Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3819/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə qarşı “pulun indeksləşdirilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 sentyabr 1996-cı ildə 438000 manatın, 15 aprel 1997-ci il tarixdə ödənilmiş 876000 manat, cəmi ******* manat pulun tam yarısının, yəni 657000 manatın indiki məzənnəyə uyğun olaraq indeksləşdirilməsini və müəyyən edilmiş məbləğin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir, bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddia bir neçə cavabdehə qarşı irəli sürüldükdə, onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçı iddia ərizəsində Nümayəndə cavabdeh kimi göstərsə də, həmin cavabdehə qarşı hər hansı tələb yönəltməmiş, iddiasında ondan nəyi tələb etməsini və tələbinin əsaslarını qeyd etməmişdir. Bununla da onlar MPM-in 149.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, elektron məhkəmə sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumata əsasən, Cavabdeh Kəlbəcər rayonu, Bağırlı kəndində qeydiyyatdadır. Belə olan halda, iddia həmin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə - Kəlbəcər Rayon Məhkəməsinə verilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəllənin 149, 152, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh və Nümayəndə qarşı “pulun indeksləşdirilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3819/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3819/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver