Məhkəmə qərarları › İş №2(125)-3966/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3966/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3966/2023 23.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 iddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 11.000 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) S.T.Əsgərov məhkəmə iclasında iddianı müdafiə edərək, göstərdi ki, Cavabdeh1, qardaşı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əvvəllər Ə.Mehmandarov küçəsində, hal-hazırda isə M.C.Paşayev küçəsində yerləşən, qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilinin X5 məxsus olmasını bildirərək, həmin evin Qalib Zeynalova məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan, guya mənzilin X9 tərəfindən Qalib Zeynalova satılmasına dair alqı-satqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22.000 manata satmaq adlı ilə yalan vədlər verərək, bu barədə İddiaçıla razılaşmışlar. xx.xx.2017-ci il tarixdə Qalib Zeynalov etibarından sui-istifadə etmə və aldatma yolu ilə İddiaçıla həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca İddiaçı əvvəlcə 5.000 manat pulunu almış, daha sonra həmin günü o, evi İddiaçı adına sənədləşdirmək adı ilə yalan vədlər verərək, Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və İddiaçı qohumu X2 vasitəsi ilə İddiaçı 800 ABŞ dolları ekvivalentində 1.403 manat 84 qəpik pulunu və 100 manat pulunu, ümumilikdə 1.503 manat 84 qəpik pulunu almış, bundan sonra isə xx.xx.2017-ci il tarixdə o, istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X9 tərəfindən İddiaçı 23500 (iyirmi üç min beş yüz) manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007-ci il tarixli saxta alqı-satqı müqaviləsini Şəlalə Rüstəmovaya verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə İddiaçı 17.000 manat, vahid niyyətlə İddiaçı ümumilikdə 23.503 manat 84 qəpik manat məbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. İddiaçı istintaq orqanına təqdim etdiyi şikayət əsasında Cavabdeh1 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdikləri üçün cinayət məsuliyyətinə cəlb olunaraq, barələrndə cinayət işi başlanmışdır. Daha sonra həmin cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəmənin icraatında olarkən təqsirləndirilən şəxs X8 vəfat etdiyi üçün onun oğlu Cavabdeh2 atası X3 hüquqi varisi təyin edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı dəymiş zərərin bir qismi qaytarılsa da, qalan 11.000 manat məbləğində zərər hazırki tarixədək cavabdehlər tərəfindən İddiaçı ödənilməmişdir. Sonda S.T.Əsgərov cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, o heç vaxt İddiaçı hər hansı məbləğdə pul vəsaiti almamışdır. İddiaçı və sonuncunun nümayəndəsi yalnış izahat verir və ona böhtan atır. Buna görə də iddia təmin edilə bilməz. Sonda Cavabdeh1 iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasısını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh1, qardaşı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əvvəllər Ə.Mehmandarov küçəsində, halhazırda isə M.C.Paşayev küçəsində yerləşən, qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilinin X5 məxsus olmasını bildirərək, həmin evin Qalib Zeynalova məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan, guya mənzilin X9 tərəfindən Qalib Zeynalova satılmasına dair alqı-satqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22.000 manata satmaq adlı ilə yalan vədlər verərək, bu barədə İddiaçıla razılaşmışlar. xx.xx.2017-ci il tarixdə Qalib Zeynalov etibarından sui-istifadə etmə və aldatma yolu ilə İddiaçıla həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca İddiaçı əvvəlcə 5.000 manat pulunu almış, daha sonra həmin günü o, evi İddiaçı adına sənədləşdirmək adı ilə yalan vədlər verərək, Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və İddiaçı qohumu X2 vasitəsi ilə İddiaçı 800 ABŞ dolları ekvivalentində 1.403 manat 84 qəpik pulunu və 100 manat pulunu, ümumilikdə 1.503 manat 84 qəpik pulunu almış, bundan sonra isə xx.xx.2017-ci il tarixdə o, istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X9 tərəfindən İddiaçı 23.500 manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007-ci il tarixli saxta alqı-satqı müqaviləsini Şəlalə Rüstəmovaya verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə İddiaçı 17.000 manat, vahid niyyətlə İddiaçı ümumilikdə 23.503 manat 84 qəpik manat məbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bu əməlinə görə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli hökmü ilə Zeynalov X6 Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1 maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.1-ci maddəsinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 500.1-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onar birgə borclulardır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəslər miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. «Azərbaycan Respublikası Mülki Məcələsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəslər miras açıldığı gündən onlara çatası miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, vərəsəlik şəhadətnaməni olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1, qardaşı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əvvəllər Ə.Mehmandarov küçəsində, hal-hazırda isə M.C.Paşayev küçəsində yerləşən, qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilinin X5 məxsus olmasını bildirərək, həmin evin Qalib Zeynalova məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan, guya mənzilin X9 tərəfindən Qalib Zeynalova satılmasına dair alqı-satqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22.000 manata satmaq adlı ilə yalan vədlər verərək, bu barədə İddiaçıla razılaşmışlar. xx.xx.2017-ci il tarixdə Qalib Zeynalov etibarından suiistifadə etmə və aldatma yolu ilə İddiaçıla həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca İddiaçı əvvəlcə 5.000 manat pulunu almış, daha sonra həmin günü o, evi İddiaçı adına sənədləşdirmək adı ilə yalan vədlər verərək, Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və İddiaçı qohumu X2 vasitəsi ilə İddiaçı 800 ABŞ dolları ekvivalentində 1.403 manat 84 qəpik pulunu və 100 manat pulunu, ümumilikdə 1.503 manat 84 qəpik pulunu almış, bundan sonra isə xx.xx.2017-ci il tarixdə o, istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X9 tərəfindən İddiaçı 23.500 manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007-ci il tarixli saxta alqı-satqı müqaviləsini Şəlalə Rüstəmovaya verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə İddiaçı 17.000 manat, vahid niyyətlə İddiaçı ümumilikdə 23.503 manat 84 qəpik manat məbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Qeyd olunan xüsusat Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli hökmü ilə öz təsdiqini tapdığına görə iddiaçı qeyd olunan xüsusatları sübut etmək vəzifəsindən azaddır və həmin halların yenidən sübut edilməsinə zərurət yoxdur. Bunun əksinə həmin zərərin ödənildiyini sübuta yetirmək Cavabdeh1 vəzifəsi olsa da, Cavabdeh1 qeyd olunan zərərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(044)-7/2022 nömrəli hökmü ilə təqsirliliyi müəyyən edilmiş X3 vərəsəsi qismində digər Cavabdeh2 pul vəsaitinin tutulmasını xahiş etsə də, Cavabdeh2 Q.İ.Zeynalovdan miras qalmış əmlakı nə formal, nə də faktiki qəbul etməsinə, nə də ki «Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilən qaydada onun özünün məhkəmədə kreditor qismində Cavabdeh2 Q.İ.Zeynalovdan miras qalmış əmlakı qəbul etməsinin təsdiqi barədə iddia qaldırmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan səbəbdən Cavabdeh2 Q.İ.Zeynalovdan hər hansı miras əmlakı qəbul etməsini, yaxud qəbul edilmiş miras payın həcmini müəyyən etmək mümkün deyildir. Buna görə də İddiaçı iddiasının Cavabdeh2 qarşı pul tələbinə dair hissədə təmin edilməsi qanuna uyğun deyildir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını, habelə sübutetmə institunun əsas prinsiplərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, X4 11.000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməli, iddia Cavabdeh2 qarşı pul tələbinə dair hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 160 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı Nur oğlunun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 11.000 (on bir min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 160 (bir yüz altmış) manat, cəmi 11.160 (on bir min bir yüz altmış) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar