Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-397/2025 31.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 139,5 kvadratmetr fərdi yaşayış evinin A literində olan 5/12 hissəsindən istifadə etməsinə dair maneənin aradan qaldırılmasına, həmin əmlaka maneəsiz, sərbəst giriş və çıxışına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ərazisində 139.5 kvadratmetr fərdi yaşayış evinin “A” literinin 5/12 hissəsi ona məxsusdur. Həmin fərdi yaşayış evini vərəsəlik və bağışlanma əsasında əldə etmişdir. Mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra əmlakdan istifadə etmək istəsə belə, buna Cavabdeh5, Cavabdeh3 İsax oğlu, Cavabdeh4, X5, Cavabdeh2 tərəfindən maneə yaradılmışdır. Həmin əmlak özbaşına başqa vətəndaşlara icarəyə verilmiş, əmlakda qanunsuz olaraq, onun razılığı olmadan dəyişikliklər edilmiş və həmin fərdi yaşayış evinin A literində olan yaşayış və zirzəmi hissəsindən istifadəsinə müxtəlif bəhanələrlə maneələr törədilmişdir. Bununla bağlı o, cavabdehlərə dəfələrlə müraciət etmişdir ki, imkan versinlər əmlakından istifadə etsin. Lakin cavabdehlər onun sözlərinə məhəl qoymayaraq buna maneçilik törədirlər. Dəfələrlə işləri polisdə və prokurorluq orqanlarında olmuşdur. Hər dəfə müraciətinin mülki xarakterli olduğunu bildirərək məhkəməyə müraciət etməsi tövsiyə olunur. Ona görə də əlacsız qalaraq mübahisənin həllini məhkəmədə axtarmaq qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ünvan 2r olan fərdi yaşayış evinin tikili “A”-nın 5/12 hissəsi İddiaçı məxsus olsa da, cavabdehlər tərəfindən yaradılan maneələrə görə iddiaçı öz əmlakından istifadə edə bilmir. Belə ki, mübahisəli ünvanda iddiaçı uşaq vaxtı yaşamış, daha sonra çıxıb getmişlər. Həmin əmlak tərəflərə babalarından qalmışdır. Hal-hazırda həmin ünvanda heç kim yaşamır və cavabdehlər mübahisəli ünvanı icarəyə verərək, ticarət obyekti kimi istifadə edirlər. 2020-ci ildə həmin ünvana gedərək, cavabdehlərə öz paylarını təklif etsələr də, cavabdehlər həmin məbləğin kifayət qədər yüksək olduğunu bildirərək razılaşmamışlar. Hal-hazırda isə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindən məhrum qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı mübahisəli ünvanda heç vaxt yaşamamışdır. Eyni zamanda İddiaçı onlara qarşı fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin 2(125)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən cavabdehlərdən mərhum X2 hüquq varisi (vərəsəsi) müəyyən edilənədək dayandırılmışdır. Ona görə də həmin iş yekunlaşmadan bu işə baxılmasını düzgün hesab etmir. Hansı ki, iddiaçının payı müəyyən olunsa da, faktiki olaraq ayrılmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyərək və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışdan görünür ki, ünvan 2r olan fərdi yaşayış evinin tikili “A”-nın 1/12 hissəsi X2, tikili “A”-nın 1/12 hissəsi X1, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh2 İsax qızının, tikili “A”-nın 1/12 hissəsi X3, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh4n İsax oğlunun, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh3 İsax oğlunun, tikili “A”-nın 1/12 hissəsi və və tikili “B” bötüvlükdə Cavabdeh5 və tikili “A”-nın 5/12 hissəsi İddiaçı mülkiyyətindədir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X4, Cavabdeh2 İsax qızı, X5, Cavabdeh4, Cavabdeh3 İsax oğlu və Cavabdeh5, cavabdeh X1 hüquqi varisi X6 qarşı “fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatı mərhum X2 hüquq varisi (vərəsəsi) müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarış əsasında ünvan 2r olan fərdi yaşayış evinin tikili “A”-nın 1/12 hissəsi X2, tikili “A”-nın 1/12 hissəsi X1, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh2 İsax qızının, tikili “A”-nın 1/12 hissəsi X3, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh4n İsax oğlunun, tikili “A”-nın 1/12 hissəsi Cavabdeh3 İsax oğlunun, tikili “A”-nın 1/12 hissəsi və və tikili “B” bötüvlükdə Cavabdeh5 və tikili “A”-nın 5/12 hissəsi İddiaçı məxsusdur. Mübahisəli ünvanın tikili “A”-nın 5/12 hissəsinin İddiaçı mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər iddiaçıya öz əmlakından istifadə etməyə maneə yaratdıqlarına görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh5 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə məhkəmə iclasında iştirak etmədiyindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, mübahisəli ünvan olan ünvan 2r olan fərdi yaşayış evi iddiaçı və cavabdehlərin paylı mülkiyyətində olduğundan və iddiaçının da mübahisəli əmlak üzərində mülkiyyət hüquqları cavabdehlər tərəfindən məhdudlaşdırıldığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, mübahisəli sahə faktiki naturada bölünməsə də bu barədə hazırda məhkəmənin icraatında mülki iş vardır. Lakin həmin iş üzrə icraat digər mülkiyyətçinin ölməsi səbəbindən onun vərəsələri müəyyən edilənədək dayandırılmışdır. Bu müddət ərzində isə İddiaçı 5/12 hissəsindən ibarət mülkiyyətində olan mübahisəli əmlaka cavabdehlərin maneə yaratması səbəbindən gedib gələ bilmir. Bu isə özlüyündə əsas pay sahibi olan mülkiyyətçiyə (iddiaçıya), əmlakda payı cüzi olan digər mülkiyyətçilər (cavabdehlər) tərəfindən maneə yaradılması ilə nəticələnir ki, bu da yolverilməzdir. Başqa sözlə məhkəmənin qənaəti ondan ibarətdir ki, heç bir halda əmlak üzərində paylı mülkiyyət sahibi olan mülkiyyətçilər bir-birlərinə maneə yaratmamaqla öz mülkiyyət hüquqlarını həyata (realizə etməli) keçirməlidir. Məhkəmə, qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər; 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 238.1-ci maddəsinə əsasən torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2rdən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən İddiaçı istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yaradılan maneə aradan qaldırılsın və həmin əmlaka iddiaçının sərbəst sürətdə giriş-çıxışına icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. ünvan 2rdən ibarət olan fərdi yaşayış evinin “A” literli tikilisinin 5/12 hissəsindən İddiaçı istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən yaradılan maneə aradan qaldırılsın və həmin əmlaka iddiaçının sərbəst sürətdə giriş-çıxışına icazə verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-397/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-397/2025
31.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver