Məhkəmə qərarları › İş №2(125)-3890/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3890/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3890/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 2221/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh əmək haqqının 1/3 hissəsində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək izahatında göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2221/2021 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. Artıq oğlu böyümüşdür, övladı böyüdükcə onun maddi tələbatları, məktəb xərcləri, xəstələnəndə müalicə pulları və digər xərclərə kifayət qədər vəsait tələb olunur.130 manat isə bu ehtiyacları ödəməyə bəs etmir. O, özü də, xəstədir. Ürəyindən infarkt keçirtmişdir. Ona görə də, heç bir yerdə işləmir. Övladının ehtiyaclarının ödənilməsi üçün alimentin miqdarının artırılmasını istəyir. Cavabdeh hərbiçidir, hazırda Şuşa şəhərində xidmətdədir və aylıq əmək haqqısı 850 manat təşkil edir. Odur ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X1, anası İddiaçıdır. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 2221/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayəti, Novorossiysk şəhərində İddiaçı doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə Göygöl şəhərində İddiaçı doğulmuş X3 atası olması müəyyən edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü İl təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa sabit pul məbləği ilə 130 manat olmaqla, ümumilikdə 260 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-2221/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası, Krasnodar vilayəti, Novorossiysk şəhərində İddiaçı doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə Göygöl şəhərində İddiaçı doğulmuş X3 atası olmasının müəyyən edilməsi, xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü İl təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa sabit pul məbləği ilə 130 manat olmaqla, ümumilikdə 260 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı həmin məbləğin uşağın saxlanması üçün yetərli olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair tələbi təmin edilməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapdığını nəzərə alır və hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsainə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)- 2221/2021 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği dəyişdirilərək xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar