Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3825/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3264.16 manat əsas borc, 0 manat cərimə borcu, 0 manat komissiyon haqqı borcu olmaqla, cəmi 3264.16 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 52.65 manat məbləğində vəsaitin tutularaq “X8” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 367nkKPZ/14 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 29 % ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh ilə aralarında bağlanmış zaminlik müqaviləsinin 1.1 maddəsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə müştəri ilə birgə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdeh zamin müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. X1 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vərəsəlik işlərinin açılması barədə portalda qeyd edilən iş üzrə vərəsəlik işinin açılıb-açılmaması yoxlanılmış və vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Lakin cavabdeh zamin kimi kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 3264.16 manat əsas borc, 0 manat cərimə borcu, 0 manat komissiyon haqqı borcu olmaqla, cəmi 3264.16 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi X6 məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, borclu X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən bu günədək bank pulun tələb olunması barədə heç bir tələb irəli sürməmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti 2023-cü il tarixdə borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi bank məhkəməyə zaminlik müqaviləsinin müddətinin bitdiyi tarixdən 5 il sonra müraciət etmişdir. Bu səbəbdən zaminlik müqaviləsinə xitam verilməlidir. Odur ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixində zaminlik müqaviləsinə xitam verilməsinə və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə X4 (borcalan) arasında 367nkKPZ/14 saylı Kredit və Bank hesabı müqaviləsi bağlanmış, bank tərəfindən cavabdeh X3 48 ay müddətinə illik 29 % ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. Həmçinin xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi X8 ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və borclu X2 xx.xx.2014-cü il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 367nkKPZ/14 saylı kredit müqaviləsi üzrə 3264.16 manat əsas borc, 0 manat cərimə borcu, 0 manat komissiyon haqqı borcu olmaqla, cəmi 3264.16 manat borcu mövcuddur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə X4 (borcalan) arasında 367nkKPZ/14 saylı Kredit və Bank hesabı müqaviləsi bağlanmış, bank tərəfindən cavabdeh X3 48 ay müddətinə illik 29 % ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. Hazırki iş üzrə Cavabdeh ilə iddiaçı Bank arasında zaminlik müqaviləsi bağlamış və cavabdeh zamin kimi qeyd olunan kredit müqaviləsi üzrə borclu ilə birlikdə Bank qarşısında borcun ödənilməsi üçün birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borcalan xx.xx.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydada istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Göründüyü kimi qanunvericiliyin sadalanan müddəaları iddia müddətinin axımını müəyyən edərkən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmişdir. Bundan başqa iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası MM-nin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı təşkilat, yalnız, xx.xx.2023-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, halbuki, Azərbaycan Respublikası MM-nin 377.2-ci maddəsi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddətinin bitməsi anından başlandığını təsbit etmiş, qeyd olunan kredit müqaviləsi tərəflər arasında xx.xx.2014-cü ildə 48 ay müddətinə bağlanmış və tərəflər həmin müddət ərzində, yəni xx.xx.2018-ci il tarixədək kredit müqaviləsində göstərilən öhdəlikləri icra etməli olmuşlar. Eyni zamanda Azərbaycan Respublikası MM-nin 373-cü maddəsi həmin növ müqavilələrdən irəli gələn mübahisələr üzrə iddia müddətini 3 il müəyyənləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin də ərizəsində göstərildiyi kimi hazırki mübahisə üzrə həqiqətən də iddia müddəti üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi də xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı deyildir. Həmin müddət özündə kəsici müddəti ehtiva edir. Göründüyü kimi iddiaçı zaminə qarşı qanunla müəyyən edilmiş müddətdə iddia irəli sürməmişdir ki, bu da, zaminə qarşı mübahisə açmaq hüququnun itirilməsini ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia, zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün və bu baxımdan əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3825/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3825/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver