Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-381/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35000 manat məbləğində pulun, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o cavabdehə Gəncə Rayonlararası Təchizat Bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evini almaq üçün 2014-cü il tarixdə ilkin olaraq 7000 manat pul vermişdir. Sonradan 04 may 2015-ci il tarixdə 28000 manat məbləğində pulu notarial qaydada borc müqaviləsi adıyla ona görə cavabdehə vermişdir ki, cavabdeh onu aldadaraq bildirmişdir ki, alqı-satqı yolu ilə müqavilə bağladıqlarında pulu ödəsə də, dövlət rüsumunu həddindən artıq çox ödəyəcək, lakin borc müqaviləsi bağlasalar, dövlət rüsumu çox cüzi məbləğdə olacaq və cavabdeh rüsumu ödəyəcək, yoxsa əks təqdirdə heç bir rüsumu ödəməyəcək, onun da maddi imkanı rüsumu ödəməyə çatmadığı üçün məcbur cavabdehlə razılaşıb borc müqaviləsi bağlamışlar və qarşılığında sözügedən yaşayış evini almışdır. Həmin evdə 8 ilə yaxın yaşamış və təmir işləri apararaq abadlaşdırmışdır. Bundan əlavə həmin evi girov olaraq "xxxx" QSC-də girov qoyaraq kredit də götürmüşdür. Cavabdeh həmin evi ona satarkən sənədində heç bir problem olmadığını bildirmişdi, halbuki, cavabdeh atasından qalan mənzili saxta yolla öz adına rəsmiləşdirərək onunla alqı-satqı müqaviləsi bağlamışdır. Bir müddət keçdikdən sonra cavabdehin anası X6 guya bu məsələdən xəbəri olmadığı üçün iddia qaldıraraq həmin mənzili ondan almaq üçün məhkəmədə tələb irəli sürmüşdür və məhkəmə qətnaməsi əsasında 35000 manat pul verib aldığı yaşayış evini onun əlindən almışlar. İddia tələbinə görə cavabdeh və anası bilərəkdən müştərək qaydada həmin evi iddiaçıya satıb 35000 manat pulunu alsalar da, qəsdən müddəti hesablayıb borc müqaviləsinin müddəti keçdikdən sonra məhkəmədə iddia qaldırmışlar və beləliklə cavabdeh və anası bilə-bilə iddiaçının pulunu mənimsəmişlər. İddiaçı qeyd edir ki, bu gedişatda onun borc müqaviləsinə dair iddia qaldırmamasının səbəbi həmin yaşayış evində yaşaması və evin ona məxsus olması olmuşdur. Hətta qeyd etdiyi kimi o bir mülkiyyətçi olaraq həmin evi banka girova belə qoymuşdur və sözügedən mənzil hazırda bankda girovdadır. Lakin cavabdeh və anası evi bankın girovluğundan çıxarmaq üçün iddia qaldırmışlar. Bu iddia tələblərinə dair məhkəmə prosesi davam edir. İddiaçı qeyd edir ki, cavabdehin anası Sima Əmiraslanova 8 il ərzində iddiaçının mərhum həyat yoldaşından qalan evdə yaşaması və çıxarışın iddiaçının adına olmasını mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə etdi ki, əvvəlcə cavabdehə avtomaşın satmışdı, lakin maşının pulunu verə bilmədiyi üçün cavabdeh əlavə 28000 manat verəcəyi təqdirdə evini ona sata biləcəyini bildirmiş, bundan sonra avtomaşının dəyərindən 7000 manat da hesablanmaq, cəmi 35000 manata sözügedən evi cavabdehdən satın almışdır. Hazırda həmin evdə yaşasa da cavabdehin anasının iddiası ilə məhkəmə qətnaməsi əsasında evə mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız sayılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238.1-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş kredit (borc) müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş 3M-1- 213 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 28000 manat məbləğində pulu aralarında olan razılaşmaya əsasən xx.xx.2016-cı il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş etibarnamənin surətindən görünür ki, etibarnamə ilə hərəkət edən iddiaçı tərəfindən cavabdehə Gəncə “ASAN xidmət” mərkəzi Notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 1229 reyestr nömrəli etibarnamə ilə (X7 mülkiyyətində olan) “Hyundai Elantra” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobili 8 il 4 ay müddətinə idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********30- 11301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2016-cı il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Gəncə rayonlararası təchizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 ünvanda 0,0161 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 111,8 kv.metr olan bağ evi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-658/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı, Gəncə şəhəri 1 saylı Notariat ofisinə və Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətə qaytarılması, eləcə də vərəsəliyin müəyyən edilməsi və vərəsə tanınma tələbinə dair iddiası qismən təmin edilərək Gəncə şəhəri 1 saylı Notariat Kontorunda cavabdeh İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli 2V-1-229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin ilkin hüquqi vəziyyətinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2207/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(044)-658/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Gəncə şəhəri 1 saylı Notariat Kontorunda cavabdeh İddiaçı verilmiş xx.xx.2016-cı il tarixli 2V-1-229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin ilkin hüquqi vəziyyəti qaytarılması” hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının «Savalan» bağçılıq massivi, sahə 3, 31 oktyabr 2005-ci il tarixli 22022 saylı qeydiyyat vəsiqəsinə əsasən X4 adına qeydə alınmışdır. Sonuncu 08 sentyabr 2012-ci il tarixdə vəfat etmiş və qeyd edilən daşınmaz əmlak ondan miras qalmışdır. Miras qoyanın ölümündən sonra onun birinci növbəli vərəsələri - arvadı X6, oğlu Cavabdeh (hazırkı iş üzrə cavabdeh), qızı X8 qalmışlar. Buna baxmayaraq, cavabdeh İddiaçı miras qoyanın bacısı oğlu qismində vərəsəsi kimi, Gəncə şəhər 1 saylı Notariat Ofisi tərəfindən mərhum X2 miras qalmış əmlaka “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən həmin şəhadətnamə əsasında adına həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ona görə də iddiaçı X6 hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Hazırkı işdən də göründüyü kimi, miras qoyan X4 üç nəfər birinci növbəli vərəsəsi var. Lakin, Gəncə şəhər 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı oğluna miras qoyan X4 bacısı oğlu qismində sonuncunun vərəsəsi kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh İddiaçı miras qoyanın vərəsəsi olması məsələsinə hüquqi qiymət verən məhkəmə qeyd etmişdir ki, cavabdeh İddiaçı mərhum X4 vərəsəsi ola bilməz. Belə ki, sorğu əsasında Gəncə şəhər 1 saylı Notariat Ofisindən alınmış notariat işinə baxış keçirilmiş, baxış nəticəsində və eləcə də tərəflərin məhkəmə iclasında verdikləri izahatları əsasında müəyyən edilmişdir ki, notariat işinə əlavə edilmiş sənədlərdə göstərilən məlumatlar həqiqətə uyğun məlumatlar deyil. Yəni cavabdeh İddiaçı mərhum X4 bacısı oğlu qismində “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də, əslində o, miras qoyanın bacısı oğlu deyil. Cavabdehin özü də izahatında bildirmişdir ki, onun anası X9 deyil, X10 olmuşdur. X5 isə ümumiyyətlə tanımır. Göründüyü kimi, mirasqoyanla cavabdeh İddiaçı arasında heç bir qohumluq münasibətləri mövcud deyil. Cavabdeh əsassız olaraq mərhum Rəhim Əmiraslanovun bacısı oğlu kimi nəzərə alınaraq ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməlidir, həmçinin mübahisəli əmlaka (miras qalmış əmlaka) dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın hüquq müəyyənedici sənədi, yəni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edildiyindən həmin çıxarış da etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mübahisə predmeti olan Gəncə şəhəri, Gəncə rayonlararasıtəhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3 nömrəli evin miras qoyanın oğlu Cavabdeh Yaqub oğlundan 28000 manat borc pulun əvəzinə ona verilmiş olması, cavabdehin evi əsaslı təmir etməsi barədə dəlillərinə də hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, həmin dəlillər cavabdehin miras əmlakla bağlı miras nın qanun üzrə vərəsəsi hesab edilərək, mirasdan pay almaq hüququnun olması kimi qəbul edilə bilməz. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından, iddiaçının izahatından görünür ki, iddiaçı cavabdehə Gəncə Rayonlararası Təchizat Bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evini almaq üçün 2014-cü il tarixdə ilkin olaraq 7000 manat, sonradan 04 may 2015-ci il tarixdə 28000 manat məbləğində pul vermiş, sonuncu məbləği notarial qaydada borc müqaviləsi adıyla rəsmiləşdirmişlər. Əmlak iddiaçıya təhvil verilmiş, iddiaçı həmin evdə 8 ilə yaxın yaşamışdır. Bundan sonra, 2022-ci il tarixdə hazırkı iş üzrə cavabdehin anası, X1 İlqar Məmməd oğluna, Gəncə şəhəri 1 saylı Notariat ofisinə və Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, sözügedən evə dair İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş dövlət reyestrindən çıxarış etibarsız hesab edilmiş, Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin ilkin hüquqi vəziyyətinə qaytarılması qət edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki hallarının həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün başa çatmış olur və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həll edilməsi üçün bunun əhəmiyyəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında da göstərilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.... Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi yanaşma ondan ibarətdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. İddiaçının dəlilləri əslində cavabdehlə aralarında bağlanmış müqavilənin formal olaraq kredit müqaviləsi kimi sənədləşdirildiyi olmuşdur. Başqa sözlə, iddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən heç bir məbləğdə pul vəsaiti cavabdehə borc verilməmişdir, əsl həqiqətdə tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Bu baxımdan həm iddianın dəlillərinə əsasən, həm də iddia əqdə əsaslandığı üçün məhkəmə xidməti vəzifəsinə görə tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanıbbağlanmadığını yoxlamalıdır. Məhkəmə qeyd edilən ümumi prinsipdən və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmadan çıxış edərək belə hesab edir ki, işin faktiki halları baxımından hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi deyil, 340 və 573-cü maddələri təşkil edir. Yəni, əslində tərəflər arasında borc münasibətləri yox, alqı-satqı müqaviləsi ilə bağlı münasibətlər mövcud olmuşdur. Belə ki, Mülki Məcəllənin 739-cu maddəsində (borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür) borc müqaviləsinin dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Burada, əsas dispozitiv şərt verilən borc predmetinin sonradan eyni ilə (eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində) qaytarılmasından ibarətdir. Borc predmetinin eyni ilə qaytarılması, eyni zamanda borc alanın borc predmetini qaytarmaq niyyəti ilə əhatə olunmalıdır. Həm də, borcun qaytarılması niyyəti müqavilə bağlanmazdan öncə bəlli olmalı və borc alan borcun qaytarılması öhdəliyini əvvəlcədən üzərinə götürməlidir. Lakin hazırkı mübahisənin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında, ümumiyyətlə borc münasibətləri yaranmamış, iddiaçı cavabdehə verdiyi pul vəsaitini sonradan qaytarmaq məqsədilə verməmiş, cavabdeh pul vəsaitlərini sonradan qaytarmaq niyyəti ilə almamış və iddiaçıya da bu niyyət əvvəlcədən bəlli olmuşdur. Çünki həm iddia ərizəsinin məzmunundan bəlli olduğu kimi, həm də iddiaçının məhkəmə baxışı zamanı izahatından, eləcə də işin digər materiallarından da aydın olur ki, o, cavabdehdən sözügedən evi satın almaq məqsədi ilə sonuncuya, ümumilikdə 35000 manat (kredit müqaviləsi əsasında 28000 manat, avtomaşının əvəzləşdirilməsi üzrə 7000 manat) məbləğində pul vermişdir. Şərh edilənlərdən də göründüyü kimi, tərəflər arasında borc müqaviləsi deyil, alqısatqı müqaviləsi bağlanmışdır, xx.xx.2015-ci il tarixdə bağlanmış həmin kredit müqaviləsi əslində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanmışdır. Bu halda, məhkəmənin qənaətinə görə iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi tərəflər arasında mövcud olmuş iradə ifadəsinə görə həqiqi “kredit” müqaviləsi olmamış, bu müqavilələr tərəflər arasında borc münasibətlərinin yaranması və davam etdirilməsinə dair hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, alqısatqı müqaviləsini pərdələmək məqsədi ilə bağlanmışdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsində isə deyilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir... Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. «X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. «N.Hacıyevanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Şərh edilən xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi əslində, tərəflər arasında yaranmış alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlandığından əhəmiyyətsiz əqddir və nəticədə etibarsızdır. Bu halda, iddiaçının həmin kredit (borc) müqaviləsinə əsasən cavabdehdən pul tələb etməsi də özlüyündə əsassızdır. Lakin məhkəmə tərəflər arasında yaranmış münasibətləri və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Mülki Məcəllənin 573-cü maddəsi hazırkı mübahisəyə tətbiq edilməklə iddia təmin edilməlidir. Bu müddəanın iddia tələbinin qanuni əsasını təşkil etməsi isə Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsinin tələbindən irəli gəlir, çünki yuxarıda tərəflər arasında bağlanmış kredit müqavilələrinin yalan əqd olması barədə ətraflı şərh edilmişdir. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsində deyilir ki, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Mülki Məcəllənin 573-cü maddəsinə əsasən alqı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərin xarakterini, hazırki halda tərəflər arasında bağlanmış həmin kredit müqaviləsinin daşınmaz əşyaların alqı-satqısına dair müqavilənin bağlanmasına uyğun olaraq, notariat qaydasında təsdiq olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh (satıcı) əşyanı iddiaçının (alıcı) mülkiyyətinə vermiş, iddiaçı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) cavabdehə ödəmişdir. Lakin alqı-satqı müqaviləsi icra edilənədək sözügedən əmlaka əşya hüququ olmuş üçüncü şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında əmlak iddiaçıdan (alıcıdan) geri alınmışdır və hazırda qeyd edilən ev iddiaçının mülkiyyətində deyil. Bununla, o cümlədən aldığı pulu geri qaytarmamaqla cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçının həmin əşyaya üçüncü şəxslərin hüquqlarının olduğunu bildiyi iş materiallarından görünmür. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 573-cü maddəsinə əsasən iddiaçı cavabdehdən ona dəymiş zərərin əvəzini ödəməyi tələb etməkdə haqlıdır. Maddi zərərin əsaslarını müəyyən edən Mülki Məcəllənin 21-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.1 və 21.2-ci maddələr). Qeyd edilməlidir ki, cavabdehin iddiaçıdan 28000 manat pul alması yuxarıda adı çəkilən xx.xx.2015-ci il tarixli müqavilə ilə təsdiq edilir. Digər hissədə, yəni 7000 manat pulun avtomaşının əvəzində cavabdehdə qalması qənaətinə gələrkən isə məhkəmə iddiaçının izahatının tədqiqi ilə kifayətlənərək onun bu dəlilini nəzərə alır. Belə ki, MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar ona cavabdeh tərəfindən 35000 manat məbləğində zərər vurulduğunu təsdiq edir, cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəməyə gəlməmiş, iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 35000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 195 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 35000 (otuz beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 195 (bir yüz doxsan beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, Gəncə Şəhər Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-381/2024
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-381/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver