Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-396/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı Unibank KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Unibank KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Unibank KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı Unibank KB ASC-nin xeyrinə 5637.08 manat məbləğində kredit bоrcu, 2904.85 manat məbləğində faiz bоrcu və 0 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8541.93 manat məbləğində bоrcun, 0.40 manat xidmət haqqının və ödənilmiş 105.42 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Unibank KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsi üzrə 150000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 15000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə aralarında bağlanmış saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tamamilə icra edəcəklərini öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə iddiaçı Unibank KB ASC-yə 5637.08 manat məbləğində kredit bоrcu, 2904.85 manat məbləğində faiz bоrcu və 0 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8541.93 manat məbləğində bоrcu yaranmışdır. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı Unibank KB ASC-nin xeyrinə 5637.08 manat məbləğində kredit bоrcu, 2904.85 manat məbləğində faiz bоrcu və 0 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8541.93 manat məbləğində bоrcun, 0.40 manat xidmət haqqının və ödənilmiş 105.42 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Unibank KB ASC-nin nümayəndəsi X2 iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, hazırda cavabdehlərin banka 5637.08 manat borcu vardır. Cavabdeh1 döyüşlərdə iştirak etməyini nəzərə alaraq bank tərəfindən faizlər silinmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1 iddia qismən qəbul edərək izahatında göstərmişdir ki, Unibank KB ASC ilə cavabdeh onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli əsas kredit müqaviləsi üzrə 150000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 15000 AZN məbləğində kredit verilmişdir. Həmin krediti vaxtlı-vaxtında ödəmişdir. Lakin sonradan vətən müharibəsində iştirak etdiyindən və döyüşlərdə yaralandığından ödəniş edə bilməmişdir. Odur ki, iddia tələbini əsas borc hissəsində qəbul etdiyindən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 533micGNDJ/19-FM saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Vəliyev X5 KB ASC-dən 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə, illik 24% ödəmək şərtilə 15000 AZN məbləğində kredit verilmişdir. İşdə olan olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 794 manat olmaqla 19033.18 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bankla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 533micGNDJ/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2019-cu il tarixli 533micGNDJ/19-FM saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə görə borclu Bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün Zamin və Borclu eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. İşdə olan 06 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 5637.08 manat əsas, 0 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 5637.08 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2531 saylı rəyindən görünür ki, iş materiallarında olah hesabdan çıxarış məlumatlarından və xx.xx.2019-cu il tarixli 533micGNDJ/19-FM saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2022-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) "xxxx" ASC-yə olan borcu 5635.49 manat əsas və 1160.91 manat faiz borcu, 363.18 manat faiz borcu(5 faizlə) təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ vardır. İddia tələbində cavabdehlərdən Unibank KB ASC-nin xeyrinə 5637.08 manat məbləğində kredit bоrcu, 2904.85 manat məbləğində faiz bоrcu və 0 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 8541.93 manat məbləğində bоrcun, 0.40 manat xidmət haqqının və ödənilmiş 105.42 manat məbləğində dövlət rüsumunun tutulması xahiş edilsə də, məhkəmə təqdim edilmiş 06 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 5637.08 manat əsas, 0 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 5637.08 manat borcu qalmışdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 5637.08 manat əsas, 0 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 5637.08 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 69,6 manatı, 0.40 manat xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, iş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5637.08 manat əsas, 0 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 5637.08 manat məbləğində borc tutularaq iddiaçı X4 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 69,6 manatı və 0.40 manat xidmət haqqı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı X4 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə məhkəmə xərci olan 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-396/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-396/2023
06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver