Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3822/2024 02.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığına görə, ondan dəyəri 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 1(125)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə Cavabdeh üzərinə “Attenti” markalı sadə elektron qolbaq tətbiq edilmişdir. Bununla yanaşı ona bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron nəzarət vasitələrinə baxış keçirilmiş və mobil nəzarət qurğusunun qırılaraq arxa və ön hissəsinin bir-birindən ayrıldığı müəyyən edilmişdir. Bununla bağlı olaraq məhkumdan izahat alınmış və o, mobil nəzarət qurğusunu pəncərədən ataraq qırdığını etiraf etmişdir. Bununla bağlı olaraq Gəncə Şəhər Məhkəməsinin 7(125)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə tərəflərindən verilmiş təqdimat təmin edilərək barəsində olan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 03 ay 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mühəndisi tərəfindən məhkumdan təhvil alınmış mobil nəzarət qurğusuna texniki baxış keçirilmiş və nəticədə zərbə nəticəsində ana platanın qırıldığı, təmiri mümkün olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna görə “Attenti” markalı sadə elektron qolbağın dəyəri 1.930 AZN, ƏDV 347.40 AZN, cəmi 2277.40 AZN təşkil edir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qismən etiraf edərək bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə onun üzərinə “Attenti” markalı sadə elektron qolbaq tətbiq edilmişdir. Lakin, onun uşağı elektron nəzarət qurğusunu pəncərədən ataraq sındırmışdır. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə Şəhər Məhkəməsinin1(125)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 19 oktyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh ayağına sadə elektron qolbaq bağlanmış və 01 (bir) ədəd 35630374 nömrəli mobil qurğu təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir: sadə elektron qolbaq nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) - 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat. Azadlığın məhdudlaşdırıması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyyətinin yoxlanılması barədə 11 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə saat 12:11-də “Qolbaq açılıb” siqnalının daxil olması ilə bağlı olaraq elektron nəzarət vasitələrinə baxış keçirilmişdir. Sadə elektron qolbağın açılmadığı və işlək vəziyyətdə olduğu, lakin mobil nəzarət qurğusunun qırılaraq arxa hissəsi ilə ön hissəsinin bir-birindən ayrıldığı müəyyən olunmuşdur. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitələrinin təhvil alınması barədə xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)-116/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitələri - mobil nəzarət qurğusu, adapter və elektron qolbaq cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyi üçün məhkumdan təhvil alınmışdır. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyinin surətindən görünür ki, 35630374 seriya nömrəli “Attenti V6” Mobil qurğusuna xx.xx.2024-cü il tarixdə texniki baxış keçirilmişdir. Texniki baxış zamanı müəyyən olunmuşdur ki, zərbə nəticəsində cihzın ana platası qırılmışdır, təmiri mümkün deyildir, istifadəyə tam yararsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmuşdur. Lakin, Cavabdeh elektron nəzarət vasitələrini sındırmış və bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,4 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat dəyərində ziyan vurmuşdur. Cavabdeh məhkəmə iclasında onun üzərinə quraşdırılmış elektron nəzarət vasitələrini sındırıldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2017-ci il tarixli 26-N nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti haqqında Əsasnamənin 5.2-ci müddəasının mətn və məzmununa görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin strukturuna Elektron monitorinq şöbəsi daxildir. Xidmət bu struktur qurum vasitəsilə elektron nəzarət sisteminin təşkilini və idarə olunmasını həyata keçirir, həmçinin elektron nəzarət vasitələri tətbiq olunan məhkumlar tərəfindən onların üzərinə qoyulan vəzifələrə riayət edilməsinin monitorinqini həyata keçirir, bu vəzifələrin pozulması halları aşkar edildikdə müvafiq tədbirlər görür. Yəni, iddiaçı hazırki iddianı qaldırmaq üçün ixtiyarlı şəxsdir. Məhkəmə, həmçinin iddia tələbinin qanuni əsası ilə bağlı da maddi hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi Cavabdeh elektron nəzarət vasitələrini sındırmaqla mülki hüquq pozuntusu (delikt) törətmiş və bununla da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,4 manat dəyərində maddi ziyan vurmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 2277,4 manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət orqanı olmaqla dövlət rüsumu ödəməkdən azad olunduğundan, eləcə də iddia tələbinin tam təmin olunması da nəzərə alınaraq Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2277,4 (iki min iki yüz yetmiş yeddi) manat 40 qəpik məbləğində pul alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 42,77 (qırx iki) manat 77 qəpik məbləğində dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3822/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3822/2024
02.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver