Məhkəmə qərarları › İş №2(125)-4135/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4135/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4135/2024 26.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 4800 (dörd min səkkiz yüz) manatın tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nəvəsi X7 barəsində Sumqayıt şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə icraata DTX-nin yüksək vəzifədə işləyən tanışı vasitəsilə xitam verəcəyini vəd edən Cavabdeh xx.xx.2022-ci ildə ona məxsus 4000 (dörd min) manatı, bir gün sonra yəni, xx.xx.2022-ci ildə daha 800 manatı, cəmi 4800 (dörd min səkkiz yüz) manatı vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmişdir. Cavabdehin cinayət əməli nəticəsində ona 4800 (dörd min səkkiz yüz) manat maddi ziyan dəymişdir. O, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (060)- 20/2024 saylı hökmü ilə zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh cinayət əməli tam təsdiq edilmiş və cavabdehin cinayət əməli nəticəsində ona 4800 (dörd min səkkiz yüz) manat maddi zərər vurması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, həmçinin iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları Bölməsi tərəfindən verilmiş 011983 nömrəli, 10 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı həqiqətən Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-20/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Cavabdeh 10 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 18 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, ümumilikdə 03 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasınının saxlanılması hökm edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-20/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli hökmünün “müəyyən etdi” hissəsindən görünür ki, Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə öz mülkiyyətinə keçirmək məqsədi ilə İddiaçı nəvəsi X4 barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən tanışı vasitəsi ilə xitam verdirəcəyi barədə sonuncunun atası X6 həqiqətə uyğun olmayan məlumatlar verib aldatmaqla həmin işin görülməsi müqabilində X6 həqiqətə uyğun olmayan məlumatlar verib aldatmaqla həmin işin görülməsi müqabilində X2 01 iyul 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyasının yaxınlığında yerləşən Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin yaxınlığında İddiaçı məxsus 4000 manat, bir gün sonra 02 iyul 2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” restoranının qarşısında 800 manat, ümumilikdə 4800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş İddiaçı 4800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-369/2024 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Zaur oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-20/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 20/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 10 dekabr 2022ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 18 mart 2023-cü il tarixdən 19 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün, ümumilikdə 03 gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması hökm edilmişdir. Həmin hökmə əsasən Cavabdeh İddiaçı 4800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-369/2024 nömrəli, 05 iyun 2024cü il tarixli qərarı ilə, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh Zaur oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 20/2024 nömrəli, 09 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sözügedən hökm qanuni qüvvəsini almışdır. Ona görə də həmin hökmlə müəyyən olunan hallar (hadisənin (münasibətin-faktın) olub-olmaması) hissəsində hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Cavabdeh İddiaçı vurduğu ziyana görə hazırda 4800 (dörd min səkkiz yüz) manat pul qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2-ci maddəsinə əsasən Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin olunmalı, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar