Məhkəmə qərarları › İş №2(125)-385/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-385/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-385/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanına hesablanmış 401,18 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanındakı xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 2013-cü il tarixdən bu günə qədər həmin mənzildə yaşayış olmamışdır və həmin mənzildən istifadə edilməmişdir. Təsadüfi deyildir ki, həmin illər ərzində həmin mənzilə nə elektrik enerjisi, nə də təbii qazdan istifadə ilə əlaqədar ödəniş edilməmişdir. Çünki bu illər ərzində işıqdan, qazdan istifadə edilməmişdir. Bu, həmçinin sudan istifadəyə də aiddir. Lakin cavabdeh təşkilat tərəfindən həmin mənzilə 401,18 manat borc yazılmışdır. Sonradan 2017-ci ildən borcun yazılması heç bir müraciət edilmədən dayandırılmışdır. Bu isə təsdiq edir ki, cavabdeh təşkilat həmin mənzildə heç kəsin yaşamadığı və mənzildə sudan istifadə etmədiyini bildiyindən mənzilə su və çirkab pulu yazılmasını dayandırmışdır. Hazırda cavabdeh ondan 401,18 manat istifadə etmədiyi su və çirkab puluna görə pul tələb edir, və cavabdehin ona qarşı bu tələblə çıxış etməsi onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus Zeynal Xəlil küçəsi ev 23 ünvanında yerləşən məzildə yaşayış olmadığı üçün 2017-ci ilin avqust ayında "xxxx" TSCyə şifahi məlumat verərək su təchizatının dayandırılması barədə xahiş etmişdir. Həmən tarixdən etibarən İddiaçı məxsus ünvana su təchizatı dayandırılmış və heç bir hesabat verilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş hesab fakturadan görünür ki, Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanında su təchizatı və kanalizasiya xidmətinə görə abonent İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixə 401.18 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanında xx.xx.2009-cu il tarixdən X3, X4 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş X10 İstismarı İdarəsindən verilmiş xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanı İddiaçı adına olmaqla, X10 İstismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu **********00230) bazasında abonent kimi qeydiyyatdadır və qeyd olunan təbii qazdan istifadə olunmur. İş materiallarına əlavə edilmiş, Azərişıq ASC-dən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanında 2013-cü ilin yanvar ayından 2022-ci ilin dekabr ayınadək 120 ay ərzində cəmi 7 ayda müxtəlif tarixlərdə elektrik enerjisindən istifadəyə görə 1-3 manat dəyərindən sərfiyyət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Tofiq onun məhəllədən qonşusudur. Şahid doğulandan indiyədək ünvan 4 ünvanı həmin küçədə ev 21 olmalıdı, dəqiq xatırlamır. Tofiqə məxsus evdə heç kəs yaşamır. Təqdim edilən fotoşəkillərdəki evə Tofiqə məxsus olan həmin evdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Tofiq onun məhəllədən qonşusudur. Şahid ünvan 5 ünvanda yaşyır. Tofiqə məxsus evin nömrəsi 21 olmalı idi. Həmin üvdə uzun müddətdir heç kəs yaşamır. Təqdim edilən fotoşəkillərdəki evə Tofiqə məxsus olan həmin evdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci hissəsinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci hissəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.1, 7.2, 7.3, 7.4-cü bəndlərinə əsasən Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanında yerləşən evin su sayğacı mövcud olmamaqla, həmin ünvanda 2013-cü il tarixdən 2023-cü il tarixədək yaşayış olmamışdır. İş materiallarına abonentin illər və aylar üzrə borclarının ətraflı əksini tapdığı abonent kartları əlavə edilmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, abonentin 2013-cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 31,40 manat borcu olmuş, 2014-cü il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 46,40 manat borcu olmuş, 2015-ci il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 86,40 manat borcu olmuş, 2016-cı il üzrə içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 321,53 manat borcu olmuş, 2017-ci ilin üzrə oktyabr ayınadək içməli su və çirkab suyun axıdılması üçün ilin sonuna 79,65 manat borcu hesablanmaşdır. 2011-2017-ci illər üzrə hesablanmış ümumi borc 401,18 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanında 2013-cü ildən 2017-cı il də daxil olmaqla həmin vaxta qədər yaşayış olmuşdur. Həmin vaxta qədər "xxxx" Törəmə Səhmdar Cəmiyyəti tərəfindən borc “Sudan istifadə qaydaları”na uyğun olaraq düzgün hesablanmaşdır. Lakin 2013-ci il tarixdən 2017-ci ilin oktyabr ayındadək Gəncə şəhəri, Zeynal Xəlil küçəsi, ev 23 ünvanında yaşayış olmamasına baxmayaraq, həmin illər üzrə də iddiaçıya borc hesablanmışdır. Məhkəmə həmçinin nəzərə alır ki, iş materiallarına əlavə edilmiş mübahisəli ünvana dair fotoşəkillərdən 23 nömrəli evin yaşayış üçün yararsız olması müəyyən edilmişdir. Bununla yanaşı, şahidlərin ifadə verərkən mübahisəli ünvanın nömrəsini səhv desə də, təqdim edilən fotoşəkillərin iddiaşçıya məxsus ünvan olduğunu təsdiqləmişlər. Göstərilən qaydada hesablama aparılarkən müəyyən edilir ki, 2013-2017-ci illər üçün eyni qaydada 4 nəfər üçün 20 kubmetr suya görə hesablama aparılmış və ümumilikdə 401,18 manat borc hesablanmışdır. İddiaçı qeyd olunan ünvanda yaşayış olmamasına baxmayaraq su təchizatını həyata keçirən müəssisəyə bu barədə məlumat verməmişdir. Lakin bu illər üzrə sözügedən ünvanda yaşayış olmadığı müəyyən edildiyindən məhkəmə qeyd edir ki, hər bir halda su borcunun hesablanmasının məqsədi istifadə edilən suyun dəyərinin ödənilməsi olduğundan həmin dövr üçün iddiaçıdan ödənişin tələb edilməsi düzgün deyildir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya cavabdeh tərəfindən hesablanmış 401,18 manat ümumi borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" X9 Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə su təchizatı və çirkab suyun axıdılması xidmətinə görə İddiaçı hesablanmış 401 (dörd yüz bir) manat 18 (on səkkiz) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar