Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-395/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 manat pulun və 77 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan bir müddətinə 5000 manat borc pul istəmişdir. O, ona pul verməyə razılaşmışdı. Şərtləri isə belə oldu ki, cavabdeh ondan aldığı borcu əmək haqqı kartını bir il müddətinə ona verməklə ödəyəcəkdi. Bu barədə cavabdeh öz xətti ilə xx.xx.2023-cü il tarixdə qəbz də yazıb vermişdir və həmin qəbzi iki nəfər şahid imzalamışdı. Eləcə də Gəncə şəhər 5 saylı notariat ofisində də ona məxsus bank kartı üzərində hər cür sərəncam verməyi, o cümlədən hesabdan pul çıxartmağı etibar etməsinə dair onun adına etibarnamə vermişdir. O, cavabdehin bank kartından cəmi bir dəfə 300 manat pul çıxartmışdır. Sonra cavabdeh kartını bağlayaraq onun pul çıxarmağını qeyri-mümkün etmişdir. Cavabeh indiyədək aldığı borcdan 300 manatını qaytarmış, lakin 4700 manatı vermir. Hazırda isə borcunu ödəmir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, tələbin əsaslandığı qəbzi məzmunu ilə tanış olaraq imzaladığını, lakin iddiaçıdan 1000 manat borc aldığını, köməksiz vəziyyətdə olduğu üçün həmin qəbzi imzaladığını, pulu ödəmək üçün əmək haqqı kartını iddiaçıya verdiyini və beləliklə, borcunu tam ödədiyini bildirdi. Cavabdeh iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə ona məxsus olan 5103 0714 7363 4802 nömrəli “Kapital bank” kartını 1 il müddətinə İddiaçı həvalə etmişdir, 5000 manat borcu bitənə qədər aylıq maaşından 500 manat hər ay kartından çıxarmasına razılıq vermişdir. Doğruluğunu öz imzasıyla təsdiq etmişdir. Gələcəkdə bunula bağlı hər hansı iddiası və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı iş üzrə iddiaçı cavabdehə verilmiş 5000 manat borcdan ödənilməmiş 4700 manat pulun tutulmasını xahiş etmiş və tələbini cavabdeh tərəfindən imzalanmış qəbzlə əsaslandırmışdır. Cavabdeh sözügedən qəbzi məzmunuyla tanış olaraq imzaladığını və iddiaçıdan 1000 manat borc aldığını, habelə əmək haqqının köçürüldüyü bank kartını təqdim edərək iddiaçıya borcunu tam ödədiyini bildirdi. İddiaçının tələbi sübut qismində təqdim olunmuş qəbzlə təsdiq olunsa da, cavabdeh daha az məbləğdə borc aldığını, iddiaçıya olan borcunu tam və ya qismən ödəməsini təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən, iddia təmin edilərək, cavabdeh 4700 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 67 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddia ərizəsi verilərkən ödənilməli olan məbləğdən artıq ödənilmiş 10 manat pulun cavabdehdən tutulması əsassız varlanmaya səbəb olacağından belə tutulmaya yol verilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-395/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-395/2025
21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver