Məhkəmə qərarları › İş №2(125)-408/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-408/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-408/2023 11.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim X13 оğlunun sədrliyi, X6 iclas kаtibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh ilə aralarında bağlanmış, yazılı borc müqaviləsinə əsasən, ona verməli olduğu 8000 (səkkiz min) manat borcunu və hüquqi yardım xidməti üçün tərəfindən ödədiyi 450 (dörd yüz əlli) manat xərclərin və 139 (bir yüz otuz doqquz) dövlət rüsumunun ümumilikdə 8589 (səkkiz min beş yüz səksən doqquz) manat pul məbləğinin cavabdehdən alınaraq ona qaytarılması və onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə yaxın rəfiqə olmuşdur. Bundan istifadə edən cavabdeh xx.xx.2013-cü il tarixində ondan 8000 (səkkiz min) AZN ehtiyacı olduğunu bildirmişdir. Ehtiyacının səbəbini soruşduqda oğlu üçün lazım olduğunu demişdir. O, da həmin məbləğin olmadığını cavabdehə bildirmişdir. Lakin cavabdeh o məbləği tapmağının vacib lazım olduğunu deyərək israr etmişdir. O, digər ailəvi dostluq etdiyi, X8 adlı rəfiqəsinə zəng edərək, hadisəni olduğu kimi danışmış və rəfiqəsi Zalova Xatirə həmin məbləği ona yalnız aralarında da borc müqaviləsi bağlanacağı təqdirdə verəcəyini bildirmişdir. O, razılaşaraq həmin gün xx.xx.2013-cü il tarixində rəfiqəsini evlərinə dəvət etmiş və rəfiqəsindən 8000 (səkkiz min) AZN alaraq və həmin pulu ona xx.xx.2013-cü il tarixinə kimi qaytarmaq şərtilə, onunla öz aralarında yazılı borc müqaviləsi bağlamışlar. O, da ertəsi gün rəfiqəsi X4 aldığı 8000 AZN pulu, cavabdehin işlədiyi, Bakı şəhəri Laçın ticarət mərkəzində gəlinlik paltarların kirayəsi mağazasında, onunla aralarında xx.xx.2013-cü il tarixli yazılı borc müqaviləsi bağlamış və borcunu 2013-cü ilin iyul ayına kimi bağlamaq yolu ilə razılaşıb ona vermişdir. Borcun vaxtı yetişdiyində bir iki gün qabaq xəbərdarlıq etmək niyyəti ilə cavabdehə zəng edərkən, sonuncu onunla acı danışmağa başlamış və borcunu düzəldə bilmədiyini demişdir. O, cavabdehi başa salmışdır ki, 8000 AZN pulu borc alıb ona vermişdir. Ayın sonuna kimi çatdırmağına şərait yaratmış, nəhayət cavabdehin pulu ona verməyəcəyini anlamışdır. Günlər aylar olmuş, aylar isə illər, lakin cavabdeh bu günədək onun pulunu qaytarmamışdır. Beləliklə, o, cavabdehin oyununa gələrək aldanıldığını anlamışdır. Düz iki il digər rəfiqəsi Zalova Xatirə onun vəziyyətini anlamış ona güzəşt etmiş və pul yığıb borcunu ödəmək qərarına gəlmişdir. Yığdığı pulları yeməyib, xərcləmədən cəm edərək xx.xx.2015-ci il tarixdə rəfiqəsi Zalova Xatirəyə olan borcunu tam olaraq bağlamışdır. Onun etibarından suiistifadə etmiş, Cavabdeh hələ də bu günə kimi, dəfələrlə ona zəng etməyinə baxmayaraq, o nə ona cavab vermir, nə də onun pulunu qaytarmaq istəmir. Bütün bu halları gördükdə o, xx.xx.2022-ci il tarixdə DİN-nin 102 qaynar xəttinə zəng edərək, Cavabdeh barəsində şikayət etmişdir. Şikayətini aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yönləndirmişlər. Lakin 24-cü polis Şöbəsinə çağırılıb ərizə, izahat versə də, ona xx.xx.2022-ci il tarixli rəsmi məlumat ilə bildirmişlər ki, bu hal mülki xarakterli mübahisə olduğu üçün tərkibdə cinayət əməli yoxdur və bu mübahisələr yalnız məhkəmə qaydasında öz həllini tapır və bu hallara məhkəmə qaydasında hüquqi qiymət verilir. Bu səbəbdən də o, hüquqi yardım almaq üçün, hüquqi xidmət ofisinə müraciət etmişdir. Hüquqi xidmətdən yararlandığı üçün, ümumilikdə 450 (dörd yüz əlli ) AZN ödəniş etmişdir. Ödəniş qəbzinin əsli iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsaslı olsa da, iddiaçı hazırki iddianı qaldırmaqla iddia müddətini ötürmüşdür. Odur ki, Mülkü Məcəllənin 372-ci maddəsinə müvafiq olaraq iddia müddəti tətbiq edib, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nzxirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayon Polis İdarəsinə ünvanladığı ərizəsi 25 avqust 2022-ci il tarixdə həmin İdarənin 24-cü Polis şöbəsinə daxil olmuş və ərizəsinə baxılmışdır. Müraciətdə göstərilən xüsusatlar mülki xarakterli mübahisə olduğundan həmin mübahisənin həlli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsi məqsədə müvafiq olduğu qeyd edilmişdir. 05 yanvar 2013-cü il tarixli, sadə yazılı borc müqaviləsindən görünür ki, X8 2013-cü il yanvarın 5-də, 2013-cü ilin iyul ayının 15-nə kimi 8000 (səkkiz min) manat pulu borc olaraq iş yoldaşı İddiaçı vermişdir. İddiaçı 2013-cü ilin yanvarın 5-də 2013-cü ilin iyul ayının 15-nə kimi iş yoldaşı X4 8000 (səkkiz min) manat pulu borc olaraq almışdır. İddiaçı iş yoldaşı X4 2013-cü ilin yanvarın 5-də borc olaraq aldığı 8000 (səkkiz min) manat pulu 2015-ci ilin iyulun 10-da qaytarmışdır. X8 iş yoldaşı İddiaçı 2013-cü ilin yanvarın 5-də borc olaraq verdiyi 8000 (səkkiz min) manat pulu 2015-ci ilin iyulun 10-da qaytarıb almışdır. 06 yanvar 2013-cü il tarixli, sadə yazılı borc müqaviləsindən görünür ki, İddiaçı 2013-cü ilin yanvarın 6-dan, 2013-cü ilin iyul ayına kimi rəfiqəsi Cavabdeh 8000 manat pulu borc olaraq vermişdir. Cavabdeh 2013-cü ilin yanvarın 6-dan, 2013-cü ilin iyul ayına kimi İddiaçı 8000 manat pulu borc olaraq almışdır. AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Quba rayonunda doğulmuş, ünvan 5 ünvanında ünvanında qeydiyyatdadır. 05 dekabr 2013-cü il tarixli, 10 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış təhlil və hesablamalar göstərmişdir ki, ünvan 7 ünvanında yaşayan X5 məxsus əmlakın bazar dəyəri 20000 manat təşkil edir. Göstərilən əmlakın təqdim edilən dəyəri barədə mövcud ekspert rəyi X1 və eləcə də əmlakın qiymətləndirilməsi və digər X2 peşəkar qiymət qaydalarına uyğun olaraq "xxxx" MMC və auditor tərəfindən hazırlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2013-cü ilin yanvarın 6-dan, 2013-cü ilin iyul ayına kimi rəfiqəsi Cavabdeh 8000 manat pulu borc olaraq vermişdir. Cavabdeh həmin məbləği iddiaçıya qaytarmadığından iddiаçı İddiaçı 12 oktyabr 2022-ci il tarixdə Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh ilə aralarında bağlanmış, yazılı borc müqaviləsinə əsasən, ona verməli olduğu 8000 (səkkiz min) manat borcunu və hüquqi yardım xidməti üçün tərəfindən ödədiyi 450 (dörd yüz əlli) manat xərclərin və 139 (bir yüz otuz doqquz) dövlət rüsumunun ümumilikdə 8589 (səkkiz min beş yüz səksən doqquz) manat pul məbləğinin cavabdehdən alınaraq ona qaytarılması və onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəməyə ərizə təqdim edərək iddia tələbinə etiraz etmiş, İddiaçı cavabdehə qarşı pul tələbi iddiasının iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmə iddiaçının müvafiq subyektiv hüququnun olub-olmamsı ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinəı əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə aralarında bağlanmış kredit müqaviləsi üzrə pul tələbinə dair iddia qaldırmağa müvafiq subyektiv hüququ olmuş, cavabdeh tərəfindən onun hüququ pozulmuşdur. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı məsələni aydınlaşdırdıqdan sonra qeyd edir ki, iddia müddətinin tətbiqi ilə əlaqədar iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.4-ci maddəsi). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış borc müqaviləsindən görünür ki, müqavilə 2013-cü il iyul ayına kimi icra olunma şərtilə bağlanmışdır. Yəni həmin müqavilə üzrə icra müddəti 2013-cü ilin iyun ayında bitmiş, iddia müddətinin axımı da məhz bu tarixdən başlamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. MM-in 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM-in 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (MM-in 399.4-cü maddəsi). Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə kredit müqaviləsindən irəli gələn öhdəliklə bağlı yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəyə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında konkret olaraq qeyd edilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir”. Belə olan halda iddia müddətinin axımı icra müddətinin bitdiyi tarixdən, yəni 2013cü ilin iyun ayından hesablanmalıdır. Belə ki, MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir iddiası iddia müddətini ötürməklə verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmət haqqı ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbi iddiası, iddia müddətinin keçməsinə görə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu və hüquqi xidmət haqqı iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar