Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4013/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmrinin qəbul olunmasın xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-4581/2015 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)-4581/2015 nömrəli məhkəmə əmrini ləğv edərək, mülki işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(044)-4581/2015 nömrəli qərardadı ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(044)- 4581/2015 nömrəli məhkəmə əmri ləğv edilmiş və həmin materiallar iddia icraatına keçirilmişdir. xx.xx.2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi T.İ.Piriyeva 2(125)-4013/2023 nömrəli mülki iş üzrə tələb hüququnun 22 noyabr 2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında "xxxx" Kommersiya Bankı ASC-dən İddiaçı2 ASC-yə keçdiyini bildirmiş və iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin İddiaçı2 ASC ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razı olduğunu bildirmiş və mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı əsl olmayan iddiaçı "xxxx" Kommersiya Bankı ASC əsl İddiaçı2 ASC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Ç.Babayev iddianı müdafiə edərək bildirdi ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən istehlak məqsədləri üçün "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 32% ödəmək şərtilə 1.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilə şərtini pozaraq, dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə xx.xx.2015-ci il tarixə Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent məbləğində borcu yaranmışdır. Sonda T.Ç.Babayev iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, "xxxx" Kommersiya Bankı ASC əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Belə ki, iddiaçı ilə kredit götürülməsi ilə əlaqədar aralarında müqavilə bağlanmasına baxmayaraq, faktiki olaraq o heç bir pul vəsaiti almamışdır. "xxxx" Kommersiya Bankı ASC ilə onun arasında kredit götürülməsi ilə bağlı olan müqavilə sənədləri həftə sonu imzalanmışdır. "xxxx" Kommersiya Bankı ASC ona bazarertəsi gələrək kredit pulu götürməyə vəd vemişdir. O, bazarertəsi "xxxx" Kommersiya Bankı ASC-yə getdikdə, "xxxx" Kommersiya Bankı ASCdən kredit götürülməsi üçün müqavilələri Bakı şəhərində yerləşən baş ofisin qəbul etmədiyini və buna görə də ona kredit verilmədiyi ona bildirilmişdir. Bu səbəbdən də o, heç bir pul vəsaitini "xxxx" Kommersiya Bankı ASC-dən almamış, nağd pulun alınması ilə əlaqədar heç bir kassa məxaric orderinə imza etməmişdir. İddiada göstərilən 1.213 ABŞ dolları 89 sent vəsait ona verilməmiş, əsas borc kimi göstərilən 1.213 ABŞ dolları 89 sent ümumiyətlə kassadan məxaric olunmamışdır. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsində, eləcə də həmin müqavilənin əlavəsi olan ödəniş qrafikində onun adının qarşısındakı imzalar ona məxsus olmuşdur. Sonralar onun "xxxx" Kommersiya Bankı ASC ilə əlaqəsi kəsilmiş, bu günə qədər onunla heç kim əlaqə saxlamamış və ona qarşı heç bir irəli sürülməmişdir. Sonradan İddiaçı2 ASC-nin onunla təhqiramiz və alçaldıcı formada telefonda onunla danışmış, bu isə ona mənəvi baxımdan pis təsir göstərmişdir. Bundan sonra o, "xxxx" Kommersiya Bankı ASC-yə müraciət etmiş, ona nəğd pul verilməsi ilə bağlı sənədləri, yəni ödəniş cədvəlini, kassa məxaric orderini və s. tələb etsə də, "xxxx" Kommersiya Bankı ASC tərəfindən ona heç bir rəsmi məlumat verilməmişdir. Qeyd olunan səbəblərdən də iddia əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 32% ödəmək şərtilə 1.300 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əlavə edilən 1 saylı əlavədən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-dən götürdüyü krediti hissə-hissə 18 ay ərzində hər ay 92 ABŞ dolları ödəmək şərti ilə öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" Kommersiya Bankı ASC-nin xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən Cavabdeh əsas borcun əvəzi qismində 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent məbləğində təşkil edir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-4581/2015 nömrəli məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent borc əmr icra olunan günə manat məzənnəsi üzrə və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 1.150 ABŞ dolları 48 sent kredit borcu qalmışdır. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavabın surətindən görünür ki, kassa məxaric orderinin təqdim olunması kassa əməliyyatları üzrə günün sənədləri 5 il müddətinə saxlandığına və məhv edildiyinə görə mümkün deyildir. İşdə olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən təqdim olunmuş xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 91 ABŞ dolları 18 sent ödəniş edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi bağlamış, həmin müqavilə əsasında "xxxx" Kommersiya Bankı ASC-dən 1.500 ABŞ dolları məbləğində pul vəsaitini borc almış və öhdəlikərini tam icra etməklə, qeyd olunan müqavilə üzrə öhdəliklərin icrasını həyata keçirməmişdir. Qeyd olunan səbəbdən "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində 1.123 ABŞ dolları 89 sent, hesablanmış və ödənilməmiş faiz borcu qismində 85 ABŞ dolları 44 sent, cərimə qismində 32 ABŞ dolları 32 sent, cəmi 1.241 ABŞ dolları 65 sent məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan həmin tələb hüququ İddiaçı2 ASC-yə ötürülmüşdür. Mülki işin məhkəmə tədiqiq zamanı Cavabdeh iddianı qəbul etməyərək, xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə hər hansı məbləğdə pul vəsaitinin ona borc verilmədiyini bildirmiş və pul vəsaitinin təqdim olunmamasını öz etirazının əsası kimi göstərmişdir. Lakin Cavabdeh xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsində, həmin kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlində onun adının qarşısındakı imzaların ona məxsus olduğunu təsdiq etmiş, həmin müqavilə üzrə ödənilmiş 91 ABŞ dolları 18 sent məbləğində pul vəsaitinin xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə deyil, "xxxx" Kommersiya Bankı ASC ilə bağlanmış başqa bir kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədi ilə köçürüldüyünü bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusatlar əsaslı deyildir, sübutların məcmusu ilə təkzib olunur və iddianın rədd əsası qismində çıxış edə bilməz. Belə ki, işdə olan telefon danışıqlarına dair portaldan çıxarışdan görünür ki, "xxxx" Kommersiya Bankı ASC-nin əməkdaşları tərəfindən xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə öhdəliklərin icrası məqsədi ilə 30 mart 2018-ci il tarixdən başlamaqla 2021-ci ilədək müxtəlif vaxtlarda Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, Cavabdeh öhdəliklərini icra etməməsini maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Lakin mülki işə məhkəmədə baxılarkən Cavabdeh xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ondan ödənilməmiş borcun tələb edilməsindən əvvəllər xəbərdar olmadığını bildirmişdir. Bundan başqa, Cavabdeh 91 ABŞ dolları 18 sent məbləğində pul vəsaitini xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə borcun ödənilməsi məqsədi ilə deyil, "xxxx" Kommersiya Bankı ASC ilə aralarında olan digər müqavilə öhdəliklərinin icrası məqsədi ilə ödənildiyini bildirsə də, ödənilmiş 91 ABŞ dolları 18 sent məbləğində pul vəsaitinin digər borcdan çıxılmamasının səbəblərini ötən müddət ərzində araşdırmamasını izah edə bilməmişdir. Digər tərəfdən Cavabdeh xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsində, həmin kredit müqaviləsinin əlavəsi olan ödəniş cədvəlində onun adının qarşısındakı imzaların ona məxsus olduğunu təsdiq etdiyi, habelə qeyd olunan müqavilə üzrə borcun ödənilməsi məqsədi ilə 91 ABŞ dolları 18 sent məbləğində ödəniş etdiyi halda 1.500 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" Kommersiya Bankı ASC-dən almadığı ağlabatan və inandırıcı deyildir. Həmçinin məhkəmə hesab edir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə iddia tələbi üzrə borc həmin Fərmanda qeyd olunan qaydada hesablanmalı və iddia tələbi yalnız əsas borca dair hissədə təmin olunmaqla, həmin məbləğ Cavabdeh İddiaçı2 ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.2 və 6.3-cü maddələrinə görə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilmişdir. Bundan başqa, həmin Fərmanının 8.9-cu maddəsinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci maddəsində Banklara tövsiyə edilmişdir ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Digər tərəfdən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından görünür ki, həmin Fərmanın başlıca məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdir. Göründüyü kimi «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul edilməsi ilə qarşıya qoyulmuş məqsədə, eləcə də mülki dövriyyənin sabitliyinə nail olmaq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün hazırki halda Cavabdeh İddiaçı2 ASC-yə olan borcunun iddia tələbində göstərilən yalnız əsas borc məbləği ilə ifadə olunması qanuna və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 32 ABŞ dolları 32 sent təşkil edən cərimə məbləğinin 2 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını, eləcə də Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə 91 ABŞ dolları 18 sent məbləğində vəsaitin ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğ iddia ərizəsində ödənilməmiş əsas borc qismində qeyd olunan məbləğdən çıxılmalı, Cavabdeh 1.032 ABŞ dolları 71 sent, cərimə qismində 2 ABŞ dolları cəmi 1.034 ABŞ dolları 71 sent ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu İddiaçı2 ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli, 506nkKPZ/15 nömrəli kredit və bank hesabı müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.032 (bir min otuz iki) ABŞ dolları 71 (yetmiş bir) sent, cərimə qismində 2 (iki) ABŞ dolları, cəmi 1.034 (bir min otuz dörd) ABŞ dolları 71 (yetmiş bir) sent ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulsun. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4013/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4013/2023
14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver