,11 ABŞ dolları təşkil edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2015-ci il tarixli, 15-0061177 nömrəli daxili lizinq müqaviləsi və ona əlavədən görünür ki, 1463 manat dəyərində, dollar ekvivalenti 1872 ABŞ dolları (0,7813 kursla) ödəmək şərti ilə LG markalı televizor "xxxx" MMC tərəfindən lizinq alan X1. Lizinq alan X6 müəyyənləşdirilmiş dövriliklə illik 28% hesablanmaqla 30 aylıq müddətə hər qrafik üzrə 1872 ABŞ dolları məbləği ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli tələb hüququnun keçməsi haqqında arayışdan görünür ki, "xxxx" MMC ilə "xxxx" KB ASC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 15-0061177 nömrəli lizinq müqaviləsi üzrə tələb hüquqları "xxxx" KB ASC-yə keçmişdir. Tələbkar "xxxx" X10 Səhmdar Cəmiyyəti ilə yeni tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış tələb hüququnun satılması haqqında xx.xx.2021-ci il tarixli, 02/21 UB nömrəli müqavilənin surətindən görünür ki, tələbkar borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, borclu Cavabdeh Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 784,79 ABŞ dolları borcu silinmişdir. xx.xx.2024-cü il tarixli ödənilmiş borca dair arayışdın görünür ki, borclu Cavabdeh xx.xx.2023-cü il tarixədək 500 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, FC15-0061177 nömrəli kredit müqaviləsi üzrə 1413,11 ABŞ dolları kredit borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 15-0061177 nömrəli daxili lizinq müqaviləsi bağlanmış, "xxxx" MMC tərəfindən cavabdehə 1872 ABŞ dolları dəyərində LG markalı televizor illik 28% hesablanmaqla 30 aylıq müddətə lizinq olaraq verilmişdir. "xxxx" MMC ilə "xxxx" KB ASC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli, 15-0061177 nömrəli lizinq müqaviləsi üzrə tələb hüquqları "xxxx" KB ASC-yə keçmişdir. Tələb hüququnun satılması haqqında xx.xx.2021-ci il tarixli, 02/21 UB nömrəli müqaviləyə əsasən tələb hüququ "xxxx" KB ASC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün 1413,11 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizin verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 15- 0061177 nömrəli daxili lizinq müqaviləsi üzrə ödənilməmiş 1413,11 ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 15-0061177 nömrəli daxili lizinq müqaviləsi üzrə ödənilməmiş 1413,11(bir min dörd yüz on üç dollar 11 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar