Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4047/2025 23.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əşya və pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əşya və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 qramlıq qızıl zinət əşyasının özünü, olmadığı halda isə 2000 manat pulun və 40 manat dövlət rüsumu kimi ödənilmiş pulun alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehi Afaq adlı qadının vasitəsi ilə tanımışdır. Belə ki, ona pul lazım olduğu üçün Gəncə şəhərində yerləşən lombartlardan birinə müraciət edib.Həmin vaxt Afaq xanım onu cavabdehlə tanış edib. Onların ikisi də lombartda işləyirdi. İddiaçı cavabdehlə görüşdüyünü, qızıl-zinyət əşyalarını lombarta qoyaraq pul götürmək istədiyini bildirdirmişdir.Cavabdeh onun gətirdiyi qızıl əşyalarını çəkib, bildirdib ki, 20 qramdır və 1050 (bir min əlli) manat qiymətindədir. Ona 1000 (bir min) manat və ödəniş cədvəli verib. İddiaçı 1000 (bir min) manat pulu və ödəniş cədvəlini götürüb gedib.Bundan sonra vaxtlı-vaxtında, ödəniş cədvəlinə uyğun olaraq pulunu ödədiyini qeyd etmişdir.Bütün ödənişlərini etdikdən sonra cavabdehə zəng edərək müddətinin bitdiyini bildirmiş və xahiş edib ki, qızıl əşyalarını özünə qaytarsın, cavabdeh bildirib ki, hazırda şəhərdə yoxdur, iki günə olacaq, gəlib qızıllarını götürərsən. İki gündən sonra gedib, qapı bağlı idi. Cavabdehə zəng edib, hələ gəlmədiyini demişdir. Ondan sonrada neçə dəfə zəng etsədə telefonuna cavab verməmişdir. Məcbur olub Gəncə şəhər Polis şöbəsinə müraciət etmişdir.İddiaçıya bildirilmişdir ki, cavabdeh barəsində AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi yekunlaşmış, iş baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Ona görə də mülki qaydada məhkəməyə müraciət etməyimi məslhət olunur. Bu barədə olan Gəncə şəhər Baş Polis İdarəsinin 24 may 2025-ci il tarixli, 3-13-57/2-15222/2025 saylı məktubunu məhkəməyə təqdim edərək müraciət edir. İndi istəyir ki, cavabdeh onu aldadaraq aldığı 20 qram qızıl-zinət əşyalarını özünü, yaxud da onların dəyərini 2000 (iki min) manat pulu (ona görə iki min manat isdəyir ki, hazırda qızılın qiyməti bahalanmışdır) məhkəmə qaydasında özünə qaytarsın. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, izahatında qeyt etmişdir ki, cavabdeh ona 1000 manat pul vermiş, o isə 1050 manat qaytaracağı barədə öz üzərinə öhdəlk götürmüş və 20 qramlıq qızıl əşyasını aldığı borca görə cavabdehə girov kimi vermişdir. .Aldığı həmin borcdan 870 manat ödəmiş, qalan borcunu ödəyə bilməmişdir. Cavabdeh həmin qızıl əşyasını ona qaytarmaqdan imtina etmişdir. Hazırda yalnız cavbdehə verdiyi 870 manatın cavabdehdən alınıb, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə Cavabdeh iştirak etmiş və izahatında bildirmişdir ki, həqiqətən də iddiaçı onlardan 1000 manat borc almış, 1050 manat qaytaracağı barədə öz üzərinə öhdəlk götürmüş və 20 qramlıq qızıl əşyasını aldığı borca görə girov qoymuşdur. iddiaçı ona 870 manat ödəmişdir. Hazırda həmin əşya başqa bir saxlanc yerində saxlanılır.ona görə də əşyanı iddiaçıya qaytara bilmir. Ona görə də iddianı əsassız sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş borc müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 12 ay müddətinə 1050 manat (11 ay müddətində aylıq 126 manat sonuncu ay 113 manat olmaqla)pul verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərərfindən Cavabdeh hesabına 870 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı borc müqaviləsinə əsasən ödəməli olduğu 1050 manat məbləğin 870 manatını cavabdehə ödəmişdir. İşin bu halını tərəflər məhkəmədə verdikləri izahatlarla təsdiq etmişlər. İddiaçı ona dəymiş ziyan ödənilmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, baxılan işdə iddiaçı Cavabdeh 20 qramlıq qızıl zinət əşyasının özünü, olmadığı halda isə 2000 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmədə cavabdehə 870 manat ödədiyini bildirmiş və məhz həmin məbləğdə pulun cavabdehdən alınıb, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının məhkəməyə bildirdiyi faktiki halları təkzib etməmişdir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Baxılan işdə cavabdehin öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsi nəticəsində iddiaçının maddi zərərə məruz qalması işin faktiki halı kimi təsdiq olunandır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan 30 manat hissəsinin əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 870 (səkkiz yüz yetmiş) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-4047/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4047/2025
23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver