Məhkəmə qərarları › İş №2(125)-4069/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4069/2024

09.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4069/2024 09.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X32 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023cü il tarixli 455 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilin kirayəçisi X8 vəfatı ilə əlaqədar mənzilin əsas kirayəçisi –qızı Cavabdeh hesab edilməklə, mənzil onun ailə üzvlərinin istifadəsinə verilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X17 18 mart 2022-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, № 3-16-5/8-70-Ə-1001/2024 saylı arayışdan görünür ki, X18 10 oktyabr 2001ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 4Ə-291 reyestr nömrəli bağışlama müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, hədiyyə verən İddiaçı Gəncə şəhəri DTİMHQİ tərəfindən xx.xx.1999-cu il tarixdə İddiaçı verilmiş 13386 qeydəalma nömrəsi ilə 13386 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 70.7 kv/m, yaşayış sahəsi 47.3 kv, yardımçı sahəsi 23.4 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan X6 mülkiyyətinə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 8 nömrəli evin 9 nömrəli mənzili Gəncə şəhəri, 4 saylı Dövlət notariat kontorunun xx.xx.1999-cu il tarixli, 3M-2-161 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X3 adına xx.xx.1999-cu il tarixli, 13386 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-291 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, sözügedən əmlak X9 tərəfindən X7 bağışlanmışdır. Həmin müqaviləyə əsasən sonuncunun adına xx.xx.2024-cü il tarixli, **********34-05101- 093013 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X19 ilə 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Ailə qurarkən ərinin atasına məxsus olan Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən evə gəlin köçüb orada yaşamışlar. Mərhum qaynatası X18 və X1 onu ailənin üzvü kimi qəbul edərək Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9 saylı evə daimi qeydiyyata aldıraraq vəfat edən günə kimi birlikdə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmişlər. Həmin mənzildə birgə nikahlarından xx.xx.1989-cu il tarixdə X15 və xx.xx.1992-ci il tarixdə X23 anadan olmuşdur. Maddi vəziyyətləri yaxşı olmadığından əri 1993-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 1996-cı ildə onunla əlaqə saxlamış, lakin sonradan ərindən heç bir xəbər gəlməmişdir. Bundan sonra mərhum qaynanası X10 qayıdacağını ümid edərək, ona boşanma barədə müraciət edərsə, Vaqifin bunu eşidərək geri qayıdacağını, həm də beləliklə onun tək qadın kimi sosial yardım ala biləcəyini demişdir. O, qaynanasının sözünə qulaq asaraq boşanmaq üçün ərizə vermişdir. Nikahları pozulmuşdur. Amma Vaqif geri dönməmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2214/2024 nömrəli qətnaməsi ilə əri 1996-cı ildə ölmüş elan olunmuşdur. X1 2022-ci il tarixdə vəfat etmişdir. Həmin tarixədək qayınanası ilə birlikdə mehriban yaşamışlar. Qaynanası hər zaman deyirdi ki, ev sənin və uşaqlarınındır. Qaynanasının ölümündən istifadə edərək, cavabdeh ona indiyədək təzyiqlər göstərməyə, hədə qorxular gələrək evdən çıxarmağa çalışır. Cavabdeh ona qarşı mənzildən çıxarılma tələbi ilə əsassız iddia qaldırmışdır. Həmin iddia Gəncə şəhər məhkəməsinin icraatındadır və hələ yekunlaşmamışdır. Onun həmin evdə yaşamağı və istifadə hüququnun olmağı elə cavabdehin qaldırdığı mənzildən çıxarılma tələbinə dair iddia ilə sübut olunur. Bundan əlavə mənzilin mərhum qaynatası X8 mülkiyyətində olması barədə sənədin əslini vaxtı ilə qaynatası ona verərək bu ev sənindir demişdir. Hazırda həmin sənədin əsli ondadır. Qaynanası 2022-ci il tarixdə ölmüşdür. Cavabdeh isə 2023-cü il tarixdə qaynanasının ölümündən istifadə edərək, onların xəbəri olmadan sərəncam almışdır. O, gələcəkdə həmin sərəncamı mübahisələndirəcəkdir. Ona gör də hazırki iddianı cavabdehə qarşı qaldırmışdır. Oğlu Eşqin 2023-cü il tarixdə ölmüşdür. Bildirmişdir ki, onun həmin evdə həm istifadə hüququ, həm də oğlu Eşqinin vərəsəsi kimi payı və qızının payı vardır. Lakin, hazırda istifadə hüququnun tanınmasını istəyir. Cavabdeh ona qarşı irəli sürülən tələbə etiraz verərək, bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair hər hansı hüquqları mövcud deyil. Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9 nömrəli mənzil onun yeganə yaşayış yeridir. Mənzilin əsas kirayəçisi atası X18 olmuş, ailə tərkibi kimi o, anası X16, uşaqları X4 və X5 qeydiyyatda olmuşdur. Atasının ölümündən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 455 nömrəli sərancamı ilə mənzil ona, yəni Cavabdeh kirayə verilmişdir. Lakin hazırkı iddia üzrə iddiaçı həmin mənzilə özbaşına daxil olmuş və onun tələblərinə baxmayaraq, mənzildən çıxmamışdır. Buna görə də o, ona kirayəyə verilmiş mənzildən hazırki tarixədək istifadə edə bilməmişdir. Halbuki, qardaşı X19 1992-ci ilə qədər ailəsi ilə birlikdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilində yaşamış, daha sonra V.F.Əhmədov ailəsi ilə birlikdə yaşamaq üçün Gəncə şəhərinə, daha sonra isə Rusiya Federasiyasına getmişdir. Hətta 1990-cı illərin sonlarında X3 müraciəti əsasında S.H.İsrafilli və V.F.Əhmədov arasında olan nikah pozulmuşdur. 1992-ci ildən sonra nə S.H.İsrafilli, nə də V.F.Əhmədov Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilində yaşamamış, 1998-ci ildə S.H.İsrafilli öz əşyalarını Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzildən aparmışdır. Hazırda da X3 təqsirli hərəkətləri ilə əlaqədar o, kirayəyə verilmiş mənzilindən istifadə edə, orada yaşaya bilmir. Aralarında bu halla bağlı məhkəmə mübahisəsi mövcud olmuş və məhkəmə qətnaməsi ilə cavabdeh X2 Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilindən çıxarılması və iddiaçı Cavabdeh həmin mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı tələbində qeyd edir ki, 1988-ci il tarixdən qardaşı Vaqif Əhmədovla ailə həyatı qurduqdan sonra Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, mənzil 9-da yerləşən mənzilə gəlin köçmüş və guya X17 vəfat edənə qədər onunla birlikdə yaşamışdır. İddia tələbində göstərilən hallar yalnız formal mülahizələr olmaqla heç bir sübutla təsdiq edilmir. Əksinə iddia ərizəsində qeyd edilən hallar belə, dolayısı ilə iddiaçının tələbinin əsassız olduğunun göstəricisidir. İddiaçı baş vermiş tarixi ardıcıllıqları gün, ay və il olaraq sadalamış olsa da ananı X11 ölüm tarixini yalnız təxmini vaxtla göstərmişdir. Necə ola bilər ki, iddiaçı həqiqətən anası ilə birlikdə yaşamış, lakin onun vəfatının dəqiq tarixini bilməmişdir. İddiaçı həmçinin iddia tələbində Azərbaycan Respublikası Konstitusiyasının 27 iyul 2001-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, onun evə dair hüquq münasibəti 1988-cı ildən yarandığından hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin müddəaları tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə görə iddiaçının hazırkı mənzilə dair istifadə hüququnun yaranması üçün onun 2 kateqoriyadan olan şəxslərdən biri olması lazımdır. Şəxs ya icarədarın ailə üzvü olmalı ya da icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxs kateqoriyasında olmalıdır. İddiaçı birinci kateqoriyadan olan şəxs olmadığı işin halları ilə sübut olunur. Belə ki, iddiaçının anası ilə hər hansı yaxın qohumluq münasibəti mövcud deyil. Bu halda isə onun anasının(icarədarın) ailə üzvü olması istisna edilir. İddiaçı anasına (icarədara) münasibətdə digər şəxs ola bilərdi ki, bu da işin hallan ilə istisna edilir. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi, qardaşı X19 ilə rəsmi qaydada boşanmışdır. (Bu halı iddiaçı iddia tələbində özü də etiraf edir). Qardaşı ilə ailə münasibətləri pozulduğu halda iddiaçının anasına hər hansı hüquqi bağlılığından söhbət gedə bilməz. Bundan başqa yuxarıda da qeyd etdiyi kimi, İddiaçının mübahisəli mənzilə dair ümumiyyətlə istifadə hüququndan söhbət gedə bilməz. Lakin hesab edək ki, iddiaçının mənzilə dair istifadə hüquq yaranmışdır. Bu halda belə iddiaçının hazırkı mənzilə (yaşayış sahəsinə) ehtiyacı aradan qalxmışdır. Belə ki, etirazına əlavə edilmiş ƏMDX-ın DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 8 ünvanında 9 nömrəli mənzilə dair 29 noyabr 1999-cu il tarixli, 13386 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra iddiaçı tərəflər arasında yuxarıda qeyd etdiyi məhkəmə mübahisənin möcudluğundan məlumatlı olduqdan dərhal sonra, hazırkı mənzili ələ keçirmək niyyəti ilə, guya mənzilə ehtiyacının olduğu görüntü yaratmaq üçün mülkiyyətində olan mənzili öz qızı olan X12 16 fevral 2024-cü il tarixdə bağışlamışdır. Göründüyü kimi, iddiaçının mənzilə (yaşayış sahəsinə) ehtiyacı olmamış, yeganə məqsədi gözlənilən mülkiyyət hüququ ilə ona məxsus mənzili keçirmək olmuşdur.Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair hər hansı hüquq olmadığından iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Tərəflərin izahatları; Məhkəmədə iştirak edən İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat vermiş və sonda iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı istifadə hüququnun tanınması barədə iddia qaldırdığı Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzili Cavabdeh istifadəsinə verilmiş yaşayış sahəsidir. İddiaçı iddia etdiyi kimi 1988-ci ildə gəlin kimi həmin mənzilə köçsə də, daha sonra ailə qurduğu Vaqif Əhmədovla (Cavabdeh qardaşı) aralarında olan nikah pozulmuşdur. Daha sonra 09 noyabr 1999-cu ildə Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, ev 8 ünvanında 9 nömrəli mənzili əldə etmişdir. Həmçinin, işin halları kimi müəyyən edilir ki, iddiaçı həmin vaxt Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 28 nömrəli evin 9 nömrəli mənzilindən köçüb getmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranan hüquq münasibətləri Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman kəsiyində yarandığından, həmin Mənzil Məcəlləsinin normalarına uyğun olaraq həll edilməlidir. H ə m i n M ə c ə l l ə n i n 6 0 - c ı m a d d ə s i i l ə n ə z ə r d ə tutulmuşdur ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. H ə m i n M ə c ə l l ə n i n 8 7 - c ı m a d d ə s i n ə ə s a s ə n , i carədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən qanun normalarına istinad etməklə hesab edir ki, iddiaçı həmin-Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 8 saylı evin 9 nömrəli mənzili öz mülkiyyətinə əldə etdiyi andan iddiaçının və onun öz ailə üzvlərinin həmin mənzildən istifadə etmək hüququ da əldə edilmiş və bununla da hazırda cavabdehin istifadəsində olan yaşayış sahəsindən iddiaçının istifadə etməyə ehtiyacları aradan qalxmış və onun həmin vaxdtan da istifadə hüququ itirilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 16 fevral 2024-cü il tarixdə həmin mənzili X12 bağışlamışdır. Məhkəmə göstərir ki, bu halın mövcudluğu da, irəli sürülən iddianın təmin ediməsinə əsas vermir, çünki cavabdeh onun ailə üzvü olmayan iddiaçını yaşayış sahəsi ilə təmin etmək öhdəliyi daşımır. Bundan başqa, həmin mənzil miras əmlak kimi də qiymətləndirilə bilməz, çünki mənzil DƏDRX-də ölən şəxslərdən heç birinin adına mülk kimi qeydə alınmamışdır. Bu baxımdan iddiaçının həmin əmlak üzərində vərəsə payının olması barədə də dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar