Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3998/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azladılması - dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Nikahdan iki uşaq – 05 mart 2005-ci il təvəllüdlü X5 və 12 iyun 2006-cı il təvəllüdlü X6 doğulmuşdur. 03 may 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1531/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh alimentin azaldılması barədə iddia tələbi təmin edilməmiş, İddiaçı iddia tələbi qismən təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü Hüseyn və xx.xx.2006-cı il təvəllüdlü Fəridin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat məbləğində tutulan alimentin miqdarı artırılmış, hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat miqdarda aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin dəyişdirilmiş miqdarının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4343/2019 nömrəli 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1531/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir. Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 108 manat olmaqla cəmi 216 manat məbləğində aliment tutulması barədə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 399/2015 nömrəli, 16 fevral 2015-ci il tarixli qətnaməsi hazırda qanuni qüvvədədir. Bununla belə, 05 mart 2005-ci il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə bir uşağının saxlanılması üçün müəyyən edilən 108 manat məbləğində aliment uşağın saxlanılması üçün kifayət etmir, gündən-günə uşağın ehtiyacları artır, həmin məbləğ onun ehtiyaclarının cüzi bir hissəsini belə qarşılamır. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz ərizəsi verərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, göstərmişdir ki, o, xx.xx.2009-cu il tarixdə rəsmi nikaha girməklə Cahangirova (Qulamova) Sonaxanım Rafiq qızı ilə ailə qurmuş, bu nıkahdan dörd övladı – xx.xx.2010cu il təvəllüdlü Fatiməxanım, xx.xx.2013-cü il təvəllüdlü Zeynəb, xx.xx.2015-ci il təvəllüdlü Əminəxanım və xx.xx.2018-ci il təvəllüdlü Ümid doğulmuşdur. Etiraza görə övladlarını saxlamaq cavabdehin borcudur, amma onun bütün övladları qarşısında eyni məsuliyyəti var. Onlarda qanun qarşısında bərabər hüquqludurlar, cavabdeh hər ay əvvəlki nikahdan olan iki övladına 216 (əvvəllər 250 manat ödəmişdir) manat aliment ödəmişdir. Amma digər övladlarına ayda 50 və ya 60 manat xərcləyə bilmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdehin 4 övladı, ağır zob xəstəsi həyat yoldaşı və onkoloji xəstə olan anası var. Qarşı tərəf maddi baxımdan cavabdehdən və ailəsindən imkanlıdır. Hesab edir ki, alimentin artrılması cavabdehin ikinci nikahdan olan daha azyaşlı dörd övladının hüquqlarını pozar, bu səbəbdən iddia rədd edilməlidir. Etirazda qeyd edilir ki, cavabdeh, Suraxanı rayonu ərazisində yerləşən avtoyağlama emalatxanasında yağlayıcı işləyir və aylıq gəliri 300 (üç yüz) manat təşkil edir. Bundan başqa, cavabdehin səhhətində çox ciddi problemlər var. Belə ki, o, hərbi xidmətdən mədə xorası xəstəliyindən ehtiyata buraxılmışdır. Həyat yoldaşı X1 ağır zob xəstəliyindən, anası Kifayət Orucova onkoloji xəstəlikdən əziyyət çəkirlər. Göründüyü kimi, cavabdehin himayəsində əvvəlki övladlarından başqa 4 övladı var. Ailəsinə cavabdehin aylıq qazancından və anasının pensiyasından başqa heç bir yerdən gəlir gəlmir. Cavabdehin 7 nəfərdən ibarət ailəsi çox çətinliklə dolanır, ailənin hər bir üzvünə ehtiyac meyarından az miqdarda gəlir gəldiyi üçün kasıb ailə kimi dövlət tərəfindən ünvanlı sosial yardım ayrılıbdır. Nəzərə alınsa ki, 2023-cü il minumum ehtiyac meyarı 246 manat, uşqalar üçün yaşayış minimu 220 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat müəyyənləşdirilmişdir. Belə olan halda cavabdehin ailəsinin normal dolanması üçün 1402 manat lazımdır, əlavə də 108 manat aliment, bütün bunlar cavabdehin imkanı xaricindədir. Bütün bunlardan başqa, iddiaçı həm Gəncə şəhərində yerləşən 1 saylı uşaq musiqi məktəbində musiqi müəlliməsi (evdə də uşaq hazırlaşdırır) işləyir, əlavə olaraq Gəncə şəhərində özünün X3 var. İddiaçı davamlı olaraq özünün instaqram səhifəsində ““X3” Buda biz Qəlbləri fəth etməkdə davam edirik” kimi reklamlar yerləşdirir, bir xınayaxtı gecəsini 2000 (iki min) manata aparır. İddiaçının bahalı iki mərtəbəli villası, bahalı (cip markalı) avtomobili var. Hazırda iddiaçının maddi imkanları cavabdehin maddi imkanından qat-qat üstündür. İddiaçının cavabdehin ödəyəcəyi alimentə ehtiyacı yoxdur, sadəcə cavabdehi rahat yaşamağa qoymur. İddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, nikahları 2009-cu ildə pozulsa da, o, atasının sağlığında aliment istəməmiş, atası öləndən sonra 2017-ci ildə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda işsizdir, uşağın 17 yaşı var, lakin cavabdeh uşaqla maraqlanmır. Odur ki, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddianın və ona qarşı etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşağını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. İddiaçı tərəf məhkəməyə cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh məhkəməyə başqa nikaha girməsi və himayəsində həmin nikahdan dörd uşağının olması barədə sübutlar təqdim etmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-399/2015 nömrəli, 16 fevral 2015-ci il tarixli qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, cavabdehin ailə vəziyyətində dəyişiklik baş vermiş, onun başqa nikahdan əlavə iki uşağı da doğulmuşdur. Buna baxmayaraq, hazırda cavabdehin maddi vəziyyətində də müsbət dəyişiklik olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdehin hazırki iddiaçı ilə nikahından olan bir uşaq - Hüseyn yetkinlik yaşına çatmışdır və belə olan halda sözügedən qətnamə üzrə cavabdehin hər ay (216-108=108) 108 manat aliment ödəmək öhdəliyi aradan qalxmışdır. Bundan başqa, məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği də dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2015-ci il üçün bu məbləğ 108 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının qeyrimüəyyən olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu hal üzrlü olmadığından iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-399/2015 nömrəli, 16 fevral 2015ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3998/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3998/2023
21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver