Məhkəmə qərarları › İş №2(125)-3818/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3818/2023

31.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3818/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1057/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə el adəti ilə toyları olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsi xx.xx.2016-cı ildən xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 üçün 80 manat məbləğində cavabdehin gəlir və qazancından aliment tutulması barədə qətnamə qət etmişdir. Sonra 2017-ci ildə uşaqlarının saxlanılması üçün alimentin artırılması ilə bağlı Gəncə şəhər Nizami Rayon Məhkəməsində iddia qaldırmış və 136 manat məbləğində cavabdehin gəlir və qazancından alimentin tutulması barədə məhkəmə qətnamə çıxarmışdır. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, lakin Apelyasiya məhkəməsi də uşağın mənafeyini və hüquqlarını nəzərə alaraq qətnaməni dəyişdirmədən saxlamışdır. Bundan sonra 2018-ci ildə alimentin miqdarının artırılması ilə bağlı iddia qaldırmış və Gəncə şəhər Nizami Rayon Məhkəməsi cavabdehin gəlir və qazancından uşağın yetkinlik yaşına çatanadək 150 manat məbləğində cavabdehdən aliment tutulması barədə qətnamə qət etmişdir. 2021-ci ildə övladının saxlanılması üçün aliment məbləğinin artırılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx.xx.2021 ci il tarixli 2(044)-1057-2021 saylı qətnamə ilə müəyyən edilmiş 150 manat artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qətnamələrin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh öz övladı ilə maraqlanmır. Cavabdehin ödədiyi məbləğ çox azdır. Artıq 2 ildir ki, alimentin artırılmasına dair iddia qaldırmır. Düşünmüşdür ki, cavabdeh özü insafa gələr alimenti artırar. Lakin belə olmadığı üçün, məcbur olub məhkəmədə alimentin artırılmasına dair iddia qaldırmışdır. Çünki oğlu böyüyüb 12 yaşındadır, artıq 6-ci sinif şagirdidir, təbii ki, xərcləri də, böyümüşdür. Oğlunu ödənişli akademiya kurslarına yazdırmışdır. Ödənişi 180 manatdır. Əlavə idmana gedir. Ödənişi 30 manatdır. Xarici dil üzrə repititorun yanına gedir. Bunlar hamısı uşağın cəmiyyət üçün yararlı şəxsiyyət kimi yetişməsi üçün lazımdır. Cavabdeh bir dəfə də olsun uşaqla bağlı əlavə xərclərdə iştirak etməmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Bakı-Gəncə reysi üzrə öz xüsusi avtonəqliyyatı ilə sərnişin daşıyır və qazancı çox yaxşıdır. Hazırda yaz mövsümüdür, uşaq meyvə-tərəvəz və meyvə şirələri içməli, yaxşı qidalanmalıdır kı, uşağın immuniteti yaxşı olsun. Bu səbəbdən də, almentin miqdarının artırılması tələbinə dair iddia qaldırmalı olmuşdur. Odur ki, Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş 160 manatın artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilərək cavabdehin gəlir və qazancından aliment tutulması və mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ilə 2011-ci ildə el adəti ilə toyları olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(044)-1057/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Maddi imkanı yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X3 arasında nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşdə olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1057/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-1057/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə el adəti ilə toyları olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1057/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-1057/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi və həmin məbləğdə alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-1057/2021 saylı qətnaməsi ilə təyin edilmiş cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-1057/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1057/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar